Həyasızlıq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Abırsızlıq, bayağı ruhun səmimi ruhla birləşdiyi yeganə formasıdır. Ali insan böyük və zərif həyasızlığın hər təzahüründə sayıq olmalı və abırsız təlxək və ya elmi satir onun qarşısında danışanda ali insan özünü təbrik etməlidir. Fridrix Nitsşe
B
redaktə- Baha satmaq, adam aldatmaq, dava-dalaş salmaq, çirkin işlərlə məşğul olmaq, arsızlıq, rüsvayçılıq, həyasızlıq, şikayətbazlıq, camaatın vaxtını almaq, xalqı işdən qoymaq kimi yollar ilə ələ gətirilən mal nə qədər çox olsa da, ondan qaçmaq vacibdir, belə murdar çirkablara bulaşmış gəlir nə qədər az olsa da, onu daha əziz, daha təmiz, daha bərəkətli saymaq lazımdır. Nəsirəddin Tusi
- Biz özümüz sevdiyimiz zaman “sevgi” sözü fədakarlıq və imtina ilə sinonimdir. Divar arxasında yaşayan qonşular sevəndə bu söz təkəbbür və həyasızlıq deməkdir. O.Henri
Ə
redaktə- Əslində mən alim, müşahidəçi, eksperimentator, mütəfəkkir deyiləm. Əgər bunu insanlara xas olan maraqla, həyasızlıqla və əzmkarlıqla əlaqələndirmək istəyirsinizsə, o zaman mən temperamentcə macəra axtaranam. Ziqmund Freyd
H
redaktə- Həyasızlıq da bir «istedaddır». Tofiq Hüseynzadə
- Həyasızlıq, zəif insanın güclü görünmə təqlididir. Erik Hoffler
- Həyasızlığın cavabı çomaqdır. Malayal atalar sözləri
S
redaktə- Sərvət toxluq, toxluq isə həyasızlıq yaradır. Solon
- Sizi sevməyən bir insana əsla səbirli olmayın. “Çünki səbrin adı həyasızlıq, fədakarlığın adı tənbəllik, sevginin adı şəxsiyyətsizlikdir. Boris Vian
Y
redaktə- Yalnız özünü yalan, abırsızlıq və həyasızlıq zirehinə bürüməyən adam vicdan mühakiməsi qarşısında titrəməyə bilər. Maksim Qorki
Z
redaktə- Zənginlik xəsislik və həyasızlıq doğurur. Benjamin Dizraeli