A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Əxlaq, siyasət, tənqid əsəri həndəsə əli ilə formalaşdırılarsa, başqa şeylər bərabər olarsa, daha qəşəng olar. Bernar Fontenel
  • Gəncə şəhəri Şamaxıdan 50 lye məsafədədir, dörd dəfə Şamaxıdan böyükdür, onda daş binalar çoxdur, əksəri iki mərtəbəlidir, qəşəng bazarları və böyük karvansaraları, valinin böyük və geniş sarayı var. Şəhər ərazisindən gözəl çay axır, orada çoxlu bağlar, yaxşı şərab və bol meyvə var. Belə ki, şəhər Şərqin ən əhəmiyyətli şəhərlərindən biri sayıla bilər. Bu məlumatları mənə həmin şəhərdə yaşayan fransız missioneri və bir neçə gürcü vermişdir.[1] Korneli de Bruin
  • İkiüzlü olacaqsansa, heç olmasa üzlərindən birini qəşəng saxla. Merilin Monro
  • Qadınların çoxu öz sağlamlıqlarını qorumaq üçün yox, qəşəng paltarlarını göstərmək üçün kurortlara tələsirlər. Anna Bartkulaşvili
  • Qəşəng sözlər yalnız işlə möhkəmləndikdə gözəl nəticə verər. Kəlilə və Dimnə
  • Məhəbbət - həyatın böyük bəzəyidir. O, təbiəti çiçəkləndirməyə, rəngdən-rəngə düşməyə, gözəl mahnilar oxumağa, qəşəng rəqslər etməyə məcbur edir. Lunaçarski
  • Sevdiyin qızın sifəti bütün başqa sifətlərdən qəşəng görünür. Viktor Hüqo
  • Soruşanda ki, kimin başı qəşəngdir - tısbağa da başını çıxartdı. Adıgey atalar sözləri

İstinadlar

redaktə
  1. ganja-ih.gov.az. "Coğrafi mövqeyi" (azərb.). İstifadə tarixi: 2020-03-16.