Göyçə mahalı

tarixi mahal
(Göyçə səhifəsindən yönləndirilmişdir)

Göyçə mahalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahal. Göyçə mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olmuşdur. 1747–1828-ci illərdə İrəvan xanlığının mahalı olmuşdur.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq.
  • Göyçə Qərbi Azərbaycanın Şuşasıdır! Zahid Oruc
  • O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba yurdundan didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Xalqımız əsrlər boyu orada yaşayıb. Ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz torpaqlarından didərgin salmışdı. Dağlıq Qarabağda da eyni mənzərə olmuşdu. Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət, Xocalı Soyqırımı törətmişdi.
  • Bu gün şair dostum, tələbə yoldaşım Şiruyəni görəndə bir Göyçə ömrü yaşayıram.[1]Alqayıt

İstinadlar

redaktə
  1. Alqayıt, "Analı dünyam", Bakı, "Hərbi nəşriyyat", 2011. səh.6.