Vahimə
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Aydın olmayan hər şey sirlidir və ona görə, həm də vahiməlidir. Anton Çexov
B
redaktə- Bütün canlı məxluqların qəribə bir qüsuru var. Bu, sirli, naməlum və anlaşılmazlıqlar qarşısında təbii bir qorxu, vahimə, tabe olmaqdır. Qorxudan, dəhşətdən maarifdən, elmdən istifadə etməklə xilas olmaq olar. Qay Yuli Sezar
C
redaktə- Cəmiyyətdə xurafatçılar qoşunda qorxaqlar kimidir. Onlar qorxunu hiss edir və başqalarında da vahimə yaradırlar. Volter
Ə
redaktə- Əcdadlarımıza qəribə, qaranlıq və vahiməli görünənlər bizim üçün olduqca əlçatan, başa düşülən və xoşdur. Mixail Lomonosov
H
redaktə- Həyatda heç bir vahimənin olmadığını dərindən başa düşməkdən vahiməli bir şey yoxdur. Epikür
S
redaktə- Sahil ümiddir; gözdən itəndə dənizdə ancaq vahimə qalır. Əbu Turxan
T
redaktə- Tənbəllik, nadanlıq yar olsa kimə,
Büdrəyər, çaş qalar, basar vahimə. Sənai Qəzvini
U
redaktə- Unutmaq! Sözə bax! Onda dəhşətlər də var, təsəlli də, vahimə də! Kim unutmasa yaşaya bilər? Elə adam da tapılarmı, istədiklərinin hamısını unuda bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir... Erix Mariya Remark