Predmet
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Acıma predmeti olmaqdansa, həsəd aparılma predmeti olmaq daha yaxşıdır. Herodot
B
redaktə- Bədii ifadə nitqin predmetini görünən edir. Mark Tulli Siseron
- Biz almanlar yalnız qıza pərəstiş edirik və bizim şairlər yalnız onu tərənnüm edir, fransızlarda əksinədir, yalnız ərdə olan qadın həyatda və incəsənətdə sevgi predmeti olur. Henrix Heyne
- Bizim şəxsi fikirlərimiz hətta predmetlərin zahiri görünüşünə belə təsir edir. Təbiətə və öz yaxınlarına baxan və hər şeyin tutqun, kədərli olmasını təsdiq edənlər haqlıdırlar. Ancaq qaranlıq tonlar onların bulanıq gözlərinin və qəlblərinin əksidir. Həqiqətdə isə rənglər zərifdir və daha aydın görmə tələb edirlər. Çarlz Dikkens
E
redaktə- Ehtiram- bu, ruhun hörmət predmetinin hörmətini qazanmaq meyilliyi yox, eyni zamanda məlum həyəcanla ona tabe olma, onun iltifatını qazanmaq istəyidir. Rene Dekart
- Elə bir predmet yoxdur ki, yəhudinin familiyası üçün uyğun gəlməsin. Anton Çexov
- Etibarlı müdafiənin altında olmaq arzusu, zərif qayğıların predmeti olmaq, hər şeydə bir hüsn-rəğbət gözləmək, qadın xarakterinin ayrılmaz xüsusiyyətidir. Əgər bütün bu xüsusiyyətlərə təbii emosionallıq da əlavə edilərsə, o zaman qadın üçün kişidən imtina etmək çətin olur və qadına elə gəlir ki, o, aşiq olub. Teodor Drayzer
Ə
redaktə- Əgər Allah sevginin predmeti olmaq istəyirsə, o hər şeydən əvvəl ədaləti idarə edən hakim vəzifəsindən imtina etməlidir. Çünki, hakimlər, hətta ən mərhəmətli hakimlər sevgi predmeti deyildir. Fridrix Nitsşe
- Əgər istedad təbii meyillərin inkişafıdırsa, möhkəm iradə instinktlər, maraqlar, maneələr və əngəllər üzərində iradənin qələbəsi, hər cür çətinliyi qəhrəmancasına dəf etməsidir. İradə istedaddan daha çox qürur predmeti ola bilər və olmalıdır. Onore de Balzak
İ
redaktə- İncəsənəti zülmkar da, cani də sevməlidir... Şekspirə, Bethovenə heyran olan insanlar Şekspirin, Bethovenin oyatdığı fikirlərinə, istəklərinə eyni ilə sevənlərin predmeti yox, ona səbəb olan şeyləri sevdikləri kimi heyran olurlar. Bu cür heyranlıqda incəsənətin həqiqi reallığı olmasa da, tam bir sonsuzluğu var. Lev Tolstoy
- İncəsənətin böyük predmetləri ona görə böyükdür ki, onlar əlçatan və hamıya anlaşılandır. Lev Tolstoy
- İnsan elə yaradılıb ki, həmişə başqalarından kömək tələb edir. Hər bir insanda başqalarında olmayan nə isə var. Hər bir insanın əsəbləri başqasının əsəblərindən daha həssasdır. Yalnız dostcasına bir-birini başa düşmək və qarşılıqlı kömək istənilən predmeti hərtərəfli, tam aydınlıqla görməyə imkan verər. Nikolay Qoqol
K
redaktə- Kifayət qədər əsassız qısqanclıq, özünə, sevimli predmetinə bağlılıq hüququna hörmət etməyən miskin insanların xəstəliyidir. Onlarda heyvani eqoizmin pilləsində duran varlığın kiçik zülmü ifadə olunur. Vissarion Belinski
Ö
redaktə- Öz zamanını qabaqlayan tədqiqat predmetini seçin. Ceyms Uotson
S
redaktə- Sevimli predmetində olmayan şeyi görəndə sevgi tez-tez səhv edir. Amma bəzən məhz sevgi onda müşahidəyə və ağıla əlçatan olmayan gözəl və böyük şeyləri kəşf edir. Vissarion Belinski
T
redaktə- Tələbələrinizi sizin mütəxəssis olmadığınız predmetləri mənimsəməyə görə mükafatlandırın. Ceyms Uotson