- Ağıllı adam həmişə sənət və hünər əldə edib yaxşı ad qoymağa çalışar.
- Ağıllı adamlar kin və ədavəti alovlandırmır, onu boğub məhv etməyi üstün tuturlar.
- Ağızdan çıxan sözü, yaydan çıxan oxu, tüfəngdən çıxan gülləni geri qaytara bilməzsən.
- Alicənablığın şərti yaxşılıq etməyə yol tapmaqdır.
- Anlamayana yaxşılıq eləməkdən, qulaq asmayana nəsihət söyləməkdən, ağzı boşa sirr verməkdən daha böyük səhv ola bilməz.
- Arvadın hörməti ərinə görə, oğlun izzəti atasına görə, şagirdin biliyi müəlliminə görə, ordunun gücü sərgərdəsinə görə müəyyən edilir.
- Bir dana minlərlə inək arasında necə gəlib anasını tapırsa, insanın etdiyi yaxşılıq və pisliklər də gec-tez gəlib onu tapır.
- Bu sirri qəlbində elə gizlə ki, Qəlb özü axtarsa, tapa bilməsin.
- Büdrəyib yıxılanda, bədbəxtlik üz verəndə əqildən başqa heç nə insana kömək edə bilməz.
- Bütün bəlaların mənbəyi tamahkarlıq, bütün cəfaların səbəbi hərislikdir.
- Bütün işlər yalnız çalışmaqla və səy gösətrməklə yerinə yetirilə bilər.
- Dəf edilməsi mümkün olmayan dərdə dözməkdən başqa çarə yoxdur.
- Düşmənlə həmdəm olan ağıldan da kəm olar.
- Düz və təmiz adamlar arasındakı dostluq möhkəm olur.
- Düzgün fikirləşib doğru tədbir tökmək, ağıl və təmkinlə hərəkət etmək hər şeydən üstündür.
- Düzgün rəy deyilmişləri nəzərdən keçirib, deyilməmişləri dərk etmək yolu ilə meydana çıxır.
- Çox danışmaq əqlin azlığına, yalan danışmaq iradənin zəifliyinə dəlalət edir.
- Çox zaman dostluq və düşmənçilik uzun sürüb əbədi olmur. Dostluq da, düşmənçilik də bahar buludu kimi gah yağar, gah da kəsər.
- Elm o dünyaya aparılacaq ən böyük sovqatdır.
- Əql ilə həya ən yaxın və ayrılmaz dostdur, bunlardan biri itdikdə o birisini tapmaq olmur.
- Ən kamil ağıl - ola biləcək və ola bilməyəcək şeyləri bir-birindən ayıra bilməkdir.
- Fəthin, zəfərin, qələbənin, xoşbəxtliyin, səadətin açarı ehtiyatlı olmaqdır. Ehtiyatlılığın birinci şərti isə məşvərətdir.
- Heç bir sübut olmadan, yalnız ehtimala əsasən yaxşı adamları məhv etmək, öz kökünə balta vurmaq kimi bir şeydir.
- Hikmət sahibləri öz işlərini həmişə zəmanənin tətəzəsinə, həyatın tələbinə görə qururlar.
- Hiylə və xəyanət ağacının barı müsibət və fəlakət olar.
- Hünər sahibinin olan yoldaşı,
- Çatar məqsədinə hər addımbaşı.
- Xain adamları əfv etmək sadiq adamları öldürmək deməkdir.
- Xoşbəxtlik zəhmət və iradənin, əmək və səyin nəticəsində əldə edilir.
- İnsan öz əqlilə məsləhətləşməmiş sözə başlamaz.
- İnsan zəhərli ağac əkdiyini o zaman bilir ki, onun meyvəsini özünə yedirirlər.
- İşlərini əql, təmkin, təcrübə, ehtiyat, iradə və mətanətlə qurmayan adam axırda peşmançılıq çəkər.
- Kim sitəm qılıncı qaldırsa əgər,
- Həmin qılıncla da məhv olub gedər.
- Qarşılıqlı mehribançılıq nə qədər çox olsa, o qədər məhəbbət artar.
- Qəşəng sözlər yalnız işlə möhkəmləndikdə gözəl nəticə verər.
- Lal olmaq yalan danışmaqdan, pəltək olmaq söyüş söyməkdən, yoxsulluğa dözmək oğurluqla mal toplamaqdan yaxşıdır.
- Nə qədər çalışsalar da, yenə hünər və istedadı gizli saxlamaq olmaz.
- Nəfsə tabe olmaq əql və kamala nöqsan gətirir və düzgün qərar çıxarmağa mane olur.
- Yaxşılıq elə yaxşılıq bilənə,
- Eyləmə haqq yeyib, nahaq deyənə.
- Zülm örtüyü xeyirli işi dərk etməyə mane olduğu kimi, cəhalət pərdəsi də xoşbəxtliyi görməyə əngəl törədir.