Umberto Eko (5 yanvar 1932 – 19 fevral 2016) — İtalyan yazıçısı.

Umberto Eko
Doğum tarixi 5 yanvar 1932
Doğum yeri Alessandriya
Vəfat tarixi 19 fevral 2016
Vəfat yeri Milan
Şəxsi veb-saytı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ancaq kiçik insanlar tamamilə normal görünürlər.
  • Başqasının axmaqlığı səninkini heç vaxt azaltmaz.
  • Bilmədiklərimizi bildiklərimiz vasitəsilə aşkar edə bilərik.
  • Bir çox problemlər ancaq o nəticə ilə həll olunur ki, onların həlli yoxdur qərarı verilir.
  • Bütün şairlər pis şerilər yazırlar, ancaq pis şairlər onları dərc edirlər, yaxşı şairlər isə — yandırır.
  • Əgər axmaq sizə ətrafdakı hər kəsin axmaq olduğunu deyirsə, onun özünün axmaq olması faktı, onun səhv danışdığına dəlalət etmir. Əgər o desə ki, qalan hər kəs "onun kimi" axmaqdır, o zaman o, öz ağlını göstərər.
  • Heç bir əyləncə mütaliə qədər ucuz və ə təsirli ola bilməz.
  • Hər yerdə sülh axtarırdım və bir yerdə tapdım — küncdə, bir kitabla.
  • İnsan Allaha inanmayanda heç bir şeyə inanmadığını göstərmir, hər şeyə inandığını göstərir.
  • İnternetə, ünsiyyət vasitələrinin qloballaşmasına rəğbət üzündən itirilmiş ilk şey sərhəd anlayışıdır. ("Privacy" konfransı. 2000-ci il. Venesiya.)
  • Qorxmuşu başqa adamın qorxaqlığı kimi heç nə ürəkləndirə bilməz.
  • Ölüm — yolçunun dincəlməsi, bütün səylərinin sonudur.
  • Özüm üçün yazıram deyənlərə inanmayın. Özünüz üçün yazdığınız ancaq alver siyahısıdır.
  • Sevgi nədir? Bütün dünyada nə insan, nə şeytan, nə də başqa bir şey məndə sevgi qədər şübhə doğurmur, çünki o, digər hisslərdən daha çox ruha nüfuz edir. Dünyada heç bir şey məhəbbət kimi qəlbi bu qədər işğal etməz, bağlamaz. Odur ki, əgər ruhda sevgini ram edən silah yoxdursa, bu nəfs müdafiəsizdir və ona nicat da yoxdur.
  • Sonda axmaq kimi görünməmək üçün, əvvəldən müdrik görünməməyi üstün tuturam.
  • Təhsilli olmaq hələ ağıllı olmaq demək deyil.
  • Yalan danışmağı bacarmaq – insanı heyvandan fərqləndirən çox az saylı şeylərdən biridir.

İstinadlar

redaktə