A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

  • Azadlıq ağacı zaman-zaman vətənpərvərlərin, tiranların qanı ilə suvarılmalıdır. Tomas Cefferson

DRedaktə

  • Demokratiyada vicdanlı siyasətçiyə ancaq o zaman dözmək olar ki, o, çox axmaqdır. Çünki xalqın yarıdan çoxunun qərəzli fikirlərini ancaq çox axmaq adam səmimi şəkildə bölüşə bilər. Bertran Rassel
  • Dünən tarixdir, sabah bilinməyəndir, bu gün isə hədiyyədir. Franklin Delano Ruzvelt
  • Dünənlə bu gün arasında savaş olarsa, sabahı itirərik. Uinston Çörçill

ƏRedaktə

FRedaktə

  • Fəlakət vaxtları, gerçəkləri olduğu kimi fərq etməyini təmin edər. Həyat hər zaman kövrəkdir; hər kəs daima təhlükə içindədir. Sadəcə olaraq normal zamanlarda ölü kimi yatdığın üçün bunu görməzsən. Yuxu görməyə, gələcək günlər üçün, gələcək üçün gözəl şeylər xəyal etməyə davam edərsən. Lakin təhlükənin yaxın olduğu anlarda, birdən, gələcəyin olmaya biləcəyini, sahib olduğun yeganə anın bu olduğunu fərq edərsən. Buna görə də, fəlakət zamanları son dərəcə açıqlayıcıdır; dünyaya yeni heç bir şey gətirməz; sadəcə dünyanı olduğu kimi fərq etməyini təmin edər. Səni oyandırar. Bunu anlamasan, ağlını itirə bilərsən; əgər anlasan, oyana bilərsən. Oşo
  • Fikrin forması insana məxsusdur, fikrin yüksəlişi isə zamana. Viktor Şklovski

GRedaktə

  • Gerçək zəka sahibi insan, bir ideologiyadan yapışmayacaq; niyə etsin? Hazır cavablardan ibarət olan bir yükü daşımayacaq. Kifayət qədər ağıllı olduğu üçün hər hansı bir vəziyyət ortaya çıxanda ona qarşılıq verə biləcəyini bilir. Niyə keçmişdən gələn gərəksiz bir yükü daşısın? Onu daşımağın nə anlamı var? Əslində, keçmişdən nə qədər çox şey daşısan, indiki zamana o qədər az qarşılıq verə biləcəksən, çünki indiki zaman keçmişin bir təkrarı deyildir, daima yenidir, daima yenidir. Əsla köhnə deyildir; bəzən köhnə kimi görünə bilər amma köhnə deyildir, təməl fərqlər vardır. Oşo

HRedaktə

İRedaktə

KRedaktə

  • Kainat bir beşik, zaman isə onun ipidir. ("Füyuzat" jurnalından)

QRedaktə

MRedaktə

SRedaktə

  • Sevgililərim, bir şeyi unutmayın ki, Rəbbin gözündə bir gün min il, min il də bir gün kimidir. İncil

TRedaktə

  • Təxirə salmaq vaxtı oğurlamaqdır. Tomas Yunq
  • Təqvim özü də son payız çağında üşüm-üşüm üşüyən ağacdır: gündə bir sarı yarpaq salır. Elçin Əfəndiyev

VRedaktə

  • Vaxt öldürmək ən bahalı əyləncədir. Onore de Balzak
  • Vaxtdan istifadə edə bilməyən adam həmişə onun yel kimi uçmasından gileylənir. Jan de Labrüyer
  • Vaxtı itirməyin ən bariz nümunəsi telefon söhbətləridir. Anri de Monterlan
  • Vaxt-zaman bütün yaraları sağaldır. Menandr

ZRedaktə

  • Zaman, asan əldə edilən və ucuz olan şeyləri silər. (Roy Chanslor)
  • Zaman ağır, keçəcəyimiz yol tikanlı və əzablıdır. Məhəmməd Əmin Rəsulzadə
  • Zaman bir daha gəlməmək şərti ilə gedir. Lao-tszı
  • Zaman ən yaxşı müəllimdir, təəssüf ki, o öz şagirdlərini öldürür. Hektor Berlioz
  • Zaman heç itmir,itən bizik. Pol Klodel
  • Zaman hətta daşı qırıb tökür. Sergey Yesenin
  • Zaman həyatın vicdanıdır; itirilmiş zaman adamı itirilmiş vicdandan daha çox təşvişə salmalıdır. Yusif Vəzir Çəmənzəminli
  • Zaman nə çıxar, nə də bölər. Lakin elə bir şəkildə toplayar ki, vurma belə onun yanında heç qalar. Bob Talbert
  • Zaman üçün qüsur tapa bilərik, ancaq zaman danışarsa, utanmaq məcburiyyətində qalarıq. Abdullah ibn Muhəmməd
  • Zaman, səssiz bir mişardır. İmmanuel Kant
  • Zamanı öldürməkdən danışırıq, amma bizi öldürən zamandır. Alfons Alle
  1. Leyla Əliyeva. Çinli milyarderin ərəb nağılı - Alibaba. publika.az, 13.09.2014  (azərb.)
  2. Aforizmlər. Bakı, 2013. səh.126.