Namərd
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağız açma namərdə!
Ürəyində dərd, yaşa
Sən İnsansan! Əyilmə!
Yoxsul yaşa, Mərd yaşa! — Xəlil Rza Ulutürk - Aşığın nisyəsi, namərd ilqarı,
Desələr, inanma, düz olmaz, olmaz. Aşıq Ələsgər
B
redaktə- Baş namərd əlindədir; nə kəsər, nə bağışlar. Azərbaycan atalar sözləri/B
Ç
redaktə- Çəkmə namərd minnətin, get qürbətdə dolan gəz. Azərbaycan atalar sözləri/Ç
D
redaktə- Düşündüyüm hər şeyi deyə bilməyəcəm; amma düşünmədiyim bir şeyi deməyəcəyəm. Küçələrdə namərd və qorxaq olmaqdansa, min dəfə həbsdə azad ruh olmağı üstün tuturam. Yucin Viktor Debs
Ə
redaktə- Əl mərd olar, göz namərd. Azərbaycan atalar sözləri/Ə
İ
redaktə- İçmə namərd əlindən su, abi-həyat olsa da. Türk atalar sözləri
- İnsafla yaşayan mərddir, kişidir, İnsaflı olmamaq namərd işidir. Nizami Gəncəvi
K
redaktə- Keçmə namərd körpüsündən qoy aparsın sel səni, Yatma tülkü daldasında qoy yesin aslan səni. Azərbaycan atalar sözləri/K
M
redaktə- Mərd düşmən namərd dostdan yaxşıdır. Alman atalar sözləri
- Mərdi qova-qova namərd eləmə. Azərbaycan atalar sözləri/M
- Mərdi qova-qova namərd edərlər. Azərbaycan atalar sözləri/M
- Mərdin gözü tox olar, namərdin gözü ac.Azərbaycan atalar sözləri/M
N
redaktə- Namərd adam haqqı qoyub, nahaqqın dalınca gedər. Azərbaycan atalar sözləri/N
- Namərd - aş üstündə dillənər, mərd - iş üstündə dillənər. Türkmən atalar sözləri
- Namərd əlində zar olunca, qara dəryada qərq ol. Türkmən atalar sözləri
- Namərd gəlib mərd olmaz. Boyunca qızıl qala. Azərbaycan atalar sözləri/N
- Namərd gəlib mərd olmaz, yüz ətəklə, yüz yalvar. Azərbaycan atalar sözləri/N
- Namərd körpü də olsa - üstündən keçmə. Kürd atalar sözləri
- Namərd körpüsündən rahat keçincə, qoy aparsın o sellər məni. Azərbaycan atalar sözləri/N
- Namərd namərddən kəsər, Allah da hər ikisindən. Azərbaycan atalar sözləri/N
- Namərd yəhərdə tanınar, mərd kəhərdə. Azərbaycan atalar sözləri/N
- Namərdə tuş olanın ciyəri qana dönər. Azərbaycan atalar sözləri/N
- Namərddə qaydadı, kəsər basdığın. Aşıq Ələsgər
- Namərdə möhtac olma. Azərbaycan atalar sözləri/N
- Namərdə möhtac olunca dəryada qərq ol. Azərbaycan atalar sözləri/N
- Namərdə tuş olanın ürəyi qana dönər. Azərbaycan atalar sözləri/N
- Namərdə yaxa vermə, mərdə arxa ol. Azərbaycan atalar sözləri/N
- Namərddən keç, mərddə dur. Azərbaycan atalar sözləri/N
- Namərdi bir gördün, bir də görsən namərdsən. Azərbaycan atalar sözləri/N
- Namərdin adı olmaz. Azərbaycan atalar sözləri/N
- Namərdin çörəyi dizinin üstə olar. Azərbaycan atalar sözləri/N
- Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim. Aşıq Ələsgər - Namərdin gözü dar olar. Azərbaycan atalar sözləri/N
- Namərdin qanadı altında olmaqdansa, qartalın caynağında olmaq yaxşıdır. Ləzgi atalar sözləri
- Namərdin otağından, mərdin ağac kölgəsi. Azərbaycan atalar sözləri/N
- Namərdin plovundan, mərdin qaşıq aşı. Azərbaycan atalar sözləri/N
- Namərdin sözünü söz eləmək olmaz. Azərbaycan atalar sözləri/N
P
redaktə- Pis iş mərdə ar olar, Namərd gözü dar olar. Azərbaycan atalar sözləri/P
Ü
redaktə- Ürəyin qadını kişisi yoxdur. Bir mərd olanı var, bir də namərd olanı! Nazim Hikmət
Y
redaktə- Yemə namərd çörəyini, axırda başına vurar. Azərbaycan atalar sözləri/Y