Qaynar
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağır qazan gec qaynar. Türk atalar sözləri
- Aşiq fəvvarə kimidir - daim içindən qaynar. Əbdülfəttah Şahin
- Avara adamlar nadir hallarda məşğul insana qonaq gedirlər. Qaynar qazana milçəklər yaxınlaşmır. Ziqmund Freyd[1]
B
redaktə- Bərk qaynayan tez buxarlanar; bərk guruldayan tez üzə çıxar. Monqol atalar sözləri
Q
redaktə- Qaynayan qazan qapaq tutmaz. Azərbaycan atalar sözləri/Q
- Qazan üstüörtülü qaynar. Azərbaycan atalar sözləri/Q
M
redaktə- Müəllim dedi: “Qarşımda yaxşılıq görəndə qabağa qaçıram ki, geridə qalmayım. Qarşımda pislik görəndə oradan sanki ayaqlarım qaynar suya düşmüş kimi qaçıram”. Konfutsi
Ö
redaktə- Özümü yenidən bu qədər gücsüz hiss etmənin hüznü. İyirmi beş il sonra əlli yeddi yaşım olacaq. İyirmi beş il ərzində özümü yaratmalı və axtardığımı tapmalıyam. Ardınca qocalıq və ölüm gəlir. Mənim üçün ən əhəmiyyətli olan şeyi bilirəm. Boş-boş danışmalar və qısır yoxsulluqla vaxtı yelə verməyin yollarını da bilirəm. İçimdəki iki-üç meylə hakim kəsildim. Amma mənə gərək olan bu üstünlükdən nə qədər də uzağam. İnsanlara xas istəklərim, qaynar təbiətimlə bu unuduluş dənizlərinə, ölümün sehrinə bənzəyən bu ölçüsüz səssizliklərə uyğunlaşma arzusu arasında sürətlə parçalanıb qaldım. Alber Kamyu
S
redaktə- Soyuq gülüşün dərinliyində əbədi güclü sevginin qaynar qığılcımları tapıla bilər. Nikolay Qoqol