Sayıqlıq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Abırsızlıq, bayağı ruhun səmimi ruhla birləşdiyi yeganə formasıdır. Ali insan böyük və zərif həyasızlığın hər təzahüründə sayıq olmalı və abırsız təlxək və ya elmi satir onun qarşısında danışanda ali insan özünü təbrik etməlidir. Fridrix Nitsşe
- Azadlığın qiyməti əbədi sayıqlıqdadır. Tomas Cefferson
B
redaktə- Bədən üzvlərinizin arasında ən çox işarət barmağınıza qarşı sayıq olun, zira o barmaq ittiham eləmək istəyi ilə alışıb-yanır. İosif Aleksandroviç Brodski
- Böyük sayıqlıq olmasa, yetkinlik asanlıqla pozğunluğa çevrilir. Pyer Büast
D
redaktə- Düşmən yanında sayıq ol. Tai atalar sözləri
Ə
redaktə- Əbədi sayıqlıq azadlığın qiymətidir. Uendell Filips
F
redaktə- Futbol mənə ən böyük sevinci yaşatdı. Mənə qələbəni ayıq-sayıq qəbul etməyi və ümidsiz məğlub olmağı öyrətdi. Lev Yaşin
İ
redaktə- İnsan həmişə əldə etdiyi uğurları əziz tutur və sayıqlıqla qoruyur. Teodor Drayzer
- İtlər oğrularla düzgün adamları seçə bilmirlər, amma hər hansı bir adamın gecə vaxtı Kapitoliyaya daxil olmasını bildirirlər. Bu, şübhə yaradır və onlar heyvan olsalar da, səhvən hürüb öz sayıqlıqları ilə xeyir verirlər. Ancaq, itlər gündüz, insanlar Allahlara sitayiş etməyə gələndə hürərlərsə, mənə elə gəlir ki, sayıqlıq göstərdiklərinə, şübhə üçün əsas olmadığına görə vurub onların ayaqlarını qırarlar. İttihamçıların da vəziyyəti eyni ilə bu cürdür. Mark Tulli Siseron