Samuel Conson (18 sentyabr 1709 -13 dekabr 1784)- ingilis şairi və tənqidçisi, dramaturq, ədəbiyyatşünas, bioqraf
Samuel Conson
|
|
Doğum tarixi |
18 sentyabr 1709
|
Vəfatı |
13 dekabr 1784
|
Vəfat yeri |
London, İngiltərə
|
|
- Bəzi hiyləgərlər daha ağılsız arvad seçirlər ki, onlara rəhbərlik etsinlər və həmişə yanılırlar.
- Bir işin ən çətin yönünü fikirləş ki,edərkən çətinlik çəkməyəsən.
- Bir tək kitab yazmaq üçün yarım kitabxana əsər oxunmalıdır.
- Böhtan qorxaqların intiqamıdır.
- Böyük bacarıqla idarə olunan gərgin əmək heç vaxt itmir.
- Bütün ömrünü namusla yaşamaq istəyən insan cavanlıqda nəzərə almalıdır ki, bir vaxt onun özü də qoca olacaq və qocalanda yadında saxlamalıdır ki, vaxtilə onun özü də cavan olub.
- Əgər uzun müddət sevmək istəyirsənsə, ağılla sev, ürək ilə yox.
- Əsas o deyil ki, insan necə ölür, əsas odur ki, insan necə yaşayır.
- Faydalı məsləhət almaq heç vaxt geç deyil.
- Gələcəyi satın ala biləcək tək şey - bugündür.
- Hamı danışır, lakin az adam gözəl danışa bilir.
- Hamını tərifləyən adam heç kəsi qiymətləndirmir.
- Hər bir xalqa öz yazıçıları böyük şöhrət qazandırar.
- İncəsənətin düşməni cəhalətdir.
- Kəbin çox kədərlər gətirir, lakin, kəbinsizlik heç bir sevinc vermir.
- Qızıl və brilyantda olduğu kimi, tərifin dəyəri də az olmasındadır.
- Məhəbbət axmağın müdrikliyi və müdrikin axmaqlığıdır.
- Öz sirrini saxlamaq müdriklik, bu sirri başqalarının da saxlaya biləcəklərinə ümid etmək isə axmaqlıqdır.
- Təbiət qadına olduqca böyük hakimiyyət verib və buna görə də qəribə heç nə yoxdur ki, qanunlar bu hakimiyyəti məhdudlaşdırır.
- Tərif də qızıl və almaz kimi yalnız az olanda qiymətli olur.
- Uzun müddət hökm sürmək istəyirsənsə, səbirli ol.
- Vətənpərvərlik - əclafın son sığınacağıdır.
- Yaşamaq - durmadan irəliləmək deməkdir.