Darıxdırıcı arvad nikah müqaviləsinin bir hissəsidir, ancaq darıxdırıcı məşuqəyə kişi heç vaxt dözməz. Con Apdayk
Dünya ədəbiyyatı nümunələrini mən iki hissəyə bölürəm: İcazəli yazılanlar və icazəsiz yazılanlar. Əvvəlcədən icazə verilmiş şeylər barədə yazanların üzünə tüpürmək, başlarına dəyənəklə vurmaq istəyirəm. Belə yazıçılara mən nikaha girməyi və dünyaya uşaq gətirməyi qadağan edərdim. Axı uşaqlarımız bizim macal tapıb edə bilmədiklərimizi həyata keçirməlidirlər.[1]Osip Mandelştam
Xoşbəxtlik sakitliyə əsaslanır, məhəbbətə isə şübhə və təlaş gərəkdir. Ümumiyyətlə, nikah xoşbəxtlik üçün nəzərdə tutulub, məhəbbət üçün yox. Frederik Beqbeder
Məhəbbət ideal, nikah real. Real və idealın qarışdırılması heç vaxt cəzasız ötüşmür. Höte
Müstəsnalığın bayağılığa bu formada kölə olmağının bir çox nikahlarda qayda olduğu qənaətinə gəlmək üçün, əksini düşünmək kifayətdir: Elə üstün keyfiyyətlərə malik bir qadın var ki, sarsağın birinin onu ovsunlamasına, onun ən incə sözlərini amansızca qınamasına icazə verir və ən mənasız hoqqabazlıqları qarşısında, sevginin sonsuz tolerantlığıyla özünü itirir. Marsel Prust