Sunay Akın
Sunay Akın — Türkiyə yazıçısı, şair.
Sunay Akın | ||||
Doğum tarixi | 12 sentyabr 1962 | |||
Doğum yeri | Maçka | |||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Anlamadan yaşamaq lazım olurmuş. Amma bəzən unutmaq lazım olurmuş, unudulma bahasına. Zaman deyilmiş gedəni gətirən, əslində zamanmış var olanı aparan.[1]
B
redaktə- Bəlkə də yaralarımızı üfləyərkən öyrəndik fit çalmağı.
- Bəzən başını alıb gedə biləcək qədər cəsur; Və bəzən qalıb hər şeyə göz yumacaq qədər ürəkli ola bilməlidir insan.
- Bəzən dünyanın ən çətin peşəsidir.. Öz duyğularına tərcüməçi olmaq!
- Bəzən susmaq lazım olurmuş, bəzən bomboş baxmaq lazım olurmuş həyatın yalanlarına. Anlamağa çalışmaq axmaqlıq!
- Bilirəm; sabahlarım dünəndən fərqsiz. Həyatmı mənə küsdü, mənmi ona küsdüm xatırlamıram; bu aralar pis küsmüşük.
- Bir gün deyirəm.. Bir gün gələcək və oyananda ilk ağılıma gələn sən olmayacaqsan.
- Böyüdüm artıq… Anladım ki, nağıllardakı qədər günahsız deyilmiş heç kim. Sevmək ağrıdır, getmək vərdiş olmuş əlaqələrdə!
- Bu qədər ürək qırıqlıqlarına baxmayaraq kiçikliyimdə etdiyim kimi küləyi arxama alıb qışqırmaq istəyirəm həyata: Ağrımadı ki!
- Bütün gücünlə sevmə, sevgisindən əmin olmadığn adamı. Və unutma, Bu gün səni tərk edən; dünən uğruna öləcəkdi!
D
redaktə- 90–60 — 90-nı hamı bilir, əlbəttə ki bədən ölçüləridir. Amma bir də 200–70 — 60 var, unutmayın bu da tabut ölçüləridir.
E
redaktə- Eşq; bir baxıma sobaya toxunmaq kimidir. Bir dəfə yanarsan, İzi qalar. Sonra bir daha toxunmazsan, yalnız yanına yaxınlaşarsan.
- Eşq saqqızdan çıxan sözlər qədər sadə olmağa davam etdikcə, insanlar da onu çiynəyib tüpürməyə davam edəcəklər.
- Etiraf etməliyəm ki, "səninlə hər şey gözəldir"! Amma etiraf etmək lazımdır ki, sənsiz daha da gözəldir.
- Eynilə sevilməyən bir müəllim kimidir qəlbim. Barmaq qaldıranların inadına, həmişə dərsdən anlamayanları seçdi.
Ə
redaktə- Əldən düşmə sevdalar deyil istədiyim. Ürəyinin sahibi olmalıyam ya da heç bir şeyin. Ürəyinin sahibi deyilsəm, əhəmiyyəti yox bir şeyin.
- Əlindən gələni etdikdən sonra, sıra ayağından gələni etməkdə; "Getmək kimi məsələn."
- Əslində hər şey, tükənən bir qələmə tükənməz dedikləri qədər yalandır.
H
redaktə- Həsrətin tərifi yoxdur, kim nə demişsə səbəbi çarəsizlikdir. Yanımdaykən belə sənə doya bilməzkən, necə izah edilər ki sənsizlik!
İ
redaktə- İki uşaq rahatlıqla oturduğumuz qapının eşiyinə, öz başıma çətin sığıram bu gün. Böyüdükcə insan təkmi qalır?
- İkimiz də eyni şeyi düşünürük; Mən səni, sən özünü.
- İnsan, inandığı şeylər uğrunda möhtəşəm səhvlər edə bilər deyirlər. Sanki inanmaqdan daha da möhtəşəm səhv etmək olarmış kimi.
K
redaktə- Kədərlənmə getdi deyə, bu ilin dəbi belədi! 3 gün sevər sonra bezər, sənin axtardığın Əsli ilə Kərəm 21-ci əsrdə nə gəzər?!
- Kədərlənmirəm. Bir gün dayanar əlbət könülümdəki dərin sızı. Həmişə xeyirsiz deyil bu insanlar; bir gün məni də tapar xeyirlisi.
- Kim bilər, bəlkə yaralarımızı üfləyərkən öyrəndik, fit çalmasını.
- Kimsə bilsin istəmirəm ürəyimin qırıldığını. Və buna görə hər kəsdən gizləyirəm; Üzüm gülərkən içimin ağladığını.
M
redaktə- Mənim atam onun atasını döyərmi bilmirəm; amma, bir qadının qəlbi kişinin qəlbini yerlə bir edər.. Həmişə də etmişdir.
N
redaktə- Nə qəribə şeydir bu xoşbəxtlik! Getdimi gedər, çağırsan da gəlməz, gəlsə də qalmaz, qalsa belə bəs etməz.
O
redaktə- Oyuncaq və insan ürəyi çox bənzər bir-birinə. Bəzən təmiri olmaz ikisinin də.
S
redaktə- Sevgi; Sevdiyin adamın xoşbəxt olduğunu gördükcə onun xoşbəxtliyi ilə xoşbəxt ola bilmə sənətidir.
- Sevmək, xəyal qurmaq qədər asandı. Amma unutmaq; Qurduğun xəyalların reallaşması qədər çətindi.
- Sevmək ürək istər deyil, Hər ürək sevmək istər, yalnız sevdiyinə sonuna qədər sahib çıxa bilmək, cəsarət istəyər.
- Sən məndənmi soruşursan təkliyi sevərsənmi deyə? Mən ki; çayı belə iki şəkərlə içərəm, birlikdə ərisinlər deyə.
- Söylədiyin hər yalandan sonra "kaş ki həmişə uşaq qalsaydım" demə. Çünki söylədiyin hər yalanda kifayət qədər kiçildin onsuz da gözümdə.
U
redaktə- Uşaq deyiləm artıq, böyüdüm. Bir az yorğun, bir az inciyəm yenə də. Yetər artıq! Gedən yolunu, qalan yerini bilsin sadəcə.
Y
redaktə- Yanındaykən belə darıxıramsa sənin üçün, necə izah edilə bilər sənsizlik?