Xəlil Rza Ulutürk

Xəlil Rza Ulutürk' (21 oktyabr 1932- — 22 iyun 1994) - azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikasının xalq şairi (1992).



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağız açma namərdə!
    Ürəyində dərd, yaşa
    Sən İnsansan! Əyilmə!
    Yoxsul yaşa, Mərd yaşa!
  • Anladım ki, ana dilim

Ürəyimdən çıxmaz mənim
Doğransam da, dilim-dilim.

B redaktə

  • Biz Türkləriz...Vətənimiz başdan-başa yer kürəsi,
    Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi.
  • Bizim birinci borcumuz yer kürəsini qorumaqdır. Yer kürəsindəki sonsuz gözəllikləri, Füzulinin və Şekspirin yaratdığı poeziya kəhkəşanlarını, İbn Sinanı qorumaqdır. Bütün təfəkkür korifeylərinin ürəyindən, gözlərindən süzülən ədəbi işığı qorumaq bizim borcumuzdur... Biz öz qüdrətli əllərimizi sərhədlər, okeanlar üzərindən uzadıb bir-birimizi salamlamalı, öz qəlbimizin qərarını qəti bildirməliyik. Yaşasın xalqların azadlıq idealı! [1]

K redaktə

  • Kim qorumur öz yurdunu-yuvasını,
    Udmasın yurd havasını!!!

S redaktə

  • Sən şəkil yox, nəfəsimsən, axan qansan varlığımda,
    Hansı rənglər çiçəklənir gör üçrəngli bayrağımda.

V redaktə

  • Vətəndaş olmasa boş şeydir Vətən!

Beş günlük, on günlük güney qarıdır.
Vətən məfhumunun özəyindəki
Vətənin vüqarlı oğullarıdır!

Haqqında sitatlar redaktə

  • Xəlil Rza bir vətəndaş, bir insan kimi bütün xüsusiyyətləri ilə həmişə seçilmişdir. Mən daim onun yaradıcılığına, insanlığına, vətəndaşlığına, ən çox cəsurluğuna, əyilməzliyinə öz ideyalarından dönməzliyinə hörmət etmişəm, onu yüksək qiymətləndirmişəm... Güman edirəm ki, Xəlil Rzanın parlaq həyatı, onun böyük vətəndaşlığı, milli azadlıq uğrunda mübarizliyi bütün azərbaycanlılar üçün nümunə olacaqdır.
    • Heydər Əliyev, ümummilli lider
  • Sənin bütün damarların şimşəkdi, Xəlil, orda qan odla qarışıq axır. Çax, yatanlar ayılsın, qaranlıq işıqlansın.
    • Nəriman Həsənzadə, Əməkdar incəsənət xadimi, şair
  • Xəlil Rza müasir ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biridir. O, böyük poetik bir istedaddır. Xəlil Rza böyük alim, yorulmaz tədqiqatçıdır.
    • İsmayıl Şıxlı, Xalq yazıçısı
  • Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şeirlərini dinləməkdən belə qorxanların sayı minmin idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər.
    • Sabir Rüstəmxanlı, Xalq şairi
  • Xəlil Rza böyük söz ustasıdır, poeziya quludur. Sənət fədaisi, söz sərkərdəsidir.
    • Məmməd Araz, Xalq şairi
  • Xəlil Rzanın “Dünyanın Ədəbi xəritəsi” adlı kitabı müqayisəli ədəbiyyatşünaslıq və tənqidi-nəzəri fikrimiz üçün qiymətli mənbədir.
    • Əlizadə Əsgərli, filologiya elmləri doktoru, professor
  • Xəlil Rza xalqımızın milli vicdanı, namusu və əxlaqıdır. Onun həqiqət carçısı, haqq bağıran səsidir.
    • Ramiz Duyğun, şair, publisist
  • Sən bizim çox qüdrətli, olduqca cəsur, ürəkli, kürəkli şairimizsən. Əziz Xəlil Rza, səninlə fəxr edirəm.
    • İlyas Əfəndiyev, Xalq yazıçısı
  • Xəlil Rza poeziyası... “Hər cür mərəzə, süstlüyə və bədbinliyə meydan oxuyan qüdrətli bir ruhun hayqırışlarıdır. Bu mübarizə dəmir iradə poeziyasıdır.
    • Hüseyn Arif, Xalq şairi

İstinadlar redaktə

  1. [1] Tarixdə iz buraxanlar: Xəlil Rza Ulutürk.