Rabindranat Taqor

Bengal şairi və filosofu

Rabindranat Taqor (1861–1941-ci illər) — hind yazıçısı, şair, bəstəkar, rəssam, ictimai xadim. 1913-cü il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı. Əsərlərini benqalca yazmışdır. Hindistan və Banqladeşin himnlərinin müəllifidir.

Rabindranat Taqor
Doğum tarixi 7 may 1861
Doğum yeri Kəlkətə
Vəfat tarixi 7 avqust 1941
Vəfat yeri Kəlkətə
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ailə hər bir cəmiyyətin və hər bir sivilizasiyanın əsas hüceyrəsidir.
  • Ailədə ərlə arvadın bir-birinə təsir etməsi tez-tez baş verir. Sevgi olan yerdə bu asan olur. Bunun əksinə, ailədə sevgi yoxdursa, zorakılığın tətbiqi faciəyə səbəb olur.
  • Ailənin gözəlliyi onun mənəvi təmizliyindədir.
  • Ağacı oduna çevir, o sənin üçün yansın; amma daha çiçək və ya meyvə verməyəcək.
  • Ağaclar – Yer kürəsinin eşidən göylərlə danışmaq üçün sonsuz can atımı.
  • Ağaclar yerin səma ilə danışmaq üçün son cəhdidir.
  • Anın küyü əbədiyyət nəğməsi üzərində qəhqəhə çəkir.
  • Ayaq üstə dayanıb suya baxaraq dənizi keçə bilməzsiniz.
  • Azad olmaq üçün ehtiyacımız olan şey sevgidir; o, dünyanın yükünü sevinclə daşımaq gücünə malikdir.
  • Bədbinlik-ruhi alkoqolizmin formasıdır.
  • Bir çox insanlar yaxşı şeylər danışa bilər, amma çox az adam dinləyə bilir. Çünki, bunun üçün ağıl gücü tələb olunur.
  • Bir işim olmayanda, mənim hərəkətsizliyimdə, suları sakit olan dəniz sahilinin axşamı kimi, dərin bir sükunət və asudəlik var.
  • Bir yarpaq aşiq olanda gül olur. Çiçək sevəndə meyvəyə çevrilir.
  • Biz bu dünyada yalnız onu sevərkən yaşayırıq.
  • Biz insanı bir şeyi bildiyinə görə yox, sevindiyi şeyə görə dərk edirik.
  • Biz qapını bağlamışdıq ki, yanılma girə bilməsin, bəs onda həqiqət haradan gələcək?
  • Biz sadəliyimizdə böyük ikən, Böyüklüyə daha yaxın oluruq.
  • Biz sivilizasiyanı onun nə qədər güc əldə etdiyinə görə yox, öz qanunlarında və əməllərində insana sevgisini nə qədər ifadə etdiyinə görə mühakimə etməli və qiymətləndirməliyik.
  • Biz vicdanımızın səsini boğmaq üçün səs-küylü kütləyə qarışırıq.
  • Bizə sadəcə informasiya verən yox, həyatımızı bütün varlıqla harmoniyaya gətirən təhsil – ən yüksək təhsildir.
  • Boş zaman yoxdur, boşa keçən zaman vardır.
  • Böyük qorxmadan Kiçiklə yanaşı gedir. Orta kənarda dayanır.
  • Böyük ürəklər sevir, kiçiklər sevilmək istəyir.
  • Bu dünya gözəlliyin musiqisi ilə ram edilən coşğun fırtınalar dünyasıdır.
  • Bu gün qəlbimdə vətən həsrəti var: zaman dənizləri ardında orada bircə xoş saat arzulayıram.
  • Buludlar çayları su ilə doldurub, özləri uzaq dağların arxasında gizlənir.
  • Buludlar mənim həyatıma axın-axın gəlir, fəqət günbatar səmama leysan-tufan gətirincə yox, rəng qatınca.
  • Bütün nöqsanların qapısını bağlasanız, həqiqət kənarda qalacaq.
  • Bütün ölkələr üçün vahid universitet modeli ola bilməz. Hər bir universitet öz ölkəsinin ictimai həyatının üzvi hissəsi kimi formalaşmalıdır.
  • Çay dənizə çevrilə bilər, amma heç vaxt dənizi özünün bir parçası edə bilməyəcək.
  • Çətinliklər qarşısında qəzəblənmək onlara qalib gələ bilməyəcəyini göstərir.
  • Çiçəyin ləçəklərini qoparmaqla sən onun gözəlliyini əldə etmirsən.
  • Çınqıl daşlarını kamala çatdıran çəkic zərbələri deyil, suyun oxşayışıdır.
  • Çox vaxt elə olur ki, oruc və tərkidünyalıq məqsədə, ehtirasların boğulmasına səy göstərmək isə ehtirasa çevrilir.
  • Dayanıb suya baxmaqla dənizi keçmək olmaz. Boş arzulara vaxt sərf etməyin.
  • Doğulan uşaqlar Tanrının hələ insanlardan ümidini kəsmədiyini göstərər.
  • Dostluğun dərinliyi tanışlığın uzunluğundan asılı deyil.
  • Duman qəlbdəki məhəbbətə bənzər; təpələrin arasında oynaşıb, onlarda gözlənilməz gözəlliklər yaradır.
  • Dünya axıb getmir, çünki ölüm yarğan deyil.
  • Dünyanı səhv oxuyar, sonra da bizi aldadır deyərik.
  • Eşqin çatdığı zirvələrə yüksələ bilən şeir yoxdur.
  • Evlilik elə bir sənətdir ki, gərək hər gün onu cilalayasan.
  • Ey dostum! Doğan günəş sənin böyük qəlbini şəfəq söküləndə tənha dağın qarlı zirvəsi kimi işıqlandırmışdır.
  • Ey gənc qız! Sənin sadəliyin gölün şəffaflığı kimidir, o sənin sədaqətinin dərinliyini göstərir.
  • Ey qadın! Sən öz ev işlərinlə məşğul olanda əl-ayaq səslərin xırdaca daşlar arasından axan dağ irmağının nəğməsi kimi xoşdur.
  • Ey qadın! Sənin gülüşün dirilik bulağının musiqisidir..
  • Ey Yer! Mən sənin sahilinə yad adam kimi gəldim; evində qonaq kimi yaşadım; səni dost kimi tərk edirəm.
  • Ədəbiyyat dünyanı insan qəlbinin işığı ilə nurlandırdı.
  • Ədəbsizlik hesab etdiyimiz şey, əslində kifayət qədər ədəbli olmayandır. Axı yalanın özündə də bir həqiqət payı var, əks halda onu yalan, yəni həqiqət olmayan adlandıra bilməzdik.
  • Əgər günəşi görmürsənsə, ağlama, yoxsa ulduzları görə bilməzsən.
  • Əgər həqiqəti deməyi düşünmürsünüzsə, açıq olmağınız asan olacaq.
  • Əgər qapını bütün yanlışlıqlara bağlasan, həqiqət çöldə qalacaq.
  • Əmin olanda ki, Allahın tozu-torpağı Sizin bütlərinizdən daha əzəmətlidir, onlar xıncım-xıncım olub toza-torpağa çevrilir.
  • Əzab- bu dünyada olan qiymətli şeylərin əvəzidir: gücün, müdrikliyin, sevginin.
  • Əzəmətə çevrilən yalan heç vaxt həqiqətə çevrilməyəcək.
  • Gecə Günəşə deyir: "Ayın şüalarında mənə öz sevgi məktublarını göndərirsən, mənim cavabım ot üzərindəki göz yaşlarımdadır".
  • Göylərdə süzən eşq var. O, qəlbə od qoyur. Amma elə eşq var ki, gündəlik işlərin mayasına qatılır. Bu eşq ailəyə hərarət gətirir.
  • Göz qapaqları gözə məxsus olduğu kimi, istirahət də zəhmət çəkənə məxsusdur.
  • Gözəllik – kamillik güzgüsünü üzünə tuturkən gördüyün həqiqətin təbəssümüdür.
  • Güclü və qüdrətli olmaq qüvvəyə görə üstün olmaq deyil, zəifi öz zirvəsinə qaldıra bilməkdir.
  • Gücünü tətbiq edən kəs zəifliyini sübut edir.
  • Gülün ləçəklərini yolmaqla, siz onun gözəlliyini dərə bilməzsiniz.
  • Günəş getdi deyə ağlayarsan, göz yaşların ulduzları görməyə mane olar.
  • Günəş ola bilməsən də ulduz ol, amma göydəki ən parlaq ulduz sən ol!
  • Günəşə arxanı çevirmə, kölgən önünə düşər.
  • "Çünəşi görə bilmədim" deyə ağlasan, ulduzları da görə bilməzsən.
  • Faktlar çoxdur, həqiqət bir.
  • Fənərini arxasında gəzdirən adam öz önünə kölgə salır.
  • Fərdilik özünü nə qədər parlaq göstərirsə, o, bir o qədər də bütün varlıqla vəhdətə doğru can atır.
  • Heç bir əhəmiyyət daşımayan sözlərim zamanın dalğaları üstündə yüngülcə rəqs edə bilərlər, məna ilə ağırlaşdıqlarında dibə çökərlər.
  • Heç bir xalq özünü başqalarından ayırmaqla xilas ola bilməz. Ya birlikdə xilas olarıq, ya da birlikdə məhv olarıq.
  • Heç vaxt anlardan qorxma — əbədiliyin səsi belə deyir.
  • Heyvan halına gələn insan heyvandan pisdir.
  • Hədsiz ümid və ruh yüksəkliyi gənclərin əsas sərvətidir.
  • Həqiqət nəhri şübhə arxlarını basıb keçir.
  • Həqiqət onun toxumlarını daha geniş səpələyən tufanları özü-özünə qarşı qaldırır.
  • Həqiqət yalnız ona görə gəlir ki, biz onu qonaq kimi qəbul etmək sənətini itirmişik.
  • Hər bir anadan olan uşaq Allahın hələ də insanlara rəğbət bəslədiyini bildirir.
  • Hər hansı bir din bütün bəşəriyyəti onun doktrinasını qəbul etməyə məcbur etmək iddiasına düşəndə o, tirana çevrilir.
  • Hər sonsuzun bir sonu var.
  • Hər uşaq o müjdə ilə doğulur ki, Allah insana hələ ümidini itirməyib.
  • Həssaslığımızın və zehni imicimizin hüdudlarından kənara çıxmaq və sonsuz azadlığa nail olmaq, ölümsüzlüyün mənası budur.
  • Hətta quldur dəstələrinin üzvləri də hansısa bir əxlaq normalarına riayət etməlidirlər. Çünki, onlar bütün dünyanı qarət edə bilər, amma bir-birini yox.
  • Həyat bizə verilir, bizsə onu fəda edəndə qazanırıq.
  • Həyat dənizdə bir səyahətdir ki, biz burada eyni kiçik bir gəmidə rastlaşırıq. Ölməklə biz sahilə çatır və başqa-başqa aləmlərə yönəlib bir-birimizdən ayrılırıq…
  • Həyat dünyadan öz sərvətini alır, ona qiyməti isə sevgi verir.
  • Həyat əmlaka deyil, azadlığa iddialıdır.
  • Həyat, insanların itirdiyi sevgi ilə zənginləşir.
  • Həyat öz bütövlüyündə ölümü heç vaxt ciddi qəbul etmir. O, ölümün qarşısında gülür, oynayır, rəqs edir, qurur, tikir, sevir. Nə zaman ki biz ölümün ayrıca bir faktını seçirik, onda biz onun boşluğuna düşür və çaşırıq.
  • Həyat yollarında səadət də var, qəm-qüssə də, çətinliklər də, maneələr də.
  • Həyatın bütün əkslikləri sevgidə yox olur.
  • Həyatın insanı öyrətməsinin əsasını dünyadakı əzablara qatlaşmaq yox, bu iztirabları. əzabları sevincə , öz xeyrinə çevirmək təşkil edir.
  • Həzzə aludə olub hər cür həzzi hiss etmirik.
  • Hörümçək min hiylə qurur ki, şeh dənəciyini toruna salsın, ancaq tutduğu – milçək.
  • Xarici azadlıq adı altında insanın daxili azadlığını məhv etməkdən asan bir şey yoxdur.
  • Xilqətin sirri gecə zülmətinə bənzər, — sonsuzdur.
  • Xoşbəxtlik, ürəyini başqasına verməkdir.
  • İnam – toranlığı çəkilməmiş dan yerinin işığını duyan quşun oxuması kimidir.
  • İncəsənətdə insan məqsədlərini deyil, özünü aşkar edir.
  • İnsan fitrətən körpədir: onun qüdrəti böyüməyindədir.
  • İnsan öz fərdiliyini nə qədər çox büruzə verirsə, o qədər də bütün mövcudatla birləşməyə can atır.[1]
  • İnsan öz sükutunun fəryadını boğmaq üçün kütləyə qarışır.
  • İnsan özü ilə arasında barrikada qurur.
  • İnsan vəhşiliyində vəhşini də ötür.
  • İnsanlar qəddardır, insansa yox.
  • İstirahət zəhmətindir – göz qapağı gözün olduğu kimi.
  • İşıq üçün alova təşəkkür et, amma kölgədə qalan çırağı unutma.
  • İşıldaquş ulduzlara dedi: "Alimlər deyirlər ki, əsl gün siz sönəndən sonra başlayacaq". Ulduzlar cavab vermədi.
  • İti, amma məhdud ağıl hər addımda irəli can atar, amma irəliləyə bilməz.
  • İtirilmiş sevgi sayəsində həyat daha zəngindir.
  • Kaman oxu buraxaraq ona pıçıldayır: "Sənin azadlığında mənim də azadlığım var".
  • Keçmiş illərin xarabalıqlarında bir kədərli səs yuva salmışdır.
  • Kəpənək ayları deyil, anları sayar və onun belə kifayət qədər zamanı var.
  • Kiçik bir həqiqət öz içində aydın dəyərlər, böyük həqiqət isə özündə böyük bir sükut daşıyır.
  • Kişi, qadın üçün, qadın isə kişi üçün sirrdir. Əgər belə olmasaydı, təbiət onları bir-birindən fərqli yaratmazdı.
  • Kişilər ancaq düşünməyi bilirlər. Qadınların isə öz anlayış tərzi var və düşünmürlər.
  • Könüllər sevgi ilə aşıb-daşanda və yalnız görüşlə ayrılıq arasında döyünəndə, onlara bir-birini anlamaq üçün bir işarə də bəs edər.
  • Külək şair kimidir – dənizlərin, meşələrin üzərində uçub, öz səsini axtarır.
  • Qabda su şəffaf, dənizdə qaranlıqdır. Kiçik həqiqətlərin aydın sözləri, böyük Həqiqətin isə böyük sükutu vardır.
  • Qara buludları işıq öpəndə o, səmavi çiçəklərə çevrilir.
  • Qaranlıq işığa, korluq isə ölümə aparır.
  • Qardaşı qardaşın üstünə qaldıran müharibəni Allah yüz dəfə lənətləyir.
  • Qeyri-kamillik kamilliyin inkarı deyil; sonluluq sonsuzluğu inkar etmir. Yalnız bütövlük özünü hissələrlə ifadə edir, sonsuzluq hüdudlarda aşkarlanır.
  • Qəlbim öz nəğmələrinin coşan dalğaları ilə günəşli günün bu yaşıl aləmini oxşamağa can atır.
  • Qəlbim tutqun bir sükut içində mətbəx çəyirtkəsinin cırıltısını eşidir. Bu səsin boz alatoranlığıdır.
  • Qızılgülü görmək üçün gözləri olana tikanları görməyə imkan ver.
  • Qoy gülü görməyə gözləri olanlar tikanı da görsünlər.
  • Qoy sizin həyatınız zaman sıldırımlarının lap qırağında şən-şən rəqs etsin – yarpağın ucundakı şeh damlası kimi.
  • Quşa elə gəlir ki, balığı havaya qaldırmaq yaxşılıq etməkdir.
  • Quşun qanadlarına qızıldan üz çək, o heç vaxt səmada süzməyəcək.
  • Qurumuş çay öz keçmişinə məftun olmamalıdır.
  • Qüdrətli olmaq zəifi öz səviyyənə qaldıra bilməkdir.
  • Məbədin müqəddəs kədərinin bir addımlığında toz içərisində oturmaq üçün uşaqlar qaçışırlar, Allah onların oynamasına baxır və ruhaniləri unudur…
  • Məğlubluğu şər özünə rəva bilməz, amma xeyir bilər.
  • Mən ağaca dedim: "Mənə Allah haqqında danış". Və o, çiçək açdı.
  • Mən əlbəttə ki, çiçəklərsiz də keçinə bilərəm. Amma onlar özümə hörmət etməkdə mənə kömək edirlər. Çünki, onlar gündəlik qayğıların əl-qolumu bağlamadığını sübut edirlər. Onlar mənim azadlığımın sübutudur.
  • "Mən şeh damlamı itirdim", — deyə çiçək bütün ulduzlarını itirən sübh çağına şikayət edir…
  • Mənə elə gəlir ki, sanki canlı bir planetəm və ideyalar çevrəsinə qoşulmuşam. Amma təsəvvür edə bilmirəm ki, nə istəyirəm, nəyi düşünürəm, hansı qərara gəlirəm. Nəyi sevmədiyimi, nəyi istəmədiyimi də bilmirəm. Mən öz doğuluşumdan əvvəl yaranmışam. Mən özümü seçə bilməzdim. Mən – seçilmişəm. Ona görə də əlimə düşmüş "Mən"dən istifadə etməliyəm.
  • Mənim göydə ulduzlarım var… amma mən evimdə yandırılmayan kiçik bir lampanın həsrətindəyəm.
  • Mənim mövcud olmağım mənim üçün həmişə bir möcüzədir. Həyat elə budur.
  • Mövhumat həqiqəti əlində elə bərk-bərk sıxıb saxlayır ki, axırda öldürür.
  • Musiqi iki qəlb arasındakı qeyri-müəyyənliyi doldurur.
  • Müdriklər, elm adamları bilik səddini dəf edərək əbədi şöhrətə daimilikləri, cəsarətləri ilə nail olurlar.
  • Mümkün qeyri-mümkündən soruşar: "Sən harada yaşayırsan?" O cavab verər:"Acizin yuxularında".
  • Nə zaman ki, hər hansı bir dində bütün bəşəriyyəti öz doktrinasını qəbul etməyə zorlamaq iddiası baş qaldırır, tirana çevrilir.
  • Nədir incəsənət? – Gerçək Yaradıcının çağırışına insanın yaradıcı qəlbinin hay verməsi.
  • O kəs xoşbəxtdir ki, şöhrəti həqiqətindən daha az parlayır.
  • Ot, yerdə öz bənzərlərini, ağac isə göydə tənhalığını axtarır.
  • Otun kövrək zoğu da böyüdüyü böyük dünyaya layiqdir.
  • Ölü sözlərin tozu sənə yapışdı. Ruhunu sükutla yu.
  • Ölüm, sübh çağında günəşin yox, lampanın işığının sönməsidir.
  • Ölülərə şöhrətin, dirilərə sevginin ölməzliyini verin.
  • Ömür qısadır — məhəbbət üçün yalnız bir neçə gün ayrılmışdır.
  • Öyrənib, amma biliyini tətbiq etməyənlər, şumlayan və əkməyən əkinçi kimidirlər.
  • Öz bildiklərinlə övladını çəpərləmə, çünki onlar ayrı zamanlar üçün doğulub.
  • Pessimizm – alkoqolizmin bir iç şəkli.
  • Saflıq – məhəbbətin bolluğundan yaranmış bir sərvətdir.
  • Sevgi insanın əldə edə biləcəyi ən yüksək həzzdir.
  • Sevgi sadəcə, impuls deyil, qanunu yaşadan həqiqət olmalıdır.
  • Sevgi sonsuz bir sirrdir, çünki onu izah edə biləcək heç bir ağlabatan səbəb yoxdur.
  • Sevgi – şərabla ləbaləb doldurulmuş həyatdır.
  • Sevgi üçün yalvarmalı olan insan dilənçilərin ən bədbəxtidir.
  • Sevgi yalnız gerçəklik və sadə bir sentimentallıq deyil. O, yaradılışın ürəyindəki həqiqət nüvəsidir.
  • Sevginin əsl gözəlliyini əxlaqsız qadın yox, sədaqətli həyat yoldaşı dərk edə bilər.
  • "Səhərdir" deyərək, günü dünən adına ötürmə. Ona təzəcə doğulmuş adsız çağanı ilk dəfə görürmüş kimi bax.
  • Səhvlərdən əvvəl qapını bağlayırıq. Çaşqınlıq içində həqiqət: "indi necə daxil olacağam?"
  • Sən gülümsədin və mənimlə heç nə haqqında danışdın. Mən isə bu dəqiqəni çoxdan gözlədiyimi başa düşdüm.
  • Sən gülümsünə-gülümsünə mənimlə eləcə danışdın. Mən anladım ki, uzun müddətdən bəri gözlədiyim elə bu dəqiqə imiş.
  • Sən məni gündüzün izdihamlı zəvvarlığından axşamın tənhalığına gətirdin. Bunun mənası nədir? Gecənin sükutu içində bunu anlamaq istəyirəm…
  • SƏN nilufər yarpağının altındakı böyük şeh damcısısan, mən onun yuxarı tərəfindəki kiçik damlayam" deyə şeh damcısı gölə dedi.
  • Sən özünün nə olduğunu görə bilmirsən; gördüyün şey yalnız kölgəndir.
  • Sənətkar – Təbiətin aşiqidir: yəni onun həm köləsi, həm ağası.
  • Sənin günəş işığın bahar çiçəklərinin açılmasına bir an belə şübhə etmir və qəlbimdəki qış günlərinə gülümsəyir.
  • Sərçənin tovuz quşuna yazığı gəlir ki, elə ağır quyruğu var.
  • Sərhədsiz ümid və həvəs gəncliyin əsas sərvətidir.
  • Siz dayanmışkən və suya baxarkən dənizi keçə bilməzsiniz.
  • Sözdə cəsarətli olmaq asandır.
  • sülhün bərqərar olması bütün güclülərdə insaf, gücsüzlərdə isə cəsarət olmalıdır.
  • Şeh damcısı gölə dedi: "Sən şanagüllə yarpağının altındakı böyük şeh damcısısan, mən isə onun üstündəki kiçik damlayam".
  • Şər – məğlubiyyətin təntənəsini özünə rəva görməz, Xeyirsə – görər.
  • Təhlükədən qorunmaq üçün deyil, təhlükə ilə üzləşərkən qorxmaz olaq deyə dua edək.
  • Təriflənmək məni utandırır, çünki gizlində onu arzulayıram.
  • Toxunaraq öldürə, uzaqlaşaraq özümüzü ələ ala bilərik.
  • Tonqala işığına görə təşəkkür et, ancaq qaranlıqda əzəli səbri ilə sakitcə dayanan Çırağı da unutma.
  • Torpağa zərbələr endirməklə biz ondan yalnız toz qaldıra bilərik, amma məhsul yığa bilmərik.
  • Torpağın əsarətindən qurtuluş ağac üçün azadlıq deyil.
  • Tumurcuq sevəndə, çiçək olur, çiçək sevəndə – bar.
  • Tüstü Göyə dirənir, kül Yerə çəkilir, axı, onlar Odun bacı-qardaşlarıdır.
  • Uçurumun yalnız dərinliyinə aldanıb, öz eşqini ona etibar etmə!
  • Ulduzlar əsla qorxmurlar ki, onları işıldayan böcəklərə bənzədən ola bilər.
  • Ulduzlar işıldaquş hesab edilməklərindən qorxmurlar.
  • Uşağın təhsilini öz biliklərinizlə məhdudlaşdırmayın, çünki o, başqa bir zamanda doğulub.
  • Varlığım mənim üçün möcüzədir: həyat da elə budur ki var!
  • Yaxşılıq etməyən istəyən adam bağlı qapıları döyər; sevən adamın isə üzünə bütün qapılar açıqdır.
  • Yalan güc alıb böyüsə də, heç vaxt həqiqətə qədər böyüməyəcək.
  • Yalan min oyundan çıxsa da, heç vaxt həqiqətə çevrilə bilməz.[2]
  • Yalan nə qədər qüdrət sahibi olsa da əsla həqiqət ola bilməz.
  • Yarpaqların yaranması və məhv olması ulduzlar arasında yavaş-yavaş hərəkət edən burulğanın dairələrinin sürətli fırlanmasıdır.
  • Yatdım, yuxuda gördüm ki, həyat — bəxtəvərlikmiş. Oyandım, gördüm ki, çalışmaqmış. Çalışdım və anladım ki, çalışmaq — bəxtəvərlikmiş.
  • Yerə zərbə vurmaqla məhsul yox, yalnız toz qaldırmaq olar.
  • Yuva, yatan quşları qoruduğu kimi, sükut da sənin səsini qoruyur.
  • Zövqdən qanadları olan günlər tez keçər.

İstinadlar

redaktə
  1. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh. 516