Paralel
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bu təcrübəni izah etmək üçün çox çalışdım və nəhayət yalnız bir çıxış yolu tapdım. Qatı bir cismin iki nöqtəsini birləşdirən xəttin yerin istiqamətində olduğu zaman eyni uzunluqda qalmadığı hipotezindən ibarətdir. Hərəkət paralel hərəkət edir və sonra şaquli olaraq üzərinə qoyulur. Hendrik Lorens
- Yerin və efirin nisbi hərəkəti, nəzəri fizika haqqında məktublar, 1907
D
redaktə- Din - yaşadığımız duyğular dünyasının bəzi bioloji və psixoloji ehtiyaclarımıza görə daxilimizdə yaratdığımız arzular aləmi vasitəsilə nəzarət altına alınması yolunda göstərilən cəhddir. Ancaq din son məqsədinə heç vaxt çatmır. Dini təlimlərdə yarandıqları dövrlərə, insan irqinin hələ tamamilə cahil olduğu uşaqlıq günlərinə aid izlər vardır. Onun verdiyi təskinlik və təsəllilərə qəti surətdə inanmaq lazım deyil. Təcrübələrimiz bizə dünyanın uşaq bağçası olmadığını öyrədir. Dinin söykənməyə çalışdığı əxlaqi buyruqlar dindən başqa dayaqların mövcudluğunu zəruri edir. Çünki insan cəmiyyətləri bəzi əxlaq qaydaları olmadan yaşaya bilmir; itaətkarlığı dini inanc və əxlaq qaydaları ilə əlaqələndirmək təhlükəlidir. İnsanın təkamül prosesində dinin yerini müəyyənləşdirməyə çalışan şəxs görəcəkdir ki, din o qədər də qədim tarixə malik deyildir və bu tarix sivilizasiyaya yiyələnmiş fərdin uşaqlıqdan yetkinliyə keçid prosesində məruz qaldığı nevrozlara paraleldir. Ziqmund Freyd
H
redaktə- Hər bir paralel əmindir ki, əgər onun hüquqlarını sıxışdırmasalar, o tamamilə ekvator ola bilər. Mark Tven
V
redaktə- Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir və ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə də müsbət təsir göstərir. İlham Əliyev
- 2 oktyabr 2006, Milli Məclisin 2006-cı il payız sessiyasının açılışında nitqindən.