Bu yolda nəzərlərimizi əbədiyyətə dikib böyük yaşamalı, böyük ölməliyik. Bu yolda hərislik tikan, mənəm-mənəmlik və təkəbbür isə çəpərdir, oğul! Şeyx Ədabali
İman əhlinin üzündə təbəssüm, qəlbində hüzn vardır. Onun könlü hər şeydən geniş, nəfsi hər şeydən azdır. Təkəbbürə nifrət edər, şöhrətə düşməndir, qəm-qüssəsi çox, düşüncəsi isə dərindir. Çox zaman susar; vaxtı yoxdur. Çox şükr edər, çox səbrlidir. Daim düşüncəlidir; ehtiyacı olanı görərkən öz ehtiyacını belə unudar. Xasiyyəti gözəl, rəftarı xoş və yumyaşaqdır. Şərəf və din baxımından sərtdir, xasiyyət baxımından qul kimidir. Həzrəti Əli
Təkəbbür savadsızlıqdan və tamahkarlıqdan irəli gəlir. Aristotel
Tərbiyəli adam vəzifəcə özündən aşağıdakılarla təkəbbürsüz, özündən yuxarıdakılarla isə hörmətlə və sərbəst danışmağı bacarır. Filip Dormer Çesterfrild