Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir-birləriylə uyğunlaşıb görüşərlər, bir-birlərini sevib qovuşarlar. Bir-birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir-birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır. Həzrəti Əli
Tanrı, insan və maddə deyə ayrım etmək mənasızdır. Universal cövhər, saf şüur olan ruhdur. Düşüncə pillələrini qət edən insan sonunda özünə dönər. Gerçək ruhun özü olduğunu kəşf edər. Əslində insan tanrı; tanrı da insandır. Georq Vilhelm Fridrix Hegel