A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ədalət”ə daxil olan növlərin miqdarı on ikidir: birinci-sədaqət, ikinci-ülfət, üçüncü-vəfa, dördüncü-şəfəqqət, beşinci-rəhmdillik, altıncı-mükafat, yeddinci-ortaqlığın hüsnü, səkkizinci-hökmün hüsnü, doqquzuncu-hörmət, onuncu-təslim, on birinci-təvəkkül, on ikinci-ibarət. Nəsirəddin Tusi
  • Günah və cəza məfhumları, “xilas”, “bağışlanma” haqqında rəhmdillik təlimi – bunlar hamısı təpədən dırnağa qədər yalandır, heç bir psixoloji reallığa əsaslanmayan bu yalanlar insanları mahiyyət haqqında düşünmək axtarışlarından yayındırmaq üçündür. – bunlar səbəb və hadisə anlayışlarına qarşı bir sui-qəsddir. Fridrix Nitsşe
  • Mərhəmət, rəhmdillik, başqasına görə narahatlıq - insanlar arasındakı münasibətlərdə ən vacib keyfiyyətlərdəndir. Yaxşılıq heç vaxt unudulmur... Əgər sən yaxşı, xeyirxah iş görmüsənsə, gec, ya tez bunun əvəzini görəcəksən. Azad Mirzəcanzadə
  • Rəhmdillik ona deyilir ki, dünyadakı xeyir işlərdə vətəndaşlara, qohum-qardaşlara, dost-aşnalara əl tutasan. Nəsirəddin Tusi
  • Rəhmdillik önündə qılınc da gücsüzdür. Yapon atalar sözləri

İstinadlar

redaktə