Ağlından nələr keçdiyini çox vaxt hiss etmədiyim bir uşaq necə olur ki, məni açıq kitab kimi oxuyurdu? Xalid Hüseyni
Allah o kişiyə rəhmət etsin ki, hökmü eşidər, eşidib seçər, doğru yola çağırılarsa, yaxınlaşar, bir başçının kəmərindən yapışıb canını qurtarar və Rəbbinin əmrini gözlər, Ona qarşı günah işlətməkdən qorxar, özü doğru və yaxşı işlərə qurşanar, aza qane olub gərəksiz şeylərdən çəkinər. Oxu atıb hədəfi vurar, əvəzini əldə edər. Öz arzusuna qarşı durmağı bacarar; səbr edər; çəkinməyi ölüm günü üçün hazırlar; açıq və bəlli yola at sürər; açıq-aydın dəlilə inanar; fürsəti qənimət bilər; əcələ hazırlanar; qulluğunu özü üçün az hesab edər. Əli
Ayın gecəyə səbr etməsi onu açıq-aydın bir hala gətirir. Gülün tikana səbr etməsi də onun gözəl ətirli olmasına səbəb olur. Mövlana Cəlaləddin Rumi
Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri. İlham Əliyev
Borclu olduğumuz kreditorlar yeni günə başlayan an, biz artıq açıq dənizdə bizim üçün təhlükəsiz bir məsafədə idik. Yeddi quldur bu vaxta qədər qara bayraq altında üzənlərin ən xoşbəxtləri idi. Rual Amundsen
Çalış, tək özün olmayasan, öz içində boğulmayasan, təklik yalnız Allaha məxsusdur. Dünyanın ağırlığını təkbaşına qaldırmayasan. Bütün işlərini məsləhətlə görəsən. Əgər məsləhətlə iş görsən, yol da üzünə açıq olar. Yox, əgər məsləhətsiz iş tutsan, yarı yolda qalarsan! Şeyx Ədabali
Gecənin kabusu təzə açılmış səhər işığından qaçıb gizləndiyi kimi, hüzn, can sıxıntısı, şıltaqlıq və boş arzular da əməyin açıq və sakit simasından qaçıb gizlənir. Konstantin Uşinski
Həqiqətən göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. Qurani-Kərim
İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
Mən rədd edilmiş, itilib qaxılmış bir uşaq olmasaydım böyük ehtimalla bir rok ulduzuna çevrilib, bu duyğunu cəmiyyətə yönəltmək istəməzdim. Xristian məktəbinə getməmiş olsaydım bu qədər reaksiya göstərib bu gün inandığım şeylər mövzusunda bu qədər açıq fikirli olmaya bilərdim. Bunlar bu gün mənim səhnədəki performansıma çox qəti xəttlərlə təsir etdi. Marilyn Manson
Tale insana qarşı nə qədər qəddar olsa da, insan nə qədər tərk edilmiş və tənha olsa da, hər zaman, bəlkə də ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar. Henri Lonqfello
Tanışlarınız arasında sizə əsl dost olan o kəsdir ki, təhqirlərdən qorxmadan səhvlərinizi açıq göstərir. Bualo
Təhsil görmüş ağlın işarəti, hər hansı bir düşüncəyə onu qəbul etmədən əvvəl açıq olmasıdır. Aristotel