Qəliz
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
- Biz dilimizi bilmirik və bunda təqsir bizdədir, dilimizdə deyil. Fars və ərəbə meyil və rəğbətimiz o qədər çox olubdur ki, öz dilimizdə olan sözləri atıb əvəzinə əcnəbi dillərin qəliz ibarələrini və sözlərini götürmüşük və götürdüyümüz sözləri və ibarələri öz dilimizin şivəsinə uydurmayıb eyni halı ilə dilimizə qarışdırmışıq və nəqabil pinəçilər kimi əlimizə hər nə düşübsə, paltarımıza yamamışıq. Bizim qəzetlərdə çap olunan məqalələr, teleqram tərcümələri, hətta elanlar o qədər dolaşıq və çətin dildə yazılır ki, oxuyanlar başa düşməyir və başa düşmədikləri halda qəzetə oxumaqdan rəğbətləri kəsilir. Dilin şivəsini itirmək və üslubunu pozmaq böyük fəsaddır. Mərhum Həsənbəy Məlikovun “Əkinçi” qəzetinin nömrələri əlinizə düşsə, oxuyub bu mətləbin barəsində bir az fikir eləyin. Firidun bəy Köçərli
- Bu kino ki var, çox qəliz məsələdi, həm qəlizdi, həm də ki vacib. Bəyin oğurlanması (film, 1985)
D
redaktə- Dünyadakı insanların hamısı iki qismə bölünür. Birincilərlə yaşamaq asandır, elə onlarsız da yaşamaq asandır. İkincilərlə çox qəlizdir yaşamaq, amma onlarsız yaşamaq heç mümkün deyil. Ernest Heminquey
Ö
redaktə- Öz-özümüzə deyirik ki, əgər bütün kainatı yaradan, onu bizim üçün min cür naz-nemətlə dolduran Tanrı olsaydı və əgər yer üzündə əxlaqi nizamla axirət mövcud olsaydı, nə gözəl olardı. Halbuki bütün bunların reallıqda əksini tapmaması və sadəcə, məsum arzulardan ibarət olması məlumdur. Əgər yazıq cahil ulu babalarımız bütün bu qəliz kosmik suallara cavab tapsaydılar, onda hər şey çox gözəl olacaqdır. Ziqmund Freyd
Y
redaktə- Yalan həmişə çoxsözlü, mürəkkəb, qəliz və təmtəraqlı olur. Lev Tolstoy