Demokratiyada vicdanlı siyasətçiyə ancaq o zaman dözmək olar ki, o, çox axmaqdır. Çünki xalqın yarıdan çoxunun qərəzli fikirlərini ancaq çox axmaq adam səmimi şəkildə bölüşə bilər. Bertran Rassel
Əxlaq – insanlar üçün nəzərdə tutulmuş yol-hərəkət qanunudur. Həmçinin elmin əxlaq sistemi yaratmasını gözləmək ağılsızlıqdır. Yeri gəlmişkən, bunu da yada salmaq pis olmazdı: hələ dünən dördkünc olduğu zənn edilən atomun forması bu gün dairəvi qəbul edilir və bütün dindarlar da fürsətdən istifadə edib, ədalətsiz və qərəzli şəkildə bu vəziyyətdən yararlanırlar. Bu halda fizika elmi təbiət üzərində hakimiyyətimizi daha da gücləndirəndə bu insanlar yaranan bütün dəyişikliklərə qarşı yenə belə laqeyd və biganə qalsınlar. Ziqmund Freyd
İnsanlarla münasibət qurarkən, məntiqli varlıqlarla deyil, qərəzli, qürur və boşboğazlıqdan qaynaqlanan varlıqlarla məşğul olduğunuzu unutmayın. Deyl Karnegi
Sosial həyatımızda kor instinktlər həddindən artıq güclüdür və biz demək olar ki, şüursuz olaraq çox böyük əhəmiyyət verdiyimiz ənənələrə, adətlərə, qərəzli baxışlara və məqsədlərə zidd olan hər şeydən uzaqlaşırıq. Teodor Drayzer
Tarixin birinci vəzifəsi yalandan çəkinmək, ikincisi, həqiqəti gizlətməmək, üçüncüsü, qərəzlilikdən və ya qərəzli düşmənçilikdən şübhələnmək üçün heç bir əsas verməməkdir. Mark Tulli Siseron