Acı ayrılıq miskin sevgililəri qətiyyətlə lal edir.
Adətən, sevgililərin saatı qabağa qaçır.
Axmaq özünü ağıllı hesab edir, ağıllı adam isə axmaq olduğunu bilir.
Axmaqlıq və müdriklik yoluxucu xəstəlik kimi çox asanlıqla yoluxulur. Ona görə də özünə yoldaş seç.
Axtarılan sevgi yaxşıdır, axtarışsız doğulan sevgi ondan da yaxşıdır.
Ağıl və ehtiras zərif bir bədəndə mübahisə etdikdə, on haldan doqquzunda ehtiras qalib gələcək.
Ağılda zarafata yer yoxdur.
Ağıllı adam xoşbəxtliyi özü ilə gəzdirir.
Ağıllı axmaq, axmaq müdrikdən yaxşıdır.
Ağlın bağlamadığı dostluğu, ağılsızlıq asanca poza bilər.
Ah! Bu qədər oxudum bu qədər əhvalat ya da dastan eşitdim eşqin yolu əsla düz getmir.
Allah sizə bir üz verib; bir dənə də siz əlavə etməyin.
Amal sevgi uğrunda ölmək deyil, uğrunda ölünəcək sevgi tapmaqdır.
Ana sərçə bala qu quşunu o qədər yedizdirdi ki, axırda qu quşu onun başını qopardı.
Arzu fikrin atasıdır.
Aşağı yuvarlanan təkərdən yapışmayın, yoxsa boş yerə boynunuzu qıracaqsınız. Amma təkər yuxarıya doğru gedirsə, ondan yapışsanız, özünüz də yuxarıda olacaqsınız.
Hamını sev, seçdiyinə etibar et, heç kimə pislik etmə.
Hansı yara birdən yaxşı olmuşdur?
Heç bir miras düzgünlük qədər zəngin deyil.
Heç bir şey daim eyni dərəcədə yaxşı deyil, çünki həddindən artıq yaxşı, həddindən artıqlıqdan öləcək.
Heç nəylə ləkələnməmiş ürəyi qorxutmaq çətindir.
Heç vaxt hazır cavabsız qadın tapmazsan, əgər tapsanız, deməli o qadın dilsiz olub.
Həddindən artıq təkəbbürlük qədər qüsuru təqdir edən başqa heç nə yoxdur.
Həqiqət açıq hərəkət etməyi sevir.
Həqiqətdən fərqli olaraq, əxlaqsızlıqla çox şeyə nail olmaq mümkün deyil. Fəzilət cəsarətlidir və yaxşılıq heç vaxt qorxu hiss etmir. Mən heç vaxt xeyirxah iş gördüyümə görə peşman olmayacağam.
Həqiqi düzgünlük çirkli bir istiridyə çanağında da mirvari kimi yaşayır.
Həqiqi sevgi danışa bilməz, çünki həqiqi hiss sözdə deyil, əməllə ifadə olunur.
Hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü həmin millətin gənclərinin alacaqları tərbiyədən asılı olur.
Hər bulud fırtına qoparmaz.
Hər hansı bir işdə uğur qazanmaq üçün gərək bir az da dəli olasan.
Hər kəsə qulağını, amma çox azına səsini ver.
Hər şeydə ölçünü gözlə. Ölçü, ehtiras axınını, tufanını, qasırğasını zəiflədir, ona yumşaqlıq verir və siz bu ölçünü mənimsəməlisiniz.
Hər şeydən əvvəl yaxşı yaşa. Sırf təsadüfən bu dünyaya gəlmiş kimi, söz olsun deyə günlərini keçirmə. Əgər gerçək sevgini tanıyacaq qədər şanslısansa; bütün ürəyin, ruhun və bədəninlə sev. Həyatını elə yaşa ki; hər an öz əlini sıxa biləsən. Və hər gün heç olmazsa faydalı bir şey et ki; gecə yaxınlaşarkən örtüləri üzərinə çəkib öz özünə; "Mən əlimdən gələni etdim" deyə biləsən.
Həvəslə gördüyümüz iş çətinliyi azaldır.
Həyat gəlib keçən bir kölgədir.
Həyat... ölümdən qorxduğumuz şeylər üçün cənnətdir.
Həyatda ən çətin şey insanın öz-özünə təsəlli vermək məcburiyyətində qalmasıdır...
Həyatı hiss edin, onu yaşayın.
Həyatın bizə təklif etdiyi ən çox gözəl təskinliklərdən biri odur ki, insan özünə kömək etmədən başqasına kömək etmək cəhdini səmimi edə bilmir.
İgidlik intiqam qazanmaqda deyil dözüm göstərməkdədir.
İgidliyin ən yaxşı cəhəti ağıllı olmaqdır.
İnam, etibar ruh kimidir, tərk etdiyi bədənə əsla geri dönməz.
İnanın ki, insanın taleyini sevgi müəyyən edir.
İncilərin ən qiymətlisini daxilimdə gəzdirirəm, o da vicdandır.
İnsan həyatı yaxşı və pis saplardan toxunmuş parçadır.
İnsan xasiyyətləri yoluxucu xəstəlik kimi bir-birinə keçmək xüsusiyyətinə malikdir; buna görə də dost seçəndə ehtiyatlı olun.
İnsan sevməyə başladımı, yaşamağa da başlayar.
İnsanlar bir-birləri ilə qardaş olduqlarını bilməlidirlər.
İnsanlar öz taleyinin sahibləridir.
İnsanların etdikləri pisliklər arxalarından yaşar, yaxşılıqlar çox zaman sümükləriylə birlikdə basdırılar.
İnsanların işlərində qabarma anı olur. Bu əgər əldən buraxılmayıbsa, onları sürətlə xoşbəxtliyə aparır, əks halda isə onların həyat dənizində bütün səyahəti dayazlıqlar və çətinliklər arasında keçir.
İstədiyin məqsədə çatmaq istəyirsənsə, azdığın yol barədə nəzakətlə soruş.
İşin böyük-kiçiyi olmur.
İtirilmiş və həmişəlik itirilmiş şeylərə görə kədərlənmək faydasızdır.
İtirilmişin tərifi qiymətli xatirələrə səbəb olur.
İntriqa zəiflərin gücünü təşkil edir, zərər vermək üçün hətta axmaqların ağlı kifayət qədər çatır.
Keçmiş bir dost üçün şikayətlənmək yeni dərdlər əldə etməkdir.
Keçmiş bir fəlakətə kədərlənmək bir yenisini dəvət etmənin ən əmin yoludur.
Keçmiş nə qədər kədərli olarsa, indi bir o qədər şirin olar.
Kədər ona təslim olunduğunu görüncə daha da güclənir.
Kiçik süni şeirlər adamın əsəblərini yağlanmayan təkərin cırıltısından daha çox qıcıqlandır.
Kiçik şamın şüaları necə də uzaqlara yayılır! Yaxşı iş tutqun havada da işıq saçır.
Kiminə keşik, kiminə yuxu nəsib.
Kimiləri sevirəm deyir-Çünki əzbərləmişdir, kimiləri deyə bilmir - çünki həqiqətən sevir.
Kiminsə keyfiyyətini qiymətləndirmək üçün özündə bu keyfiyyətin müəyyən bir hissəsinə malik olmalısan.
Kişi qulluq edəndə aprel, evli olanda isə dekabr ayına oxşayır.
Kişilər ağıllıdır yoxsa qadınlar? Əlbəttəki qadınlar. Çünki heç bir qadın ayaqları gözəldi deyə bir kişiyə bağlanmaz.
Kişilərdə qısqanclıq həmişə güclü sevginin bir sübutudur, qadınlarda isə çox vaxt boş şeylərdən başqa bir şey deyildir, çünki bəzilərinin ümumiyyətlə sevmədikləri ərlərinə necə qısqanc olduqlarını görürük.
Kişilərə sevgilərini söyləyən qadınlar ən az sevən qadınlardır.
Kitablarım mənə kifayət edəcək qədər böyük bir krallıqdır.
Qadın ağlı qarşısında qapını bağla- o, pəncərədən qaçacaq; pəncərəni bağla - o, açar deşiyindən çıxacaq; deşiyi bağla- o, bacadan uçacaq.
Qadın subaykən evlənməyi, evləndikdən sonra hər şeyi istəyir.
Qadını ciddilik deyil, vicdan mühafizə etməlidir.[2]
…Qadının ağlına bir şey gəldisə, o bunu mütləq edəcək, başını yaracaq, amma edəcək.
Qadının xarici gözəlliyi deyil, namusu mənim məhəbbətimə layiq ola bilər.
Qadının onu sevəni sevə bilməməsi sevginin əbədi istehzası deyilmi?
Qan od tutub yananda böyük andlar saman çöpüdür.
Qanunun mahiyyəti insansevərlikdir.
Qar kimi ağ olsan da, iftiradan qurtula bilməzsən.
Qayğısızlıq gənclərin kədəri, həddindən artıq qayğı isə qocaların lənətidir.
Qətiyyətli iradəsi çatışmayanın ağlı da çatışmır.
Qəzəb - həmişə pis mühafizəçidir.
Qəzəbin yox, ağılın səsi ilə hərəkət et.
Qiymətli adam üçün şərəf, həyatdan çox daha üstünlük təşkil edər.
Qol çırmayın çətinliklər dəryasına, son qoyun onlara birdəfəlik. [3]
Qorxaq hər gün ölürsə, igid bir dəfə ölür.
Qorxaq yalanın daimi yoldaşıdır.
Qorxu hissi bütün alçaq hisslərdən ən alçağıdır.
Qorxu, yalanın əbədi yoldaşıdır.
Qoy səni susmağına görə məzəmmət etsinlər, amma danışqanlığına görə söyməsinlər.
Qısqanc adamların dəlillərə ehtiyacı olmur. Onlar dəlilərə görə yox, sadəcə olaraq qısqanc olduqlarına görə qısqanırlar.
Qısqanc şübhə ilə tamamilə günahsız bir insanı təhqir edə bilərsiniz.
Qısqanc şübhələrə uyaraq hətta tamamilə günahsız insanı da təhqir etmək olar.
Qısqanclıq həm can verən, həm də doğan bir canavardır.
Qızın isməti onun sərvətidir və o hər bir mirasdan daha qiymətlidir.
Qürur özünə hörmət etmə çatışmamazlığı qədər məzəmmətlənmir.
Qürurlu kürək gec-tez əyilir; qara saqqal zamanla ağarır; gözəl saçlar günün birində tökülür; mükəmməl sifəti qırışlar doldurur; amma yaxşı ürək Ay və Günəş kimi, hətta Aydan çox Günəş kimi parlaq işıq saçır və hər zaman düzgün yolla irləliləyir .
Yaxşı ayaqlar gec-tez büdrəməyə başlayacaq, qürurlu bel əyiləcək, qara saqqal çallaşacaq, qıvrımsaç baş keçəlləşəcək, gözəl sima qırışlarla örtüləcək, dərin baxış tutqunlaşacaq, amma günəş və ay, daha çox günəş kimi xeyirxah ürək həmişə parlaq işıq saçacaq, heç vaxt dəyişməyəcək və həmişə düzgün yolda olacaq.
Yaxşı dəlillər ən yaxşı dəlillərə güzəştə getməlidir.
Yaxşı insanı tanımaq, özünü tanımaq deməkdir.
Yağışı sevdiyini söyləyirsən, amma yağış yağınca çətiri açırsan, günəşi sevdiyini söyləyirsən, amma günəş çıxanda kölgəyə qaçırsan, küləyi sevdiyini söyləyirsən külək başlayanda pəncərəni örtürsən. Bax bundan qorxuram, çünki məni də sevdiyini söyləyirsən.
Yalançı üz məkrli ürəyin düşündüyü hər şeyi gizlədər.
Yalnız özün üçün yaşamaq xəyanətdir.
Yalnız özü üçün yaşamaq həyatdan sui-istifadə etməkdir.[7]
Yalnız yuxu və yeməklə məşğul olan insan nədir? Heyvan.
Yuxu - təbiətin insanlara bəxş etdiyi təamlar içərisində ən ləzətlisi və qiymətlisidir.
Yüksəkdəkilər, aşağıdakılardan daha az təhlükəsizlikdir.