Daha yüksək intellektli adamların əqli enerjisi texnika vasitəsilə adi adamların həyatına müdaxilə edir və mənəvi təcavüz baş verir. Tur Xander
Dünyada hər şey enerjidir. Enerji hər şeyin əsasını təşkil edir. Əgər siz özünüz üçün yaratmaq istədiyiniz reallığın enerji tezliyinə uyğunlaşarsınızsa, o zaman məhz uyğunlaşdırdığınız tezliyi alacaqsınız. Bu fəlsəfə yox, fizikadır. Albert Eynşteyn
Dünyamız böyük bir enerji okeanında yerləşir və biz bu sonsuz məkanda ağlasığmaz bir sürətlə uçuruq. Ətrafda hər şey, bütün enerji fırlanır, hərəkət edir. Qarşımızda bu enerjini əldə etməyin üsulunu tapmaq kimi çox böyük bir vəzifə durur. Əgər bu tükənməz mənbədən bu enerjini ala bilsək, o zaman bəşəriyyət nəhəng addımlarla irəliləyəcəkdir. Nikola Tesla
Düşüncə bir gücdür. Fəlsəfə isə düzgünlük və sevgi kimi nəhəng bir faktorla insanlığın yaxşılaşmasını təmin edəcək təsiri tapmada bir enerji olmalıdır. Albert Payk
İntizam, enerji, güc və optimizm dolu güclü bir xarakter inşa etmək üçün zaman ayrıldığı zaman, çöl dünyanda hər şeyə sahib ola bilər, istədiyin hər şeyi bacara bilərsən. Qabiliyyətlərinə və məğlubedilməz ruhuna olan dərin inancını gücləndirdiyin zaman, bütün məşğuliyyətlərində müvəffəqiyyətli olmağını və böyük mükafatlar almağını heç bir şey əngəlləyə bilməz. Zehnini öyrətmək, bədəninə diqqət göstərmək və ruhunu bəsləmək üçün vaxt sərf etmək, səni, həyatında daha çox zənginlik və canlılığa çata biləcəyin bir mövqeyə gətirər. Robin Şarma
Prezident Heydər Əliyev qəhrəmanlığı, müdrikliyi, mətanəti və qarşısına qoyduğu məqsədinə sarsılmaz sədaqəti olmasaydı, Şərq - Qərb enerji dəhlizi gerçəkləşə bilməzdi.[1]Eduard Şevardnadze