Mirzə Şəfi Vazeh
Mirzə Şəfi Vazeh - (1794, Gəncə – 16 noyabr 1852, Tiflis) — Azərbaycan şairi və mütəfəkkiri, xəttat, maarifçi və pedaqoq.
Mirzə Şəfi Vazeh | |||
Doğum tarixi | 1794 | ||
Doğum yeri | Gəncə | ||
Vəfat tarixi | 16 noyabr 1852, 1852 | ||
Vəfat yeri | Tbilisi | ||
Dəfn yeri | Görkəmli Azərbaycanlılar panteonu | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Anı tut, indi sahib olduğun, gələcəkdə sahib olacağın hər şey üçün dünyaya minnətdarlıq et!
B
redaktə- Başqasının fikrinə xidmət etmə, hər şey haqqında öz düşüncənə sahib ol!
- Bu dünyanın kədərini, qəmini,
Sorsan, deyər yer üzündə hamıdan,
Ahu-fəğan çıxararmı bu dərdi,
Ürəklərin viran qalmış damından?
D
redaktə- Dünya axmaqlarla zəngin olmasaydı, müdriklərin qədrini kim bilərdi?!
- Dünyanı öyrənmək istəyirsənsə qəlbinə nəzər sal.
- Dünyanın sənə xoş olan istiqamətdə getməsini tələb etmə. İstiqaməti biz müəyyən etmirik, həyat davam edir, biz isə onun ardınca.
- Düzlüklə alçaqlıq çarpışan zaman
Alçaqlıq nədənsə qazanır hər an.
Çünki alçaqlarçün ən alçaq işlər,
Alçaqlıq deyildir, hünərdir, hünər.
E
redaktə- Ey bəşərin xilasına edilən kömək,
Ey göylərin ilk töhfəsi, sevimli əmək!
Sənə xidmət edənlərə təsəllisən sən.
Müdriklərin ilk arzusu, ilk istəyisən.
Ə
redaktə- Əksər insanlar qaranlığa üstünlük verir. Onlar üçün zülmət aydınlıqdan daha xoşdur.
- Ələ qədəh alsan, gəl olma nadan,
İçmə hiss etmədən, içmə duymadan.
Özünü böyüdüb boş yerə şişmə,
Bir də ki, alçalıb ayağa düşmə.
G
redaktə- Gülüb cavabını qaytar mehriban,
Birisi kinayə edərsə sənə.
Bil ki, kinayəyə layiq olmayan
Min bir kinayədən alçalmaz yenə.
X
redaktə- Xoş olsun ol könül, eşqə məkandır,
Var olsun ol fikir, eşqə həyandır.
Susuz çeşməyə bənzər ol ürək kim,
Nə eşqin dərdini, nə qəm duyandır. - Xoşbəxt o insandır ki, xeyirxahlığı ilə zəngin və başqalarının sevincinə ortaqdır.
- Xoşbəxtlik yoxdur deyə düşünmək, lakin bununla belə o var deyə iddia etməklə insan mütləq xoşbəxtliyə nail olacaq.
K
redaktə- Kədərin insanları formalaşdırdığını yalnızca axmaq və zalımlar düşünər.
- Kişisən, var isə səndə cəsarət,
Olsun xislətində belə bir adət:
Yaxşılıq edənə yaxşılıq eylə,
Cavab ver yamana yamanlıq ilə. - Kitabı rəfə deyil, beyninizə yerləşdirin.
İ
redaktə- İti qılınc sürüşərək düşsə yatağa
Üzü yumşaq ipək üstdən sıçrar qırağa.
Bu dünyada kəskinlikdən zor, gücdən artıq
Səmər verər xeyirxahlıq və mehribanlıq. - İnam uğrunda edilən zülm özü də bir günahdır.
M
redaktə- Mal-dövlət vərəsəlik olsa da, asan,
Zəhmət çəkib bir ev tikmək müşgüldür yaman.
Babaların, nənələrin şanı-şöhrəti,
Nəvələrin qürurunu artırar qəti!
Lakin, verər insanlara əsl ləzzəti,
Öz əliylə qazandığı varı-dövləti. - Məni sevənlərə məhəbbətim var,
Nifrət edənlərə min nifrətim var.
Əgər əl çəksəm də, səadətimdən,
Mən əl götürmərəm bu adətimdən. - Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər. Amma vəzifəli şəxslər müdrik adama möhtacdırlar.[1]
- Müdriklik adamı çox xoşbəxt edər,
Lakin elm artdıqca, çoxalar kədər.
Bu dünya üzündə xoşbəxtdir axmaq,
Aqil həsəd etməz ona da, ancaq.
Ö
redaktə- Öz sözü və yaxud baxışı ilə səni incitməyə çalışan insanlara qarşı qəddar olma. Dağdan nümunə götür: onu yardıqda o susur və sahib olduğu xəzinəni aşkara çıxarır.
- Özünü şux göstər, özünü saxla,
Getməsin üzündən təravət əsla.
Amma düşünmə ki, ölüm nə gəzir?
O, durar qapında bir gün müntəzir.
S
redaktə- Sən öz mənliyinin dar sarayından
Kənara çıxmasan, ey dostum, inan,
Anla ki, ömründə ola bilməzsən
Düzlük evində də bir dəfə mehman.
Ş
redaktə- Şikayətmi edim, gülümmü, bilməm
Dünyanın yarısı dərrakədən kəm.
Edir utanmadan, eyləmədən ar,
Mini bir axmağın sözünü təkrar.
Yox! Səni mədh edim, qoy ey yaradan,
Ki tutmuş dünyanı bu qədər nadan
Etməsəydin bizə bu mərhəməti,
Olmazdı ağlın da qədri, qiyməti.
T
redaktə- Tanrının mənə ən gözəl hədiyyəsi mənim əməyimdir. Tər tökməyən bəhrəsini görməz.
- Tozu qaldırsa da nə qədər külək,
Toz öz tozluğunu dəyişməyəcək.
Gömülmüş olsa da, toza cəvahir,
Yenə də, qiyməti öz üstündədir.
Z
redaktə- Zülmün yaratdığı müqədddəs ola bilməz.
İstinadlar
redaktə- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.32