Latın dili
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz ki, hər kəsin özünə uyğunlaşdıra bilər. Adi insanlar nağılları dinləməyi hər şeydən üstün tuturlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan sirlər çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirdilər. Adi camaatın bu meylinə görə keşişlər, şəriət və qanunvericilər vəcd həvəskarlarına, qadınlara və cahillərə bağlandılar. Bu məzmunda olan insanlar tədqiq edə bilmədikləri fikirləri asanlıqla qəbul edirlər. Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz keşişindən latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır. Pol Anri Holbax
L
redaktə- Latın dilini bilmək yaxşı olsa da, onu bilməmək qəbahətdir. Mark Tulli Siseron
R
redaktə- Roma imperatoru V Karl deyir ki, Tanrı ilə ispan, dostlarla fransız, düşmənlə alman, qadınla italyan dilində danışmaq yaxşıdır. Ancaq əgər o rus dilinə bələd olsaydı, təbii ki, rus dilini də bu sıraya əlavə edərdi. Çünki rus dilində ispan dilinin əzəmətini, fransız dilinin canlılığını, alman dilinin möhkəmliyini, italyan dilinin zərifliyini, üstəlik, şəkillərdəki yunan və latın dillərinin zənginliyini, yığcamlığını tapmaq olar. Mixail Lomonosov
T
redaktə- Tibbin yolu latın dili olmadan keçilməzdir. Latın atalar sözləri