Həvəskar
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bir din üçün ölmək bu dinin haqq və ilahi olduğunu sübut etmək demək deyil; bu, ən yaxşı halda şəhidlərin dinlərinin belə olduğuna inamını sübut edir. Din uğrunda ölümə gedən hər bir həvəskar yalnız sübut edir ki, dini fanatizm çox vaxt həyata bağlılıqdan daha güclü ola bilər. Pol Anri Holbax
H
redaktə- Həvəskarın dayandığı yerdə dünyanın zirvəsi var. Jozef fon Eyhendroff
- Həvəskarlar yaxşı havada əylənmək üçün oynayırlar. Peşəkarlar fırtınada qalib gəlmək üçün oynayırlar. Frenk Kapra
- Həyat bizim çox vaxt həvəskar kimi qaldığımız bir oyundur. Silva Karmen
S
redaktə- Sənətdə həvəskar və bilici deyiləm. Mən sadəcə yaşamaq üçün işləməli olan bir qızam. Frida Kahlo
U
redaktə- Uşaqlarda pis adətlərə, bəd əməllərə nifrət yaratmaq lazımdır. Eyni zamanda, uşağı çox danlamaq, ona hər şeyi qadağan etməkdən də çəkinmək lazımdır, bu, sırtıqlaşmağa, acığa düşüb həmin işi bir də görməyə sövq edər (insan qadağan olunmuş şeylərə həvəskar olar); nəsihətə qulaq asmaqdan bezər, zəhləsi gedər, “qorxaq” olmadığını sübut etmək üçün bəd əməllərə başlayar, bəlkə, daha incə hiylələrə əl atar. Nəsirəddin Tusi
Y
redaktə- Yad sirlərə həvəskar olan gözlər və qulaqlar həmişə tapılacaq. Leonardo da Vinçi