Mülk
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bədəninizə diqqət etməyiniz, mənliyinizə də diqqət göstərməyiniz anlamına gəlmir. Mənlik, geyim-keçim, vasitələr ya da mülk deyil. Mişel Fuko
D
redaktə- Dövlətin gücünü təmin edən ən yaxşı zabitləri, tədrisçiləri himayə et. Onlarla nəzakətlə rəftar et və şərəf ver. Bir fəzilətli adamdan bəhs edildiyini öyrəndinsə, onunla səmimi bir şəkildə söhbətə və əlaqəyə gir, ona mülk ver və onu himayə et. Ərdəm, alim və təhsilli insanların sayı onda artacaq. I Osman
E
redaktə- Evlərimizin arasında hasar var, hər şeyi haşiyəyə almışıq. Xarici filmlərə baxdıqda, qonşuların evlərinin arasında heç bir hasar olmadan çəmənliklərin olduğunu görürsən. Bizdə isə hətta bacı və qardaşlar arasında mülk bölgüsü gedir, hasarlar tikilir. Bu, doğru deyil.[1] Cabir İmanov
G
redaktə- Gözəl həyat yoldaşı - ümumi mülk, çirkin - ərinin cəzası. Antisfen
- Gülüş, böyük işdir. O, nə can alır, nə də mal-mülk. Amma onun qarşında günahkar bağlı dovşan kimidir. Nikolay Qoqol
İ
redaktə- İnsan qocalsa da, qəlbi iki sevgiyə həmişə gəncdir: ömür uzunluğuna və mal-mülk sevgisinə. Məhəmməd
S
redaktə- Sacilər IX əsrin ikinci yarısında meydana gəlib, Azərbaycana bir neçə bacarıqlı hökmdar vedən türk sülaləsindən idilər. Sacilərin nümayəndəsi olan Əbu Sac Divdad Usruşanda dağlıq Cankakat kəndindədir. Bu sülalə Xilafət qarşısındakı xidmətlərinə görə Xilafətin çox böyük əyaləti olan Azərbaycanı bir mülk kimi almışdı.[2] Panteleymon Juze
İstinadlar
redaktə- ↑ Cabir İmanov: Mən ədalətə inanıram
- ↑ Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. Bakı, "Şərq-Qərb", 2007. 424 səh. səh.259-260.