Alma
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Alma ağacına gavalını da calaq eləsələr, tutar. Xınalıq atalar sözləri
- Alma ağacından alma düşər, armud ağacından - armud. Azərbaycan atalar sözləri/A
- Alma alma yanına düşər. Assuri atalar sözləri
- Alma biş, ağzıma düş. Türkmən atalar sözləri
- Alma gec dərilsə, çürümüş olar.[1]Məhəmmədhüseyn Şəhriyar
- Alma öz ağacından uzaq düşməz. Azərbaycan atalar sözləri/A
- Almanı göyə at, yerə gəlincə, ya nəsib! Azərbaycan atalar sözləri/A
- Almanı soy ye, armudu say ye. Azərbaycan atalar sözləri/A
- Almanın bir çürüyü safları da çürüdür. Udmurt atalar sözləri
- Almanın necə var rəsmini çəkmək kütlüyün son həddidir. Heç olmasa, sevgiylə əzab verilmiş qurdu və kastanyetlərlə rəqs edən lanqustu çək, amma almanın üstündə qoy fillər əlləşsin və sən görəcəksən ki, alma burada artıqdır. Salvador Dali
- Almanın yaxşısına qurd düşər. Alman atalar sözləri
- Almanın yaxşısını qurd yeyər. Başqırd atalar sözləri
- Alması olan ağacı daşlarlar. Türk atalar sözləri
- Armud ağacı alma vermir. Bosniya atalar sözləri
- Ayı min cür atılıb-düşür, ancaq cır almanın altında. Gürcü atalar sözləri
B
redaktə- Bir ağacda neçə alma olduğunu hesablaya bilərsiniz, ancaq bir alma içərisində neçə ağac olduğunu hesablaya bilməzsiniz. Qaraçı atalar sözləri
D
redaktə- Dostum, biz tamamilə başqa cür məxluqlarıq. Alma ağacından alma yığıb yeyiriksə, mütləq onun budaqlarını da sındıracağıq. Lap bu yaxınlarda Sofron əmi kerosinlə dolu krujkanın yanından keçəndə onun hamısını içmişdi! Saltıkov-Şedrin
- Dünyanın sabah yox olacağını bilsəydim də, bu gün də alma ağacı əkərdim. Martin Lüter
G
redaktə- Gündə bir alma həkimi uzaqlaşdırır. İngilis atalar sözləri
X
redaktə- Xəstə tələsər, amma alma vaxtında dəyər. Kumık atalar sözləri
Q
redaktə- Qız qızıl alma, qızı gözdən salma. Azərbaycan atalar sözləri
M
redaktə- Mədəniyyət, bu yalnız xaos üzərindəki nazik alma qabığıdır. Fridrix Nitsşe
Ö
redaktə- Övlad bir turş almaya bənzər, yeyənin dişi qamaşar, yeməyənin könlü istər. Azərbaycan atalar sözləri/Ö
R
redaktə- Ruh bir alma deyil: onu bölə bilməzsən, İvan Turgenev
S
redaktə- Səbətdəki çürüyən bir alma bütün yaxşı meyvələri korlayır. Niderland atalar sözləri
- Sizdə bir alma var, məndə də bir alma var, əgər biz almaları dəyişsək, hərəmizdə bir alma olacaq. Amma əgər sizdə bir ideya, məndə də bir ideya varsa və biz onları dəyişdirsək, onda hərəmizdə iki ideya olacaq. Corc Bernard Şou
Y
redaktə- Yarısını yedikdən sonra əlimizdə bütün bir alma qalmayacağı kimi, zidd tərəflərdən biri olmadan digəri də ola bilməz. Tomas Edison
İstinadlar
redaktə- ↑ Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014.