Adamlara xoş gələni deyil, faydalı olanı məsləhət gör. Solon
Axmağa məsləhət verənin özünün məsləhətə ehtiyacı var. Sədi
Ağıllı məsləhətə qulaq asmaq heç vaxt gec deyil. Samuel Conson
Ağıllıya məsləhət verərkən təşəkkür edər, axmağa məsləhət verərkən gülməyi gələr. Başqırd atalar sözləri
Bivecə məsləhət verərsən, sənə düşmən olar. Ərəb atalar sözləri
Bizdən əvvəlki müdriklər deyib: "Köhnələri oxumamış təzə kitablar oxuma". Özüm yazıçı olaraq heç kimə məsləhət görmürəm ki, bu qaydaya ciddi əməl etsin. Uinston Çörçill
Kərəm (kəramət) ona deyilir ki, nəfs ümumun xeyrinə olan işlər üçün asanlıqla çoxlu mal-dövlət paylaya bilsin, məsləhət olduqda miqdarını daha da artırsın. Nəsirəddin Tusi
Qadının sizdən məsləhət istəməsi o demək deyil ki, sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə, özünə həmsöhbət axtarır. Onore de Balzak
Məsləhət eləyən səhv eləməz. Lak atalar sözləri
Məsləhət istəmək bir insanın digərinə göstərdiyi ən böyük etibardır. Frensis Bekon
Məsləhət verəcək insana yox, nümunə olacaq insana ehtiyac var. Mövlana Cəlaləddin Rumi
Məsləhət və məşvərət etmək (doğru) yol tapmağın gözüdür. Öz rəyi və fikri ilə kifayətlənən şəxs özünü təhlükəyə atmışdır. Həzrəti Əli
Nadan adama məsləhət vermək kor üçün şam yandırmaq kimi bir şeydir. Pyer Büast
Yaxşı bir ad və yaxşı bir məsləhət, atanızın sizə verə biləcəyi tək şeydir. Harri Trumen
Yaxşılıq etməyi məsləhət bilən adamın gördüyü iş də yaxşı olmalıdır. Məhəmməd peyğəmbər