Karl Marks

alman filosof, marksizmin banisi

Karl Henrix Marks (alm. Karl Heinrich Marx‎) — alman filosofu, siyasətçisi, sosioloqu, iqtisadçısı və yazıçısı. Marksizm nəzəriyyəsinin banisi.

Karl Marks
Doğum tarixi 5 may 1818
Doğum yeri Trir
Vəfat tarixi 14 mart 1883
Vəfat yeri London
Dəfn yeri Karl Marksın məzarı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Asacağımız son kapitalist, çox güman ki, bizə asma kəndirini satan adam olacaq.
  • Burjua cəmiyyətində kapital müstəqildir və fərdiliyə malikdir, canlı insan isə asılıdır və fərdiliyə malik deyildir.
  • Bürokratiya elə bir çevrədir ki, ondan heç kim qaça bilməz. Onun iyerarxiyası bilik iyerarxiyasıdır . Yuxarı dairələr xırdalıqların biliyinə aid olan hər şey üçün aşağı dairələrə güvənir; aşağı dairələr ümumbəşəri olanın dərk edilməsinə aid olan hər şeydə yuxarılara güvənir və beləliklə də bir-birini çaşdırırlar.
  • Bürokrat üçün dünya onun manipulyasiya edəcəyi sadəcə bir obyektdir.
  • Bürokratlar yezuitlər və dövlət ilahiyyatçılarıdır.
  • Bütün bəşər tarixinin ilk müddəası, əlbəttə ki, canlı insan fərdlərinin mövcudluğudur.
  • Bütün əvvəlki cəmiyyətlərin tarixi sinfi mübarizələrin tarixi olmuşdur.
  • Bütün ömrü boyu ancaq bir neçə əməliyyatla məşğul olan adamın öz əqli istedadını inkişaf etdirməyə və ya öz dərrakəsini işlətməyə fürsət və ehtiyacı olmur… Belə bir şəxs o qədər kütləşir, cahilləşir ki, insanlar arasında ondan küt və cahilinə rast gəlmək olmaz.
  • Cahillik hələ heç vaxt heç kəsə kömək etməmişdir.
  • Cəhalət, imtiyazlı sinfin ustaca istifadə etdiyi bir silahdır.
  • Cəhənnəmə gedən yollar yaxşı niyyət daşlarıyla döşənmişdir.
  • Cəmiyyəti xoşbəxt, xalqı isə hətta öz acınacaqlı vəziyyətindən də razı salmaq üçün gərək böyük əksəriyyət cahil və yoxsul olsun. Bilik bizim arzularımızı genişləndirib artırır, odur ki, insanların arzusu nə qədər azdırsa, onun tələbatı da bir o qədər asanlıqla təmin edilə bilər.
  • Cəmiyyətin bu günə qədərki tarixi sinfi mübarizə tarixidir.
  • Cəmiyyətlər öhdəsindən gələ bilməyəcəkləri problemləri gündəmə gətirməzlər.
  • Daxili təmizlik və vicdanı saflıq insan üçün ən böyük bir vüqardır.
  • Demokratiya bütün konstitusiyaların həll edilmiş tapmacasıdır.
  • Demokratiya sosializmə gedən yoldur.
  • Dəyər bir şeyin başqa şeyə, müəyyən miqdar bir məhsulun, müəyyən miqdar başqa məhsula mübadilə olunduğu nisbətdir.
  • Din, insan şüurunun anlaya bilmədiyi hadisələrlə məşğul olmaqda acizliyidir.
  • Din məzlum məxluqun ahıdır, könülsüz dünyanın ürəyi, ruhsuz şəraitin canıdır. Xalqın tiryəkidir.
  • Dində insanın öz beyninin məhsulu ona hakim olduğu kimi, kapitalist istehsalında da insanın öz əlinin məhsulu ona hakimdir.
  • Dünyanın bütün işçiləri, birləşin! Zəncirlərinizdən başqa itirəcəyiniz bir şeyiniz yoxdur!
  • Dünyanı anlamaq yetməz, onu dəyişdirmək lazımdır.
  • Dünyanın qurtuluşu sosializmdədir.
  • Düz düzənlikdə sadə kurqanlar təpələrə bənzəyir; indiki burjuaziyamızın sərrast düzü isə onun böyük intellektlərinin yüksəkliyi ilə ölçülməlidir.
  • Elmdə geniş bir şahrah yol yoxdur və o adam elmin parlaq zirvələrinə çata bilər ki, yorulmaqdan qorxmayıb, onun daş-kəsəkli yolları ilə dırmansın.
  • Əgər heyvan olmaq istəsən, əlbəttə, bəşəriyyətin əzablarına arxa çevirib canının qayğısına qala bilərsən.
  • Əgər iki oğru bir- birinin saçın yolsa bunun həmişə xeyri olar.
  • Əgər insan yalnız özü üçün işləyirsə, onun məşhur alim, böyük mütəfəkkir, yaxşı şair olmasına güman var, amma heç bir zaman o, əsl kamil və böyük adam ola bilməz.
  • Əgər sən qarşılıqlı məhəbbətsiz sevirsənsə, yəni sənin sevgin bir sevgi olaraq cavab sevgisi doğurmursa, bir sevən adam kimi sən həyatı təzahürünlə özünə sevdirə bilmirsənsə, onda sənin sevgin gücsüzdür və bu, bədbəxtlikdir.
  • Əmək bölgüsü və texnikanın tətbiqi nə qədər genişlənirsə, işçilər arasında rəqabət bir o qədər genişlənirsə, onların əmək haqqı da bir o qədər azalır.
  • Əmək həyat lampasına yanacaq tökür, düşüncə isə onu yandırır.
  • Ən pis memar ən yaxşı arıdan onunla fərqlənir ki, mumdan pətək hazırlamamışdan öncə o onu öz beynində artıq hazırlayıb.
  • Filosoflar dünyanı yalnız müxtəlif formalarda şərh etmişlər; halbuki problem onu dəyişdirməkdir.
  • Fikir, mənfəətdən ayrı tutulduğu hər vaxt ürək ağrıdan bir müvəffəqiyyətsizliyə uğramışdır.
  • Görünən, gerçək olsaydı elmə gərək qalmazdı.
  • Görüşməmiş ayrılmaq əsl ayrılıq hesab olunmur.
  • Xalqın səadətinin birinci şərti dinin ləğvidir.
  • Xalqın yaxşı yaşadığı millətlər yoxsul, xalqın adətən yoxsul olduğu millətlər varlıdırlar.
  • Xəsis ağlını qaçırmış bir kapitalistdir, kapitalist isə ağılı başında bir xəsis.
  • Hakim sinfin ideyaları hər bir dövrdə hakim ideyalardır, yəni cəmiyyətin hakim maddi qüvvəsi olan sinif eyni zamanda onun hakim intellektual qüvvəsidir.
  • Haqsız vasitələr tələb edən məqsəd haqlı məqsəd deyil.
  • Heç kəs nikah kəsdirilməyə məcbur edilmir, lakin nikah kəsdirdimi, nikah qanunlarına itaət etməyə məcbur olunur.
  • Hər bir dövrün hakim ideyaları həmişə onun hakim sinfinin ideyaları olmuşdur.
  • Hər bir millət başqalarından öyrənə bilər və öyrənməlidir.
  • Hər şeyə qənaət etmək son nəticədə vaxta qənaət etməyə çevrilir.
  • Həya elə bir şiddətli qəzəb və hiddətdir ki, bu özgəyə deyil, adamın daxilən özünə qarşı çevrilmişdir.
  • Həyat daha çox insana xoşbəxtlik gətirənləri ən xoşbəxt insan kimi yüksəldir.
  • İdeyasız yaşamaq məqsədsiz yaşamağa bənzəyir və insanı bir şəxsiyyət kimi mənəvi cəhətdən yoxsullaşdırır.
  • İncəsənət həmişə və hər yerdə öz dövrünün gizli etirafı və eyni zamanda ölməz hərəkətidir.
  • İnqilablar tarixin lokomotivləridir.
  • İnsan öz dramasının həm müəllifi, həm də aktyorudur.
  • İnsanların təbiəti elə qurulmuşdur ki, o, yalnız öz müasirlərinin təkmilləşməsi, onların səadəti naminə çalışmaqla özünü təkmilləşdirə bilər.
  • Kapitalizm kölgəsini sata bilmədiyi ağacı kəsər.
  • Kapitalist istehsalın ən böyük maneəsi, sərmayənin də özüdür.
  • Kişinin sevmədiyi bir qadını alması bazardan xoşuna gələn, lakin istəmədiyi bir şeyi almağa bərabərdir.
  • Kitablarım, onları yazarkən içdiyim tütünün belə pulunu qarşılamadı.
  • Məncə bir xalq üçün ən böyük bəla onun elə bir torpaqda yaşamasıdır ki, orada təbiət özü bolluca yaşayış vasitəsi və qida istehal edir, iqlim isə insanı geyinmək və soyuqdan qorunmaq qayğısından demək olar ki, azad edir. Bunun tam əksi də mümkündür. Əmək sərf etmək vasitəsilə becərildikdə məhsul verə bilməyən torpaq da, heç bir əmək sərf edilmədən bol məhsul verən torpaq qədər pisdir.
  • Mənfəət istehsalın yeganə məqsədidir.
  • O zaman adamları əməyə məcbur edirdilər, çünki onlar başqalarının qulu idilər, indi adamlar əməyə məcbur edilirlər, çünki onlar öz tələbatlarının quludurlar.
  • Peşə seçərkən bizə istiqamət verən başlıca rəhbər insanlığın səadətidir, özümüzün təkmilləşməyimizdir.
  • Pul forması birinci olaraq köçəri xalqlar içərisində inkişaf edir, çünki onların bütün əmlakı mütəhərrik formadadır, bilavasitə özgəninkiləşdirilən formadadır və onların həyat tərzi daim onları başqa icmalarla təmasa gətirir, bununla da mübadiləyə sövq edir.
  • Ruhi əzabın yeganə dərmanı fiziki ağrıdır.
  • Sənaye cəhətdən daha çox inkişaf etmiş ölkə, daha az inkişaf etmiş ölkəyə onun yalnız öz gələcəyinin mənzərəsini göstərir.
  • Sivilizasiyanın və ümumən sənayenin inkişafı həmişə meşələrin məhv edilməsində özünü o qədər fəal göstərmişdir ki, onların qorunması və istehsalı üçün görülən hər şey müqayisədə tamamilə əhəmiyyətsizdir.
  • Sosial tərəqqi qadın cinsinin sosial mövqeyi ilə ölçülə bilər.
  • Şöһrətpərəst adamlar - qısa müddətli uğurlar xatirinə bu günün şöһrəti ücün nigarancılıq çəkən, çalışan adamlardır.
  • Şöhrətpərəstlik şeytanı kimi özünə əsir etmişsə, onu ağıl daha öz təsiri altında saxlaya bilmir.
  • Tarix heç nə etmir; böyük sərvətə malik deyil, döyüşlərdə vuruşmur. Bütün bunları edən, real, canlı kişilərdir.
  • Tarix insanların öz məqsədləri uğrunda fəaliyyətindən başqa bir şey deyil.
  • Tarix o adamları böyük adamlar hesab edir ki, onlar ümumi məqsəd üçün çalışmış, özləri isə alicənab adamlar olmuşlar.[1]
  • Tarixdən hər hansı bir məlumatı olan hər kəs bilir ki, qadın sarsıntısı olmadan böyük ictimai dəyişikliklər mümkün deyil. Sosial tərəqqi tam olaraq zərif cinsin, o cümlədən çirkinlərin sosial mövqeyi ilə ölçülə bilər.
  • Tarixin təkəri həmişə irəliyə və yaxşıya doğru dönər.
  • Təbabət xəstəliklərlə yanaşı şübhələri də sağaldır.
  • Təkcə dirilərdən deyil, ölülərdən də çəkəcəyimiz var.
  • Yalnız özünü düşünən adam heç vaxt, həqiqətən, mükəmməl və böyük adam ola bilməz.[2]
  • Yazıçı yaşamaq və yazmaq üçün pul qazanmalıdır, amma heç bir halda pul qazanmaq üçün yaşayıb yazmamalıdır.
  • Zehni əməyin məhsulu - elm həmişə öz dəyərindən çox aşağı dayanır, çünki onu təkrar istehsal etmək üçün lazım olan iş vaxtının onun ilkin istehsalı üçün tələb olunan əmək vaxtı ilə heç bir əlaqəsi yoxdur.
  • Zəmanəmizin diqqətəlayiq hadisələrini nə hökmdarların zərli libası, nə də ruhanilərin qara əbası gizlədə bilməz.

İstinadlar

redaktə
  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.62
  2. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.84

Vikianbarda Karl Marks ilə əlaqəli mediafayllar var.

Vikipediyada Karl Marks haqqında məqalə var.