Li Jakkoka

Li Jakkoka - Amerika meneceri



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


BRedaktə

  • Bütün idarəetmə son nəticədə başqa insanların fəallığını artırmaqdan ibarətdir.

ƏRedaktə

  • Əgər yapon fəhləsinin mövqeyi "nə ilə kömək edə bilərəm" sualı ilə ifadı edilirsə, amerika fəhlələrinin mövqeyi "bu işin mənə aidiyyəti yoxdur" bəhanəsi ilə xarakterizə edilir.

HRedaktə

  • Heyf ki, dinləməyi öyrənməyi öyrədən tədris müəssisəsi yoxdur. Axı yaxşı idarə başçısı üçün dinləməyi bacarmaq danışmağı bacarmaq qədər vacibdir.

İRedaktə

  • İdarə etmək ilk növbədə başqalarını işə həvəsləndirmək deməkdir.

KRedaktə

  • Katibələrin avaralanıb mırt vurması müəssisənin çürümə halında olmasının açıq-aşkar əlamətidir.
  • Kimi isə vəzifədə yüksəltmək onun öhdəsinə əlavə məsuliyyət qoymaq üçün ən əlverişli məqamdır.

MRedaktə

  • Mən kritik ana qədər maksimal demokratiya xəttini gözləyirəm və həmin məqam Çatanda amansız diktatora çevrilib deyirəm: "Mən sizin hamınızı dinlədim. İndi isə filan-filan işləri görmək lazımdır".
  • Mənim kreysler kabinetimə gələnlər təəccüblənirdilər ki, yazı masamın üstündə kompyuter qurğuları yoxdur, yəqin onlar unudurlar ki, kompyuter yalnız ona verilən informasiyanın nəticəsini təqdim edir. Uğurun sirri informasiyada deyil, insanlardadır.
  • Müəyyən riskə getmədən heç bir iş görə bilməzsən. Real situasiyada həmişə elə bir şəxsə ehtiyac var ki, zəruri anda deyə bilsin. "Hə, daha vaxtdır! Bir saatdan sonra başlayırıq".

URedaktə

  • Uşaqlarım məndən soruşanda ki, nəyi öyrənsələr yaxşıdır, mən həmişə deyirəm ki, humanitar elmlər sahəsində mükəmməl təhsil almaq lazımdır. Mən tarixin öyrənilməsinə böyük əhəmiyyət versəm də, şəxsən mənim ünün uşaqlarımın ABŞ-da Vətəndaş müharibəsi döyüşlərinin bütün yerlərini və tarixlərini yadda saxlayıb-saxlamadıqlarının heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, onlar mükəmməl şəkildə şifahi və yazılı nitqə yiyələnsinlər.

YRedaktə

  • Yaxşı rəhbər üçün dinləməyi bacarmaq danışmağı bacarmaq qədər vacibdir.

İstinadlarRedaktə