Sıravi
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağıllı adamlar ideyaları, sıravi şəxslər hadisələri, axmaqlar isə insanları müzakirə edir. Kozma Prutkov
- Aşiq olmayanlar, mükəmməl bir kişinin sıravi bir qadın üzündən nə üçün iztirab çəkdiyini anlaya bilməzlər. Marsel Prust
Ə
redaktə- Əgər bir adam marşla uyğunlaşma içində yeriyə bilirsə, o dəyərsiz bir varlıqdır. özünə yalnız bir onurğa iliyi kafi ola biləcəyi halda səhvən bir beyni olmuşdur onun. Sivilizasiyanın bu quru ləkəsi ən qısa müddətdə yox edilməlidir. Əmrlə gələn qəhrəmanlıqdan, şüurlu və şüursuz şiddətdən, axmaqca vətənpərvərlikdən, bütün bunlardan nifrət edirəm. Mən döyüşü və o soyuq silahları elə iyrəndirici və alçaldıcı hesab edirəm ki belə iyrənc bir hərəkətə qatılmaqdansa özümü yox edərəm daha yaxşıdır. Mənim anlayışıma görə sıravi bir cinayət, döyüşdə adam öldürməkdən daha pis deyil. Albert Eynşteyn
- Ən vacib dövlət vəzifəsi sıravi bir vətəndaşdır. Luis Brandays
H
redaktə- Haqlı olma ehtiyacı, sıravi insanlara məxsusdur. Alber Kamyu
- Həyatlarımıza şahidlik edəcək birinə ehtiyacımız var. Bu planetdə milyardlarla insan var. Söyləmək istədiyim budur, hansımızın həyatının gerçək bir mənası var? Lakin evliliklərdə hər şeyə diqqət yetirəcəyinə söz verirsən. Yaxşı şeylər, pis şeylər, qorxunc şeylər, sıravi şeylər... Hamısına, həmişə, hər gün. Belə deyirsən: "Həyatın xəbərdarlıqsız olmayacaq, çünki mən xəbərdar edəcəyəm. Həyatın şahidsiz keçməyəcək çünki mən sənin şahidin olacağam. Eşqə dəvət (film)
İ
redaktə- İki ayaqlı heyvanların sıravi söhbətləri qədər sonsuz və sıxıcı bir söhbəti davam etdirməkdənsə, heç danışmamaq daha yaxşıdır. Artur Şopenhauer
Q
redaktə- Qadınlar sıravi kişilərdən xoşlanar və kişilər də sıravi olmaq üçün əllərindən gələni edərlər. Madonna