A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağlından nələr keçdiyini çox vaxt hiss etmədiyim bir uşaq necə olur ki, məni açıq kitab kimi oxuyurdu?

B redaktə

  • Baba ilə eyni evdə yaşayırdıq, amma fərqli dünyalarda. Çərpələnglər bu iki dünya arasında kağız incəliyindəki kəsişmə nöqtəsiydi.
  • Bircə sən döy. Bu dəfə qapıları üzünə taybatay açacam. Nəinki qapıları açmaq, səni bağrıma basıb zəif ürəyimə sıxacam. Bunun nə vaxtsa baş verəcəyinə bəslədiyim ümid kimi zəif olan ürəyimə.

C redaktə

  • Cəmiyyət qadınları savadsız olduğu müddətcə uğur qazana bilməz.

Ç redaktə

  • Çərpələng uçuran adam çərpələngi əlinə aldısa, heç kim bunu onun əlindən ala bilməzdi. Bu, qayda deyildi. Ənənə idi.

Ə redaktə

  • Əfqanıstanda uşaq var, uşaqlıq yoxdur.
  • Əgər bir gün dindarlar bu ölkəni ələ keçirsələr, vay bizim halımıza!

H redaktə

  • Həmişə şimalı göstərən kompas kimi kişini günahlandıran barmağı da mütləq bir qadın işarə verər.
  • Həyat sənin etdiklərin və etmədiklərindir.
  • Həyatda bircə günah var, o da oğurluqdur. Bütün digər günahlar oğurluğun növləridir. Kimisə öldürəndə onun həyatını oğurlayırsan, arvadından ərini, uşaqlardan atasını oğurlayırsan. Yalan danışanda birinin həqiqəti bilmə haqqını oğurlayırsan. Oğurluqdan daha alçaq hərəkət yoxdur.

K redaktə

  • Kişinin ürəyi həbsxana kimidir. Ana bətninə heç oxşamır. Qanamaz, sənə yer eləmək üçün genişlənməz.

S redaktə

  • Sevgi – insana zərər verən yeganə səhvdir. Üstəlik ortağın ümiddirsə, sevgi çox təhlükəli bir illüziyaya çevrilir.
  • Sevgi insanın ürəyində qopan səssiz fəryaddır. Bəzən bunu sevdiyimiz insanlar da hiss etmir.
  • Sən də mənim qədər çox yaşasan başa duşərsən ki qəddarlıqdır, xeyrxahlıqdır - bunlar elə eyni rəngin çalarlarıdır.

U redaktə

  • Uşaqların qorxularına qalib gəlmə üsulu budur: yatmaq.

Y redaktə

  • Yalanla özünü aldatmaqdansa gerçəklə üzləşmək yaxşıdır.
  • Yaralar sağalar, ləkələnən adlar əsla.
  • Yaratmaq başqasının həyatina vandal müdaxilə etməkdir.

İstinadlar redaktə