Bir millət irfan ordusuna malik olmadıqca, savaş meydanlarında nə qədər zəfərlər əldə edərsə-etsin, o zəfərlərin yaşaması ancaq irfan ordusu ilə mümkündür. Mustafa Kamal Atatürk
Biz şairlər nifrətə nifrət edirik və savaşa qarşı savaşırıq. Pablo Neruda
Savaşa gedərkən bir, dənizə çıxarkən iki, evlənərkən üç dəfə düşünün. Rus atalar sözləri
Savaşda birisini savaşmağa çağırma; fəqət səni çağıran olsa get; çünki savaşa çağıran asidir, asininsə ölməsi gərəkdir. Üzün suyu (abır) donmuş vəziyyətdədir. Ancaq bir şey istəyən kimi əriyər və damla-damla süzülər. Üzünün suyunu kimə tökdüyünə diqqət et. Həzrəti Əli