Sitat
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Biz hamımız zərurətdən, meyldən və zövqdən sitat gətiririk. Ralf Uold Emerson
D
redaktə- Düzgün sitat insanları yollarını dəyişməyə ruhlandıra bilər. Ziq Ziqlar
Ə
redaktə- Əgər hisslərinizi sözlə ifadə edən sitat axtarırsınızsa, onu tapa bilməyəcəksiniz. Siz hər dili öyrənə və indiyə qədər yazılmış hər sözü oxuya bilərsiniz – ancaq ürəyinizdə olanı heç vaxt tapa bilməyəcəksiniz. Necə edə bilərsən? Onda var. Ranata Suzuki
F
redaktə- Fatma çijindən sitat gətirmə, düşmür mənə. Bəxt üzüyü (film, 1991)
M
redaktə- Mən sitatları sevirəm, çünki insanın özündən daha müdrik tanınan biri tərəfindən böyük səlahiyyətlə gözəl şəkildə ifadə oluna biləcəyi fikirləri tapmaq sevincdir. Marlen Ditrix
O
redaktə- On yeddi yaşım olanda, bir sitat oxudum - buna bənzəyirdi: "Hər gün, bu gün axırıncı gün imiş kimi yaşayırsansa, bir gün sən haqlı çıxacaqsan". Mən bu sitatdan çox təsirləndim və o vaxtdan bəri, 33 il ərzində hər gün güzgüyə baxaraq özümdən soruşuram: "Bu gün ömrümün axırıncı günü olsa, bu gün eləmək istədiyim şeyləri eləyərdimmi?". Bir neçə gün ərzində bu suala cavabım "yox" olanda başa düşürdüm ki, nəyisə dəyişmək lazımdır. Stiv Cobs
S
redaktə- Sitat başqasının sözlərinin səhv təkrarıdır. Ambroz Birs
- Sitatlar yalnız başqasının səlahiyyəti olmadan edə bilmədiyiniz zaman istifadə olunmalıdır. Artur Şopenhauer
- Sitatları həmişə yoxla: özününküləri söyləməmişdən qabaq, özgələrinkini isə söylənildikdən sonra. Uinston Çörçill
- Sizi ruhlandıracaq və çətin anlarda sizə kömək edəcək sitatlar olan dəftəri özünüzlə aparın və həmişə yanınızda saxlayın. Donald Tramp
- Stiv Cobs xərçəng xəstəliyindən tamamilə gücsüz hala düşdükdə belə desək bəşəriyyətə son sitatını səsləndirmişdi. Bu sitat isə belə idi: “Mənfəət arxasınca daimi qaçış yürüşü insanı marionetkaya çevirir. Bu mənimlə də baş verdi. Allah yaxınlarımıza öz sevgimiz barədə bəhs etmək üçün bizi hislərlə yaradıb. Həyatım boyu qazandığım sərvəti özüm ilə apara bilmərəm. Özümlə apara bildiyim yeganə şey – sevgi ilə əlaqəli xatirələrimdir. Sizinlə getməli olan, sizi müşayiət etməli və irəli getmək üçün güc verməli olan əsl zənginlik məhz budur. Sevgi böyük məsafələri qət etməyə qadirdir. Həyatın sərhədi yoxdur. Fəth etmək istədiyiniz zirvələrə sahib olun. Ürəyinizin çağırdığı yerə gedin. Bütün bunlar öz əlinizdədir. Pulunuz olduqda sizi istədiyiniz yerə aparacaq, işdə və yaxud evdə işinizi sizin əvəzinizə görəcək insanlar tuta bilərsiniz. Lakin heç kəs sizin xəstəliyinizi özünə götürməyəcək. Əldən verdiyimiz maddi əşyaları tapmaq, qazanmaq, axtarmaq olar. Lakin itirdikdən sonra tapa bilməyəcəyiniz bir şey var. Bu həyatdır. İndi yaşınızın nə qədər olduğu və yaxud nələrə nail olduğunuz önəmli deyil. Hər birimizin həyatında pərdələrin enəcəyi gün gələcək. Sizin xəzinəniz – ailənizə, sevdiyiniz insana, yaxınlarınıza, dostlarınıza olan sevgidir… Özünüzü qoruyun. Digərlərinin qayğısına qalın!” Stiv Cobs
T
redaktə- Təhsilsiz bir insanın sitat kitablarını oxuması yaxşı bir şeydir. Uinston Çörçill
V
redaktə- Vergilin “Audaces fortina juvat ...” (“Fortuna cəsarətlilərə kömək edir ...”) yarımçıq şeirindən üç sözü tez-tez sitat gətirirlər, amma sitat səhvdir. Şair deyir: “Audentes fortuna juvat ...”(“Fortuna özünə əmin olan cəsarətlilərə kömək edir ...”). Tale, sadəcə olaraq cəsarətli olmaqdan başqa, həm də özünə əmin olanın üzünə gülür. Yalnız cəsarətli olan düşünmədən hərəkət edər, özünə əmin olan isə əvvəlcə düşünür, sonra hərəkət edir. Əsas fərq məhz bundadır. Jül Vern