Horatsi
Kvint Flakk Horatsi (e.ə. 65 – 8) — Qədim Roma şairi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ağıldan məhrum güc öz-özünə məhv olur.
BRedaktə
- Bəzi yazılmamış qanunlar yazılı qanunlardan güclüdür.
- Bir cinayət o biri cinayətlərə yol açır. Buna görə cinayətə qarşı amansız olmaq lazımdır.
- Böyük vədlər inamı azaldır.
DRedaktə
- Dərsini hazırlamağı sabaha saxlayan şagird yolda çaya rast gəlib onun axıb keçməsini gözləyən insana bənzəyir. Çay dayanmadan axır, o isə dayanıb gözləyir.
- Dünya yerlə bir olsa, igidcə dözər yıxılmasına.
- Düzgün yazmaq üçün fikirləşməyi öyrənmək lazımdır.
FRedaktə
- Fil dişi, mərmər, etrüsk heykəlcikləri, şəkilləri, gümüş əşyalar... Çoxu məhrumdur bunlardan və bəzləri heç axtarmaz bunları.
HRedaktə
- Heç nə hər bir nöqteyi-nəzərdən gözəl ola bilməz.
- Həqiqət və namuslu həyat! Mənim fikirlərimin məqsədi budur.
- Hikmətlə tənzimlənməyən kobud qüvvə öz məxsusi ağırlığı altında məhvə məhkumdur.
- Hökmranlıq etməyi öyrənmək asan, idarə etmək çətindir.
XRedaktə
- Xəsis həmişə ehtiyac içində yaşayır.
İRedaktə
- İldırım dağların başında çatlayır.
- İnsan sürüsünə nifrət edirəm və ondan uzaq gəzirəm.
- İnsanlar üçün mümkün olmayan şey yoxdur. [1]
KRedaktə
- Könüllü köləlikdən rüsvayçı köləlik yoxdur.
QRedaktə
- Qanun güçlüdür, lakin məhrumiyyət və ehtiyac ondan da güclüdür. Hökmdar həmişə bunu nəzərə almalıdır.
- Qəzəb - qısa müddətli dəlilikdir.
MRedaktə
- Müharibə analar üçün ən dəhşətli lənətdir.
NRedaktə
- Nə üçün başqa günəş, başqa torpaq axtarırsan? Vətənindən qaçmaqla özündən qaçacağınımı sanırsan?
ÖRedaktə
- Öz həyatını qaydaya salmağa tələsməyən adam çayın kənarında dayanıb onun bütün syyunun axıb getməsini gözləyən sadəlövhə bənzəyir.
PRedaktə
- Pul ya bizim başımızın bəlası, ya da xidmətçimizdir.
SRedaktə
- Sağlam ikən qaçmırsansa, xəstə olanda qaçmalı olacaqsan.
- Səhv etmə qorxusuyla cinayət törədirik.
- Səhvə yol vermək qorxusu adamı başqa səhvə sövq edir.
VRedaktə
- Vətən uğrunda ölmək şərəfdir.
- Vətən uğrunda ölüm qədər dadlı və şrəfli bir ölüm varmı?
İstinadlarRedaktə
- ↑ Xəzinə.Bakı,1997. səh.146