Moris Meterlink
Belçika yazıçısı, şairi, dramaturqu və filosofu
Moris Meterlink (1862-1949) - Belçika yazıçısı və dramaturqu.

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A redaktə
- Ağlı inkişaf etdirən eşqdir.
- Allahın varlığını inkar etmək insanı da inkar etmək deməkdir.
- Azadlığı ilə alver edən millət hər şeyini itirməyə məhkumdur.
D redaktə
- Deyəcəyin söz susmaqdan qiymətlidirsə, de.
E redaktə
- Elmlə məşğul olmadan dünyanın sirlərini necə öyrənə bilərsən.
Ə redaktə
- Ədalətin mükafata ehtiyacı yoxdur.
- Əksər hallarda xoşbəxtliyin özü deyil, xoşbəxt olmaq bacarığı çatışmır. [1]
G redaktə
- Gələcəyimiz naminə daim əlləşib -vuruşuruq, ağlımıza da gətirmirik ki, can atdığımız gələcəyin son ucunda bizi ölüm gözləyir.
H redaktə
- Həyatda çəkilən əzabların çoxunun səbəbi lovğalıqdır.
İ redaktə
- İradəli və səbirli insan məğlub olmaz.
Q redaktə
- Qəlblərdəki ən gözəl tumurcuq eşq tumurcuğudur.
S redaktə
- Sevgisiz insan baxıb görməyən kor kimidir.
- Sən eşq meydanına girəndə ağıl oranı tərk edir.
U redaktə
- Ustalıqla deyilən yalanın da gec-tez üstü açılır.
Z redaktə
- Zaman keçdikcə həyat bizə öyrədir ki, həqiqətdən başqa heç bir möcüzə yoxdur.
Mənbə redaktə
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014.
İstinadlar redaktə
- ↑ Xəzinə. Bakı, 1997. səh.49