Sahibkar
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
D
redaktə- Dürüstlük bir sahibkarın ən vacib sərvətidir. Ziq Ziqlar
Ə
redaktə- Əgər siyasətə daxil oldunuzsa, pul haqqında unudun. Və yaxud tərsinə. Pulun siyasətlə görüşü kibritin dinamitlə görüşünə bənzəyir. Hər an partlayış baş verə bilər. Həmişə özümə deyirəm ki, dünyaya işləmək üçün yox, həzz almaq üçün gəlmişik. Bütün zamanınızı işə sərf edirsinizsə, tezliklə buna peşman olacaqsınız. Yalnız axmaqlar rəqiblərinə aqressiya ilə yanaşırlar. Əgər ətrafa düşmən kimi yanaşırsınızsa, əmin olun, onlar elə düşmənə çevriləcəklər. Rəqabət şahmat oyunu kimidir. Uduzdunsa, növbəti raundu oyna. Əlbəyaxa olmaq vacib deyil. Sahibkar üçün düşmən yoxdur. Bunu anladınsa, kimsə səni dayandıra bilməyəcək. Depressiyaya düşüb həyatdan şikayətlənmək alkoqolizm kimi bir şeydir. Nə qədər çox içirsinizsə, vəziyyət bir o qədər pisləşir.[1] Cek Ma
İ
redaktə- İdmançıların sahibkarlara bağlanması axmaqlıq problemidir. Pele
- İnsanlar öz bizneslərini qurmaq istəyirlər. Lakin onlar riski, qeyri-müəyyənliyi, təkrar uğursuzluğu qiymətləndirməyi və heç bir şey əldə edə bilməyən müəssisələrə saysız-hesabsız saatlar sərf etməyi öyrənməsələr, uğurlu sahibkar olmayacaqlar. Mark Manson
K
redaktə- Kəndlərə aparılan yollara müsəlman kəndlilərinin süngüyə keçirilmiş meyitləri, kəsilmiş bədən hissələri və dağılıb tökülmüş daxili orqanları səpələnmişdi… Əsasən qadınlar və uşaqlar! Hakimlər və sahibkarlar qətlləri təşkil etmiş, erməni ordusu onu yerinə yetirmişdir. Dərin quyular qazılmış və köməksiz insanlar heyvan kimi kəsilərək bir-birinin ardınca quyulara atılmışdır. Qətllər üçün məsuliyyət daşıyan ermənilər bir evə səksən nəfər müsəlman doldurur, sonra isə onların başlarını kəsirdi.
- Polkovnik-leytenant Qryaznovun 1915-ci ildə Ərzincandakı qırğınlar haqqında raportundan.
M
redaktə- Meşşan sahibkarlar prozaik müsbət insanlardır.Onların sevimli qaydası: hər kəs özündə, hər kəs özü üçün. Onlar vətəndaş qanununa görə haqlı olmaq istəyirlər, bəşəriyyət və əxlaq qanunlarını eşitmək istəmirlər. Vissarion Belinski
- Mən əminəm ki, uğurlu sahibkarlardan uğursuzları ayıranın yarısı - əzmkarlıqdır. Stiv Cobs
- Mən redaktor və ya jurnalist olmaq istəyirdim, həqiqətən də sahibkar olmaq mənə maraqlı deyildi, amma tezliklə anladım ki, jurnalımı davam etdirmək üçün sahibkar olmalıyam. Riçard Brenson
- Müsbət fərq yarat və yaxşılıq et: Sahibkar olmaq istəyirsinizsə, ilk növbədə digər insanların həyatına müsbət dəyişiklik gətirəcək bir ideyanız olmalıdır. Biznesin əsas məqsədi da məhz budur. Riçard Brenson
S
redaktə- Sahibkar həmişə dəyişiklik axtarır, ona reaksiya verir və ondan fürsət kimi istifadə edir. Piter Druker
- Sahibkar iş, fəhlə isə yemək barədə fikirləşər. Avar atalar sözləri
- Sahibkar kimi ilk gündən mən hiss etdim ki, biznesdə həyata keçirməyə dəyər olan yeganə missiya insanların həyatını yaxşılaşdırmaqdır. Riçard Brenson
- Sahibkarlar 100 səhifəlik biznes plan yazıb bir dəfə icra etmirlər; onlar həmişə təcrübə aparır və öyrəndikləri əsasında uyğunlaşırlar. Tomas Fridman
T
redaktə- Təslim olmayın: Təslim olmamaq çox vacibdir. Sahibkar olmaq macəraçı olmaq kimidir və bütün çətinlikləri aşmaq üçün təslim olmadan gecə-gündüz işləməlisiniz. Riçard Brenson
U
redaktə- Uğurlu bir sahibkar üçün bu, həddindən artıq sərvət demək olar. Ancaq həddindən artıq var-dövlət həddindən artıq məsuliyyət gətirir. Və mənim üçün məsuliyyət yeni bizneslərin yaradılmasına sərmayə qoymaq, iş yerləri yaratmaq, insanları işə götürmək və fərq yarada biləcəyimiz məsələləri həll etmək üçün pulu kənara qoymaqdır. Riçard Brenson
- Uğurlu sahibkarları bəxtu gətirməyənlərdən fərqləndirən cəhətin yarısı – inadkarlıqdır. Stiv Cobs
- Unutma, beyin bir qul olaraq yaxşı quldur. Sənin çox işinə yarayır. Amma sahibkar olaraq çox təhlükəlidir və bütün həyatını zəhərləyər. Oşo
V
redaktə- Vətənpərvərlik məhz kiçik sahibkarların həyat şəraiti ilə bağlı olan hissdir. Vladimir Lenin
Y
redaktə- Yaponiya sahibkarları ilə fəhlə və qulluqçular arasında Qərbi Almaniyada və inkişaf etmiş digər sənaye ölkələrində olduğu kimi dərin uçurum yoxdur. Yaponiyada AFR-dəki kimi açıq-saçıq sərvət – bərbəzəkli evlər, gəmilər, minik atları görə bilməzsiniz.
- “Şpigel”(AFR) jurnalı, 1971.
Z
redaktə- Zavodlara təhkim olunmuş kəndlilər şəklində Uralın hər yerində mövcud olan mülkədar münasibətlərinə qətiyyətlə son qoyulmalıdır. Belə ki, mülkədarlar kiçik müəssisələrə müdaxilə edir, sənayenin əsl inkişafı isə kiçik və orta sahibkarların böyük sahibkarlarla sərbəst rəqabətindən asılıdır. Dmitri Mendeleyev
İstinadlar
redaktə- ↑ Leyla Əliyeva. Çinli milyarderin ərəb nağılı - Alibaba. publika.az, 13.09.2014 (azərb.)