Latın atalar sözləri



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • A Deo rex, a rege lex
Tərcümə: Allahdan hökmdar, hökmdardan qanun.
  • A nullo diligitur, qui neminem diligit.
Tərcümə: Heç kimi sevməyəni heç kim sevmir.
  • Ab altero expectes, alteri quod feceris.
Tərcümə: Başqalarından sənin başqaları üçün etdiyini gözlə.
Mənbə: Publili Sir
  • Abducet praedam, cui occurit prior.
Tərcümə: Kim birinci gəlirsə, qəniməti də o aparır.
  • Abeunt studia in mores.
Tərcümə: Məşqlər xarakterdə iz qoyur.
Mənbə: Ovidi
  • Absentem laedit, qui cum ebrio litigat.
Tərcümə: Sərxoşla mübahisə edən, olmayan düşmənlə vuruşur.
  • Abstractum pro concreto.
Tərcümə: Konkretliyin əvəzinə mücərrədlik.
  • Abyssus abyssum invocat.
Tərcümə: Uçurum uçuruma aparır.
  • Accidit in puncto, quod non contigit in anno.
Tərcümə: Bir anda elə şey baş verir ki, ona illərlə ümid etmirsən.
  • Accipere quid ut justitiam facias, non est tam accipere quam extorquere.
Tərcümə: Ədaləti bərpa etmək üçün mükafat almaq, almaqdan daha çox zorakılıqdır.
  • Ad augusta per angusta
Tərcümə: Zirvəyə aparan yol çətin olur.
  • Ad cogitandum et agendum homo natus est
Tərcümə: İnsan düşünmək və iş görmək üçün yaranmışdır.
  • Ad Kalendas Graecas
Tərcümə: Yunan kalendalarına qədər.
Mənası: Qeyri-müəyyən müddətə təxirə salmaq.
  • Ad poenitendum properat, cito qui judicat.
Tərcümə: Tez qərar verən, tez peşman olur.
  • Ad primos ictus non corruit ardua quercus.
Tərcümə: Hündür palıd birinci zərbədən aşmaz.
  • Aditum nocendi perfido praestat fides.
Tərcümə: Xainə etibar etmək onun zərər vurması üçün imkan yaradır.
Mənbə: Seneka.
  • Adprime in vita esse utile, ut ne quid nimis.
Tərcümə: Həyatın əsas qanunu - həddən ziyadə heç nə.
  • Aes debitorem leve, grave inimicum facit.
Tərcümə: Kiçik borc borclu edir, böyük borc düşmən.
  • Alea jacta est
Tərcümə: Püşk atılıb.
Hərfi tərcümə: Sümüklər hərəkətdədir.
Mənbə: Yuli Sezarın Rubikon çayını keçərkən dediyi sözlər.
  • Aliena vitia in oculis habemus, a tergo nostra sunt.
Tərcümə: Başqalarının qüsurları gözümüzün önündədir, özümüzünkü kürəyimizin arxasında.
  • Aliis inserviendo consumor
Tərcümə: Başqalarına xidmət edə-edə yanıram.
  • Alium silere quod voles, primus sile.
Tərcümə: İstəyirsənsə nə haqdasa sussunlar, birinci sus.
Mənbə: Seneka.
  • Alter ego
Tərcümə: İkinci "Mən".
  • Alma mater
Tərcümə: Süd anası.
  • Amat victoria curam.
Tərcümə: Qələbə qayğını sevir.
  • Amantes amentes.
Tərcümə: Aşiqlər - dəlilər.
  • Amici fures temporis.
Tərcümə: Dostlar - vaxt oğrularıdır.
  • Amicitia aequalitas.
Tərcümə: Dostluq - bərabərlikdir.
  • Amicus certus in re incerta cernitur.
Tərcümə: Həqiqi dost yanlışlıqlarda tanınır (pis gündə).
Mənbə: Enni
  • Amicus verus — rara avis.
Tərcümə: Sadiq dost — nadir quşdur.
Mənbə: Plavt
  • Amicus verus cognoscitur amore, more, ore, re
Tərcümə: Həqiqi dost sevgiylə, münasibətlə, sözlə, işlə tanınır.
  • Amicus (mihi) Plato, sed magis amica veritas.
Tərcümə: Platon mənim dostumdur, həqiqət daha böyük dostdur. (Platon mənim dostumdur, amma həqiqət daha vacibdir)
Mənbə: Aristotel
  • Amor caecus.
Tərcümə: Məhəbbət kordur.
  • Amoris vulnus sanat idem, qui facit.
Tərcümə: Eşq yarasını (bu yaranı) vuran müalicə edir.
  • Amor non est medicabilis herbis.
Tərcümə: Məhəbbət otlarla müalicə olunmur.
  • Animis opibusque parati
Tərcümə: Ürəyimizlə və əməlimizlə hazırıq.
  • Aquila non captat muscas.
Tərcümə: Qartal milçək tutmur.
  • Aquilam volare doces
Tərcümə: Sən qartala uçmaq öyrədirsən.
  • Ars gratia artis
Tərcümə: İncəsənət naminə incəsənət.
Mənbə: "Metro-Goldwyn-Mayer" şirkətinin şüarı.
  • Ars longa, vita brevis
Tərcümə: İncəsənət əbədidir, həyat qısa.
  • Artes molliunt mores.
Tərcümə: İncəsənət xasiyyəti yumşaldır.
  • Audentes fortuna juvat.
Tərcümə: Qoçaqlara tale yardım edir.
Mənbə: Vergili, "Eneida" (X, 284)
  • Aurea mediocritas.
Tərcümə: Qızıl orta.
  • Aut bene, aut nihil.
Tərcümə: Ya yaxşı, ya heç nə.
  • Aut Caesar, aut nihil
Tərcümə: Ya Sezar, ya heç nə.
Çezare Borcanın devizi.
  • Ave Caesar, imperator, morituri te salutant.
Tərcümə: Salam, Sezar, imperator, ölümə gedənlər səni salamlayır.
Mənbə: Roma qladiatorlarının imperatora yönəltdikləri salamlama.
  • Barba crescit, caput nescit.
Tərcümə: Saqqalı çıxıb, amma ağlı yoxdur.
  • Barba non facit philosophum.
Tərcümə: Saqqal filosof olmağa bəs eləmir.
  • Beati hispani, quibus vivere bibere est.
Tərcümə: Yaşamağı içməyə bərabər tutan ispanlar xoşbəxtdirlər.
Şərh: İspan dilində "v" hərfinin "b" kimi tələffüz olunmasına eyham vurulur.
  • Beati pauperes spiritu.
Tərcümə: Ruhu kasıb olanlar müqəddəsdir.
Mənbə: Vulqata, Matvey 5:3
  • Beatus, qui prodest, quibus potest.
Tərcümə: Bacardığı hər kəsə yardım edən kəs xoşbəxtdir.
  • Bene qui latuit bene vixit.
Tərcümə: Nəzərə çarpmadan yaşayan yaxşı yaşayır.
Ovidi, Tristia, III.iv.25
  • Benefacta male locata malefacta arbitror.
Tərcümə: Layiq olmayana edilən yaxşılığı mən pislik hesab edirəm.
Mənbə: Siseron
  • Bis dat, qui cito dat.
Tərcümə: Tez ödəyən ikiqat ödəyir.
Mənbə: Publili Sir
  • Bis repetita non placent
Tərcümə: Təkrarçılıq yaxşı qarşılanmır.
Mənbə: Horatsi, Ars Poetica 365
  • Bona diagnosis, bona curatio.
Tərcümə: Yaxşı diaqnoz, yxşı müalicə.
  • Bona valetudo melior est quam maximae divitiae.
Tərcümə: Yaxşı sağlamlıq ən böyük var-dövlətdən bahadır.
  • Boni pastoris est tondere pecus, non deglubere.
Tərcümə: Yaxşı çoban qoyunu qırxanda onun dərisini soymur.
Şərh: Roma imperatoru Tiberi öz canişinlərinə müraciətlə.
  • Caedite eos. Novit enim Dominus qui sunt eius.
Tərcümə: Öldürün onları. Allah özü onu tanıyanları tanıyır.
Digər tərcümədə: Hamısını öldürün. Allah özü ayırd edəcək.
Albiqoy Xaç yürüşləri zamanı Bezye qətliamından əvvəl abbat Arnold Amorinin dediyi güman edilir.
  • Caesarem decet stantem mori.
Tərcümə: Sezara ayaq üstə ölmək yaraşır.
Mənbə: Svetoninin imperator Vespasianın son sözləri haqqında verdiyi məlumat.
  • Carmina morte carent
Tərcümə: Şeirlər ölümsüzdür.
  • Carpe diem
Tərcümə: (Hər) Günü tut
Mənası: Anı yaşa.
Mənbə: Horatsi, "Odalar" (I, 11.8)
  • Carthago delenda est (Carthaginem esse delendam)
Tərcümə: Karfagen dağıdılmalıdır.
Mənbə: Plutarx. Böyük Mark Portsi Katonun Roma senatındakı çıxışından.
  • Calamitas virtutis occasio.
Tərcümə: Kasıblıq igidliyə səbəb olur.
Mənbə: Seneka
  • Carpamus dulcia: nostrum est, quod vivis: cinis et manes et fabula fies.
Tərcümə: Gəlin həyatın şirinliyini dadaq: onun üçün yaşayırıq, sonra isə biz külə, kölgəyə, mifə çevriləcəyik.
Persi, Saturae, v. 151
  • Casus ordinarius
Tərcümə: Adi hadisə.
  • Casus extraordinarius
Tərcümə: Qeyri-adi hadisə.
  • Cedo nulli
Tərcümə: Mən heç kimə güzəştə gedirəm.
  • Cibi condimentum est fames
Tərcümə: Aclıq hər yeməyə ədviyyatdır.
  • Citius, altius, fortius!
Tərcümə: Sürətlə, yüksəyə, səylə!
Şərh: 1913-cü ildən Olimpiya oyunları hərəkatının şüarı.
  • Civis Romanus sum.
Tərcümə: Mən Romalıyam.
Mənbə: Siseron
  • Clara pacta, boni amici.
Tərcümə: Aydın razılaşmalar, yaxşı dostlar.
  • Claude os, aperi oculos!
Tərcümə: Ağzını yum, gözlərini aç.
  • Cogitationis poenam nemo patitur.
Tərcümə: Heç kim düşüncələrinə görə cəzalandırılmır.
  • Cogito, ergo sum.
Tərcümə: Düşünürəm, deməli mövcudam.
Mənbə: Dekart
  • Concordia civium murus urbium.
Tərcümə: Vətəndaşların harmoniyası şəhərlərin divarları kimidir.
  • Concordia rarvae res crescunt, discordia maximae dilabuntur
Tərcümə: Harmoniya olduqda ən kiçik də böyüyür, nizamsızlıqda isə böyük də yox olur.
  • Conscientia mille testes.
Tərcümə: Vicdan — min şahiddir.
  • Consuetudo est altera natura
Tərcümə: Vərdiş - ikinci xasiyyətdir.
  • Contra spem spero.
Tərcümə: Ümidsiz ümid edirəm.
  • Corruptio optimi pessima.
Tərcümə: Yaxşının yıxılması — ən qəddar yıxılmadır.
  • Credo quia absurdum est.
Tərcümə: İnanıram, çünki absurddur.
Mənbə: Tertullian
  • Cui bono
Tərcümə: Kimə sərf edir?
Mənbə: Siseron, "Ameriyalı Rossinin müdafiəsi üçün çıxış", XXX, 84
  • Cuique suum.
Tərcümə: Hər kəsə özünə görə.
  • Cum tacent clamant.
Tərcümə: Susanda, qışqırırlar.
  • Damnant, quod non intelegunt
Tərcümə: İrad tuturlar, çünki başa düşmürlər.
  • Dic, duc, fac, fer!
Tərcümə: Həqiqəti söylə, işi düzgün apar, lazım olanı et, çətinliklərə sinə gər!
Mənbə: Roma hüququnda hüquqşünasın 4 ehkamı.
  • De gustibus non est disputandum
Tərcümə: Zövqlər müzakirə olunmur.
  • De minimis non curat praetor. (və ya rex, ya da lex)
Tərcümə: Səlahiyyət sahibləri (və ya "hökmdar", ya da "qanun") əhəmiyyətsiz şeylərə diqqət yetirmirlər.
  • De mortuis aut bene, aut nihil
Tərcümə: Ölülər haqqında ya yaxşı, ya heç nə.
  • Debes, ergo potes
Tərcümə: Məcbursansa, deməli bacararsan.
  • Decipimur specie recti.
Tərcümə: Biz həqiqət görüntüsünə inanırıq.
Mənası: Xarici görünüş aldadıcı ola bilər.
Mənbə: Horatsi, "Poeziya elmi"
  • Deo Vindice.
Tərcümə: Tanrı bizim qoruyucumuz.
Amerika Konfederativ Ştatlarının şüarı.
  • Deorum injuriae Diis curae.
Tərcümə: Allahlara qarşı təhqirə görə allahlar özləri qisas alsınlar.
  • Deus lo vult!
Tərcümə: Allah bunu istəyir!
Şərh: Səlibçilərin şüarı.
  • Dictum factum
Tərcümə: Deyilib - edilib.
  • Dictum sapienti sat est.
Tərcümə: Deyilən söz müdrikə kifayətdir.
Mənası Azərbaycan dilindəki "Arifə bir işarə" deyiminə müvafiqdir.
  • Divide et impera
Tərcümə: Parçala və hökm et.
Mənbə: Yuli Sezar
  • Docendo discimus
Tərcümə: Öyrədərək, öyrənirik.
  • Dominus Illuminatio Mea.
Tərcümə: Tanrı mənim işığımdır.
Şərh: Oksford Universitetinin devizi; Psalm 27.
  • Donec eris felix multos numerabis amicos. / Tempora si fuerint nubila solus eris.
Tərcümə: Yaxşı gündə dostun çox olar. / Pis gündə tək qalarsan.
Mənbə: Ovidi, Tristia I,9,5-6
  • Ducunt volentem fata, nolentem trahunt.
Tərcümə: Tale irəli getmək istəyənləri aparır, istəməyənləri - sürüyür.
  • Dulce et decorum est pro patria mori.
Tərcümə: Vətən üçün ölmək əziz və şərəflidir.
Şərh: Adətən müharibə memoriallarında yazılır. I Dünya müharibəsində həlak olmuş ingilis şairi Vilfred Ouen bu fikri "qədim yalan" adlandırırdı.
Mənbə: Horatsi, Odalar III, 2, 13.
  • Dum docemus, discimus
Tərcümə: Nə qədər ki, öyrədirik, öyrənirik.
  • Dum spiro, spero
Tərcümə: Nə qədər ki, nəfəs alıram, ümid edirəm.
  • Dum vivimus, vivamus!
Tərcümə: Yaşadığımız müddətdə, qoyun yaşayaq!
  • Dum vita est, spes est.
Tərcümə: Nə qədər ki, həyat var, ümid var.
  • Dum vixi tacui, mortua dulce cano.
Tərcümə: Yaşayarkən mən lal idim, öldükdən sonra gözəl mahnı oxuyuram.
Şərh: Adətən musiqi alətlərinin, daha çox klavişli alətlərin üzərində yazılır. Alətin hazırlandığı ağaca işarədir.
  • Duobus litigantibus, tertius gaudet.
Tərcümə: İki nəfər mübahisə edəndə, üçüncüsü sevinir.
  • Dura lex, sed lex
Tərcümə: Qanun sərtdir, amma bu qanundur.
  • Ego sum via veritas et vita
Tərcümə: Mən yol, həqiqət və həyatam.
Mənbə: İncil (İoann 14:6), Budapeştdə Müqəddəs İştvan bazilikasının üzərində yazılmış şüar.
  • Electa una via, non datur recursus ad alteram
Tərcümə: Bir yol seçənə başqa yolla getməyə icazə verilmir.
  • Elephantum ex musca facis
Tərcümə: Milçəkdən fil düzəldirsən.
  • Epistola non erubescit
Tərcümə: Kağız qızarmır.
Mənbə: Siseron
  • Errare humanum est, ignoscere divinum
Tərcümə: Səhv etmək insana xasdır, bağışlamaq ilahiyə.
Mənbə: Siseron
  • Errare humanum est, stultum est in errore perseverare.
Tərcümə: Səhv etmək insana xasdır, amma öz səhvlərində təkid etmək axmaqlıqdır.
  • Eruditio aspera optima est
Tərcümə: Sərt tərbiyə - ən yaxşısıdır.
  • Et tu autem, Brute!
Tərcümə: Sən də mi, Brut!
Mənbə: Şekspirin "Yuli Sezar" pyesində Sezarın ölüm ayağında dediyi sözlər.
  • Ex libris
Tərcümə: Kitablardan
  • Ex nihilo nihil fit
Tərcümə: Heç nə heç nədən yaranmır.
Mənbə: Rene Dekart
  • Ex tempore
Tərcümə: Tələbata görə.
  • Exitus letalis
Tərcümə: Ölümcül sonluq.
  • Experientia est optima magistra
Tərcümə: Təcrübə — ən yaxşı müəllimdir.
  • Faber est suae quisque fortunae
Tərcümə: Hər kəs öz taleyinin dəmirçisidir (“yaradıcısıdır” mənasında).
Mənbə: Appi Klavdi Sek
  • Fabricando fit faber.
Tərcümə: Təcrübə mükəmməlləşdirir.
  • Facilis descensus Averno
Tərcümə: Cəhənnəmə düşmək asandır.
  • Fama crescit eundo
Tərcümə: Şayiələr dolaşdıqca böyüyür.
  • Fas est et ab hoste doceri
Tərcümə: Düşməndən də öyrənmək olar.
Mənbə: Ovidi, "Çevrilmələr"
  • Feci quod potui, faciant meliora potentes
Tərcümə: Bacardığımı etdim, kim bacarırsa daha yaxşısını etsin.
  • Felix qui potuit rerum cognoscere
Tərcümə: Xoşbəxt [o kəsdir ki,] şeylərin səbəbini başa düşür.
Mənbə: Vergili, "Georgika" 2, 490.
  • Ferox verbis
Tərcümə: Sözdə qəhrəman.
  • Ferro ignique!
Tərcümə: Odla və qılıncla!
  • Festina lente
Tərcümə: Asta tələs.
Mənbə: Oktavian Avqustun şüarı.
  • Fiat lux!
Tərcümə: İşıq olsun!
Mənbə: İncil (Yaranış 1:3)
  • Fiat justitia et pereat mundus
Tərcümə: Qoy, dünya dağılsa da, ədalət bərqərar olsun.
Mənbə: Müqəddəs Roma İmperatoru I Ferdinand
  • Fiat justitia ruat caelum
Tərcümə: Qoy ədalət bərqərar olsun və səma yıxılsın.
  • Fide, sed qui, vide.
Tərcümə: Etibar et, amma bax kimə.
  • Finis coronat opus
Tərcümə: Sonluq – işin tacıdır.
  • Fluctuat nec mergitur
Tərcümə: Yırğalanır, amma batmır.
Mənbə: Paris şəhərinin gerbində yazılmış şüar.
  • Fortasse erit, fortasse non erit
Tərcümə: Bəlkə olacaq, bəlkə də olmayacaq.
  • Fortes fortuna iuvat
Tərcümə: Tale cəsurları sevir.
  • Fortis cadere, cedere non potest
Tərcümə: Cəsur adam yıxılar, amma təslim olmaz.
  • Fortiter in re, suaviter in modo
Tərcümə: İşdə sərt, davranışda yumşaq.
  • Fortuna est caeca
Tərcümə: Tale kordur.
Mənbə: Siseron
  • Fortuna amicos parat, inopia amicos probat.
Tərcümə: Tale dostları hazırlayır, ehtiyac onları sınayır.
  • Gallia est omnis divisa in partes tres
Tərcümə: Qalliya üç hissəyə bölünüb.
Mənbə: Yuli Sezarın "Qalliya müharibəsinə şərhlər"inin ("Commentarii de Bello Gallico") ilk cümləsi.
  • Gaudeamus igitur iuvenes dum sumus
Tərcümə: Nə qədər ki gəncik bundan həzz almalıyıq.
Mənbə: Köhnə alman tələbə mahnısının sözləri. Hazırda bir sıra qərb universitetlərinin devizidir.
  • Gens una sumus
Tərcümə: Biz bir ailəyik.
Mənbə: Beynəlxalq Şahmat Federasiyası — FIDE-nin şüarı.
  • Gloria victis.
Tərcümə: Məğlublara eşq olsun.
  • Gloriosum est iniurias oblivisci.
Tərcümə: Ədalətsizliyi unutmaq şərəflidir.
  • Graeca fides, nulla fides
Tərcümə: Yunan düzgünlüyü - düzgünsüzlükdür.
  • Gutta cavat lapidem
Tərcümə: Damla daşı yonur.
Mənbə: Ovidi, "Məktublar"
  • Gutta cavat lapidem non bis, sed saepe cadendo; sic homo fit sapiens non bis, sed saepe legendo.
Tərcümə: Damla daşı iki dəfə yox, çox düşməklə yonur, eynilə insan da iki kitab oxumaqla yox, çox kitab oxumaqla müdrik olur.
Mənbə: Cordano Bruno, "Məşəl" (Il Candelaio)
  • Həyatı boyu yalnız bir kitab oxumuş insanlardan qorxun.
  • Habent sua fata libelli
Tərcümə: Kitabların öz taleyi var.
Mənbə: Terensian Mavr
  • Haec studia adolescentiam alunt, senectutem oblectant, secundas res ornant, adversis solatium ac perfugium praebent
Tərcümə: Elmlə məşğul olmaq gəncləri qidalandırır, yaşlıları fərəhləndirir, xoşbəxtlikdə bəzək, bədbəxtlikdə sığınacaq olur
Mənbə: Siseron, "Arxinin müdafiəsinə", VII, 16
  • Haud semper errat fama
Tərcümə: Şayiələr həmişə səhv etmir
  • Hectorem quis nosset, felix si Troja fuisset?
Tərcümə: Troya xoşbəxt olsaydı, Hektoru kim tanıyardı?
Mənbə: Ovidi
  • Hic bibitur
Tərcümə: Burada içirlər.
  • Hic mortui vivunt, hic muti loquuntur
Tərcümə: Burada ölülər yaşayır, burada lallar danışır
Mənbə: Qədim universitet kitabxanalarının divarlarındakı yazı.
  • Historia est magistra vitae
Tərcümə: Tarix — həyat müəllimidir.
Mənbə: Siseron, “Orator haqqında”, II, 9, 36
  • Historiam nescire hoc est semper puerum esse
Tərcümə: Tarixi bilməmək — həmişə körpə qalmaq deməkdir.
Mənbə: Siseron
  • Hoc unum scio, quod nihil scio
Tərcümə: Mən bilirəm ki, heç nə bilmirəm.
Mənbə: Sinoplu Diogen
  • Homines quo plura habent, eo cupiunt ampliora
Tərcümə: İnsanlar çox şeyə sahib olduqca, daha da artığını istəyirlər.
Mənbə: Seneka
  • Homo homini lupus est
Tərcümə: İnsan insanın canavarıdır.
Mənbə: Plavt
  • Homo ornat locum, non locus hominem
Tərcümə: İnsan yeri bəzəyir, yer insanı yox.
  • Homo proponit, sed deus disponit.
Tərcümə: İnsan niyyət edir, allah bərqərar edir.
  • Homo sum et nihil humani a me alienum puto
Tərcümə: Mən insanam və insana xas olan heç nə mənə yad deyil.
Mənbə: Publi Terensi
  • Honores mutant mores, sed raro in meliores
Tərcümə: Şan-şöhrət xasiyyəti dəyişir, amma nadir hallarda yaxşıya doğru.
  • Honoris causa
Tərcümə: Xidmətlərinə görə
  • Horribile dictu!
Tərcümə: Dilə gətirmək qorxuludur!
  • Humanitatis optima est certatio
Tərcümə: Ən alicənab yarış — insaniyyətdə yarışmaqdır.
Mənbə: Publili Sir

I və ya J

redaktə

Qeyd: Latın dilində I və J hərfləri eynidir.

  • In angustiis amici apparent
Tərcümə: Dost dar gündə tanınar.
  • Igitur si vis pacem, para bellum.
Tərcümə: Sülh istəyirsənsə, müharibəyə hazır ol.
Mənbə: Publi Flavi Vegeti Renatus, "Epitoma rei militaris" (digər adı "De Re Militari"), 3-cü kitab
  • Ignorantia juris nocet, facti ignorantia non nocet
Tərcümə: Qanunu bilməmək ziyan verir, faktları bilməmək ziyan vermir.
  • Ignorantia legis non excusat
Tərcümə: Qanunu bilməmək üzrlü deyil.
  • Ignorantia non est argumentum
Tərcümə: Bilməmək sübut deyil.
Mənbə: Benedikt Spinoza, "İdrakın təkmilləşdirilməsi haqqında traktat"
  • Imperare sibi maximum imperium est.
Tərcümə: Özünə hakim olmaq ən böyük hakimiyyətdir.
Mənbə: Siseron
  • In dubio pro reo
Tərcümə: Əmin olmayanda bitərəf qal.
  • In hoc signo vinces
Tərcümə: Bu nişanə ilə sən qalib gələcəksən.
Mənbə: Mulvi körpüsü yaxınlığındakı döyüşdən əvvəl Roma imperatoru Konstantinin gözünə görünən nişanənin altındakı yazı.
  • In magnis voluisse sat est
Tərcümə: Böyük işlərdə istək yetərlidir.
  • In me omnis spes mihi est
Tərcümə: Bütün ümidlərim özümədir.
  • In necessariis unitas, in dubiis libertas, in omnibus caritas
Tərcümə: Lazımi işlərdə birlik, şübhəli işlərdə azadlıq, bütün işlərdə mərhəmət.
  • In omnia paratus
Tərcümə: Hər şeyə hazır.
  • In partem salari
Tərcümə: Əməyə görə mükafat.
  • In propria causa nemo judex
Tərcümə: Öz işində heç kim hakim ola bilməz.
  • In pugna non numerus multum, sed fortitude eorum vincit
Tərcümə: Döyüşdə qələbəyə say çoxluğu yox, igidlik aparır.
  • In vino veritas, in aqua sanitas
Tərcümə: Həqiqət şərabdadır, sağlamlıq suda.
  • In vitium ducit culpae fuga, si caret arte.
Tərcümə: İstedad olmayanda bir səhv o biri səhvə aparır.
Mənbə: Horatsi, De Arte Poetica.
  • Iners negotium.
Tərcümə: Fəaliyyətsiz məşğulluq.
  • Infinitus est numerus stultorum
Tərcümə: Axmaqların sayı-hesabı yoxdur.
Mənbə: Vulqata, Ekklesiast 1:15.
  • Injuriam facilius facias quam feras
Tərcümə: İncitmək asandır, dözmək çətindir.
  • Inter arma enim silent leges (Musae).
Tərcümə: Müharibə zamanı qanunlar (Muzalar) susur.
Mənbə: Siseron, Oratio Pro Annio Milone (IV)
  • Inter arma tacent musae
Tərcümə: Silahlar arasında muzalar susur.
  • Inter caecos regnat strabo
Tərcümə: Korların arasında çəpgöz idarə edir.
Mənbə: Erazm
  • Interdum dormitat bonus Homerus
Tərcümə: Hərdən yaxşı Homer də mürgüləyir.
Mənası: Bəzən ən yaxşılar da səhv edə bilər.
Orijinal ifadə: Quandoque bonus dormitat Homerus.
Mənbə: Horatsi, Ars Poetica.
  • Ira furor brevis est.
Tərcümə: Qəzəb qısamüddətli dəlilikdir.
Mənbə: Horatsi, Epistles I, 2, 62.
  • Iustitia regnorum fundamentum
Tərcümə: Ədalət mühakiməsi dövlətin əsasıdır.
  • Labor est etiam ipse voluptas
Tərcümə: Əmək öz-özlüyündə bir zövqdür.
Mənbə: Manili, "Astronomika", IV, 155.
  • Latet enim veritas, sed nihil pretiosius veritate.
Tərcümə: Həqiqət gizlidir, amma heç nə həqiqət qədər gözəl deyil.
Mənbə: "Minerva, sive de causis latinae linguae commentarius". Francisco Sanchez de las Brozas (Minerva I, 1, 40, 16; 1754).
  • Longum iter est per praecepta, breve et efficax per exempla
Tərcümə: Qaydaları öyrənmək uzun yoldur, nümunələrlə öyrənmək qısa və effektivdir.
  • Lumen soli mutuum das.
Tərcümə: Günəşə işıq tutursan.
Qeyd: Mənası tamamilə açıq-aydın olan məsələni izah etmək istəyən şəxslər haqda deyilir.
Mənbə: H.T.Rayli, "Dictionary of Latin Quotations, Proverbs, Maxims, and Mottos, &c." (1866), s. 210.
  • Lupus in fabula
Tərcümə: Təmsildəki canavar kimi.
Mənası: "Adını çək, qulağını bur". Haqqında danışılandan dərhal sonra peyda olan şəxs haqda işlədilir.
  • Lupus non mordet lupum
Tərcümə: Canavar canavarı dişləməz.
  • Lupus pilum mutat, non mentem
Tərcümə: Canavar kürkünü dəyişər, amma xasiyyətini yox.
  • Mala herba cito crescit
Tərcümə: Pis ot tez boy atır.
Mənası: "Pis nümunə yoluxucudur".
  • Manus manum lavat
Tərcümə: Əl əli yuyar.
  • Margaritas ante porcos
Tərcümə: Donuzların önünə mirvari səpmək.
Mənbə: Matfeyin İncili.
  • Medicus curat, natura sanat
Təbib qayğısına qalır, təbiət müalicə edir.
  • Melium est nomen bonum quam divitae multae.
Tərcümə: Yaxşı ad var-dövlətdən çox yaxşıdır.
Mənası: "Yaxşı ad ən yaxşı xəzinədir."
Mənbə: Ralf Valdo Emerson, İşləri, VIII cild. (1855), s. 528. (Red. 1912)
  • Memento mori
Tərcümə: Ölümü xatırla.
Mənası: "Həyat əbədi deyil və etdiyin əməllərə diqqət et".
  • Mens sana in corpore sano
Tərcümə: Sağlam bədəndə sağlam ruh.
  • Mobiles ad superstitionem perculsae semel mentes
Tərcümə: Bir dəfə qorxmuş beyinlər mövhumata meyllidirlər.
Mənbə: Tasit, "Aqrikola", XXX.
  • Modus operandi
Tərcümə: Hərəkət mexanizmi.
  • Modus vivendi
Tərcümə: Həyat tərzi.
  • Mors sua, vita nostra
Tərcümə: Onun ölümü, bizim həyatımız.
Mənbə: Rafaello Covanyoli, "Spartak"
  • Multi multa; nemo omnia novit
Tərcümə: Çox adam çox şey bilir, heç kim hər şeyi bilmir.
  • Mundus vult decipi, ergo decipiatur
Tərcümə: Dünya aldadılmaq istəyir, qoy aldadılsın.
Mənbə: Papa IV Pavel
  • Nam vitiis nemo sine nascitur
Tərcümə: Heç kəs çatışmazlıqlarsız doğulmur.
  • Natura abhorret vacuum
Tərcümə: Təbiət boşluğa dözmür.
  • Navigare necesse est, vivere non est necesse.
Tərcümə: Üzmək zəruridir, yaşamaq zərurət deyil.
  • Ne quid expectes amicos, quod tute agere possis.
Tərcümə: Dostlarından heç nə gözləmə, özün nə bacarırsansa, onu et.
  • nemo me impune lacessit
Tərcümə: Heç kəs mənə cəzasız toxuna bilməz.
Mənbə: [şotland kral şüarı]
  • Nemo omnia potest scire
Tərcümə: Heç kəs hər şeyi bilə bilməz.
  • Nemo regere potest nisi qui et regi.
Tərcümə: İdarə edilməsi mümkün olan kəs idarə etməyi bacarmaz.
  • Nescis quid serus vesper vehat.
Tərcümə: Gecənin nə gətirəcəyini bilə bilməzsən.
  • Nihil desperandum
Tərcümə: Heç vaxt ümidini itirmə.
  • Nihil novi sub sole
Tərcümə: Günəşin altında heç nə yeni deyil.
Mənbə: Vulqata, Ekklesiast 1:9.
  • Nocere facile est, prodesse difficile.
Tərcümə: Zərər vurmaq asandır, yardım etmək çətindir.
  • Noli nocere!
Tərcümə: Zərər vurma!
  • Noli turbare circulos meos!
Tərcümə: Mənim çertyojlarıma toxunma!
Mənbə: Arximedin Roma əsgərinə verdiyi cavab. Bu itaətsizliyə görə Arximed öldürülüb.
  • Nolite mittere margaritas ante porcos!
Tərcümə: Donuzların önünə muncuq tökməyin!
Mənbə: İncil (Matfey 7:6)
  • Non alios suo modulo metire.
Tərcümə: Başqalarını öz ölçü meyarınla ölçmə.
  • Non annumero verba sed appendere
Tərcümə: Sözləri saymazlar, çəkərlər (tərəzidə).
Mənbə: Siseron
  • Non est via in medicina sine lingua Latina
Tərcümə: Tibbin yolu latın dili olmadan keçilməzdir.
  • Non nobis solum nati sumus
Tərcümə: Biz yalnız özümüz üçün doğulmamışıq.
Siseron, "Öhdəliklər haqda" (De Officiis), I kitab, bölmə 22
  • Non progredi est regredi
Tərcümə: İrəli getməmək, geriyə getməkdir.
  • Non quia difficilia sunt non audemus, sed quia non audemus, difficilia sunt.
Tərcümə: İşlər bizim cürət etmədiyimiz üçün çətin deyil, biz çətin işləri görməyə cürət etmirik.
Mənbə: Seneka, Lusiliyə məktublar, məktub 104, bölmə 26, sətir 5
  • Non semper erit aestas.
Tərcümə: Həmişə yay olmayacaq.
  • Nosce te ipsum
Tərcümə: Özünü dərk et
Mənbə: Delfdə Apollon məbədinin üzərindəki yazı
  • Nota bene
Tərcümə: Diqqət edin
  • Nulla calamitas sola
Tərcümə: Bədbəxtlik tək gəlmir.
  • Nulla regula sine exceptione
Tərcümə: İstisnasız qayda yoxdur.
  • Nulla dies sine linea
Tərcümə: Xətsiz bir gün olmaz
Mənbə: Böyük Plini qədim yunan rəssamı Apelles haqda (“Naturalis historia”, XXXV, 36)
  • Nulla poena, nulla lex.
Tərcümə: Cəza yoxdursa, qanun yoxdur.
  • Nullum crimen sine lege
Tərcümə: Qanunlar susursa, cinayət yoxdur.
  • Nullus est liber tam mallus, ut non aliqua parte prosit.
Tərcümə: Heç bir kitab elə pis ola bilməz ki, onun bir faydalı hissəsi olmasın.
Kiçik Plininin Böyük Pliniyə aid etdiyi sözlər. Epistulae, məktub 5, 10
  • Nusquam est qui ubique est.
Tərcümə: Kim ki hər yerdədir, o heç yerdə deyil.
Mənbə: Seneka
  • O tempora o mores
Tərcümə: Eh zəmanə, eh adətlər!
Mənbə: Siseronun "Katilina əleyhinə birinci çıxış"ından sitat.
  • Radix malorum est cupiditas
Tərcümə: Tamah bütün bəlaların mənbəyidir.
  • Rem tene, verba sequentur.
Tərcümə: Mövzunu tutsan, sözlər ard-arda gələcək.
  • Repetitio est mater studiorum
Tərcümə: Təkrar, biliyin anasıdır.
  • Roma locuta, causa finita
Tərcümə: Roma rəyini bildirdi — məsələ bağlandı.
  • Tabula rasa
Tərcümə: Təmiz lövhə
Mənbə: Con Lokk
  • Tantum scimus, quantum memoria tenemus
Tərcümə: Biz xatırladığımız qədərini bilirik.
  • Tarde venientibus ossa
Tərcümə: Gec gələnə sümüklər qalır.
  • Tale quale
Tərcümə: Necəyəmsə, eləyəm.
  • Tempora mutantur et nos mutamur in illis
Tərcümə: Zaman dəyişir, onunla birlikdə biz də dəyişirik.
  • Tempori parce!
Tərcümə: Zamanı qoru!
Mənbə: Gottlob Zumpt, Karl (1836). A grammar of the Latin language (4 ed.). B. Fellowes. p. 275.
  • Tempus edax rerum
Tərcümə: Vaxt hər şeyi yeyəndir
Mənbə: Ovidi
  • Tempus fugit.
Tərcümə: Vaxt uçur.
Tam versiyası: Sed fugit interea, fugit irreparabile tempus — Tərcümə: "Bu arada, əvəzolunmaz vaxt uçur"
Mənbə: Vergili
  • Timeo Danaos et dona ferentes
Tərcümə: Hətta hədiyyə gətirən danaylılardan da qorxuram.
Mənbə: Vergili, Eneida
  • Tempus curat omnia
Tərcümə: Zaman hər şeyi müalicə edir.
  • Tertium non datur
Tərcümə: Üçüncü yol yoxdur.
  • Totum revolutum
Tərcümə: Tam dolaşıqlıq.
  • Ubi bene ibi patria
Tərcümə: Hara yaxşıdırsa, Vətən oradır
  • Ubi concordia, ibi victoria
Tərcümə: Harda həmrəylik varsa, qələbə ordadır
  • Ubi culpa est, ibi poena subesse debet
Tərcümə: Harda günah varsa, orda cəza da olmalıdır
  • Ubi emolumentum, ibi onus
Tərcümə: Qazanc olan yerdə əziyyət də var
  • Ubi jus incertum, ibi nullum
Tərcümə: Qanun qeyri-müəyyəndirsə, qanun yoxdur
  • Ubi nihil vales, ibi nihil velis
Tərcümə: Güc sahibi olmadığın yerdə heç nə arzulama
  • Ubi mel, ibi fel
Tərcümə: Bal olan yerdə zəhər də var
  • Ultima ratio regum
Tərcümə: Kralların sonuncu dəlili
Mənbə: Rişelye (onun əmri ilə fransız toplarının üzərində yazılmış ifadə)
  • Ultra posse nemo obligatur
Tərcümə: Heç kim mümkün olandan artığını etməyə məcbur deyil
Mənbə: Vegetsi
  • Una hirundo non facit ver
Tərcümə: Bir qaranquşla bahar olmaz
  • Unus dies gradus est vitae.
Tərcümə: Bir gün — həyatın mərhələsidir.
Mənbə: Lutsi Anney Seneka
  • Utile dulce miscere.
Tərcümə: Xoş olanı faydalı olanla birləşdirmək.
  • Vade ad formicam
Tərcümə: Qarışqanın yanına get.
Mənbə: Pritçalar kitabı 6:6; tam ifadə belədir: "Qarışqanın yanına get, tənbəl, onun hərəkətlərinə bax və müdrik ol.”
  • Vana sine viribus ira est
Tərcümə: Cəsarət yoxdursa, qəzəb əbəsdir.
Mənbə: Tit Livi
  • Variam semper dant otia mentem
Tərcümə: Avaralıq müxtəlif meyillərə səbəb olur.
Mənbə: Mark Anney Lukan
  • Vince in bono malum
Tərcümə: Pisliyə yaxşılıqla qalib gəl.
  • Veni, vidi, vici
Tərcümə: Gəldim, gördüm, uddum.
Mənbə: Yuli Sezarın e.ə.47-ci ildə Zela döyüşündə II Farnak üzərindəki qələbədən sonra Roma Senatına yazdığı məktubdan.
  • Verba docent, exempla trahunt
Tərcümə: Sözlər nəsihət verir, nümunələr yol göstərir.
  • Verba volant, scripta manent
Tərcümə: Sözlər uçub gedir, yazılanlar qalır.
  • Verbum movet, exemplum trahit
Tərcümə: Söz həyəcanlandırır, nümunə cəlb edir.
  • Veritas temporis filia
Tərcümə: Həqiqət zamanın qızıdır.
İngiltərə kraliçası Mariya Tüdorun (1553—1558) şüarı.
  • Verum est, quod pro salute fit mendacium
Tərcümə: Xilas üçün deyilən yalan həqiqətə bərabərdir.
  • Verum index sui et falsi
Tərcümə: Həqiqət özünüzə və yalana qarşı sınaq daşıdır.
Mənbə: Benedikt Spinoza, “Etika”
  • Verum plus uno esse non potest
Tərcümə: Birdən artıq həqiqət ola bilməz.
  • Videre majus quiddam
Tərcümə: Daha böyük bir şeyə doğru can atarkən.
  • Vir prudens non contra ventum mingit
Tərcümə: Müdrik adam küləyin əksinə işəməz.
  • Vis unita fortior
Tərcümə: Birləşmiş qüvvə daha güclüdür.
  • Vita brevis, ars vero longa, occasio autem praeceps, experientia fallax, judicium difficile
Tərcümə: Həyat qısa, elm geniş, təsadüf etibarsız, təcrübə yanıldıcı, mühakimə çətindir.
Mənbə: Hippokrat
  • Vivere est cogitare
Tərcümə: Yaşamaq düşünmək deməkdir.
  • Volens nolens
Tərcümə: İstər-istəməz
  • Volo, non valeo
Tərcümə: İstəyirəm, amma bacarmıram
  • Voluntas est superior intellectu
Tərcümə: İradə ağıldan üstündür
  • Vox audita perit littera scripta manet
Tərcümə: Deyilən söz itir, yazılan hərf qalır.
  • Vox populi, vox dei
Tərcümə: Xalqın səsi Allahın səsidir.
  • Yaltağın sözü zəhər qatılmış bal kimidir.

İstinadlar

redaktə