Jurnalist
xəbər toplayıb paylaşan şəxs
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
C
redaktə- Cənab jurnalistlər, xoşbəxtlikdən, nə düşündüyümü bilmək üçün sizin qəzetlərinizi oxuyuram. Şarl de Qoll
H
redaktə- Haqqımda düşündükləriniz vecimə deyil. Jurnalistlər tez-tez sözlərimi təhrif edirlər, amma mən bunu sakit qarşılayıram artıq. Belə bir söz var, eşitmisiz? “Mürəkkəblə əlləri yumazlar”. Müsahibə verərkən, həmişə bu sözü xatırlayıram. Lars fon Trier
- Həqiqi jurnalist fəlsəfi fikirlə kütləvi şüur arasında vasitəçi kimi çıxış etməyi bacarmalıdır. Tur Xander
J
redaktə- Jurnalist: "Evlisiniz?" Harrison: "Xeyr, Corcam." Corc Harrison
- Jurnalist fərziyyələri qınamağa tələsməməlidir. Onlar ən böyük insanların ən vacib həqiqətləri aşkar etmək üçün idarə etdiyi yeganə yoldur. Mixail Lomonosov
- Jurnalist heç vaxt öz üstünlüyü, nüfuzu, mülahizələrinin dəyəri barədə yüksək fikirdə olmamalıdır. Çünki, onun məşğul olduğu fəaliyyət özü-özlüyündə həsr etdiyi adamın qüruru üçün xoşagəlməz hadisədir və əgər jurnalist şüurlu şəkildə həmin adama narahatlıq yaratsaydı və onu haqsız olmağa məcbur etmiş olsaydı, tamamilə haqlı olmazdı. Mixail Lomonosov
- Jurnalist qələmlə işləyən küçə təmizləyicisidir.Fred Allen
- Jurnalist üçün insan deyilən varlıq, üstünə dəri keçirilmiş bir xəbər maddəsidir. Napoleon Bonapart
- Jurnalistlər yeganə tayfadırlar ki, səni diri-diri basdıra bilərlər. Mel Qibson
Q
redaktə- Qəzet böyük gücdür, lakin heç nə ilə məhdudlaşmayan su sahilləri basdığı və əkinləri məhv etdiyi kimi, nəzarətsiz jurnalist qələmi də dağıtmağa xidmət edir. Əgər nəzarət kənardan gəlirsə, o, nəzarətin olmamasından daha məhvedici olur. Nəzarət yalnız içəridən gəldiyi zaman fayda verir. Mahatma Qandi