Tələbə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bildiyini tətbiq etməyən müəllim və ya tələbə məsləhət görülmüş dərmanı içməyən xəstəyə bənzəyir. Konfutsi
  • Kollec tələbələrini elmi işə həvəsləndirin. Ceyms Uotson
  • Tələbə müəlliminə bir nümunə kimi deyil, bir rəqib kimi baxmalıdır ki, öz müəllimini ötüb keçə bilsin. Vissarion Belinski
  • Tələbə səhv edərsə, bu bir o qədər qorxulu deyil. Əgər böyük zəka sahibləri səhv edərsə, bu, dünyaya çox baha başa gələr. Nikola Tesla
  • Tələbələrinə öyrənmə arzusu peyvənd edə bilməyən bir müəllim soyuq dəmiri döyən bir dəmirçi kimidir. Henrix Mann
  • Tələbənin ən mühüm vəzifəsi vicdanlı və səmimi olmasıdır. Onunla bərabər səviyyədə olmayanlarla yoldaşlıq etməsin. Xəta etdikdə isə düzəltməkdə tərəddüd etməsin. Konfutsi
  • Tələbəyə bilmədiklərinə görə yox, bildiyini necə bildiyinə görə qiymət vermək lazımdır. Tur Xander
  • Söz və sehr mahiyyət etibarilə eynidir. Sözlərin sehrli gücləri vardır. Hətta bu gün də öz sehrli güclərinin çoxunu qoruyub saxlayırlar. Məsələn, çox böyük xoşbəxtliyə səbəb olduqları kimi, dərin qəm-qüssəyə də yol açırlar. Həmçinin biliyin müəllimdən tələbəyə ötürülməsini də sözlər həyata keçirir. Hətta bir natiqin öz dinləyicilərini təsiri altına salaraq onlara öz istədiyini etdirməsi də sözlərin qüdrətindəndir. Sözlər insanın ən coşqun hisslərini oyadan və hər cür fəaliyyəti həyata keçirən qüvvəyə malikdir. Bir sözlə, sözlərin insanlar üstündəki nüfuzu çox böyükdür. Daha doğrusu, sözlər adamlara təsir göstərməyin universal üsuludur.[2] Ziqmund Freyd
  • Universitet! desək, hərdən adama elə gəlir ki, müasir universitetlərin vəzifələri yalnız təhsil haqlarını yığmaqdan və bunun müqabilində təhsil almaq haqqında diplom vermək təlabatından ibarətdir.Təəsüflər olsun ki, tələbənin – müasir dövrdə əsas aparıcı qüvvə olmasını çox adam başa düşmür. Anna Bartkulaşvili
  • Universitet tələbənin həm bacarığını, həm də fərsizliyini üzə çıxarır. Anton Çexov

İstinadlar

redaktə
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.440.
  2. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015