Tərəddüd
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B redaktə
- Bir addım atmamışdan əvvəl iyirmi il tərəddüd edə bilərsiniz, amma artıq addım atıldığında geri çəkilə bilməzsiniz. Alfred de Müsse
Ç redaktə
- Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən sualda camaatı qabaqlayıb hövləki irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adam söhbət edirsə qarışmamalı, ondan gizlidirsə gizlin qulaq asmamalıdır; özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, mülayim səslə sözünü deməlidir. Danışdığı məsələ qəlizdirsə, aydın misallarla izah etməyə çalışmalıdır, başqa hallarda qısa və yığcam danışmalıdır. Yabançı kəlmələr işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməli, ehtiyac olmadan sözü təkrar etməməlidir; ehtiyac üzündən təkrar lazım olduqda tərəddüd göstərməməlidir. Nalayiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarandıqda onu obrazlı, məcazi ibarələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisə münasib danışmağı bacarmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzakətli və gözəl bir tərzdə göstərmək olar. Yalan, doğru üstündə məclisdə höcət etməməli; yalvar-yaxar təsir etməyən adama yalvarmamalı, münaqişə və mübahisədə rəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir. Avam, uşaq, arvad, divanə və sərxoş adamların söhbətindən bacardıqca uzaq gəzməlidir. Başa düşməyən adama incə və üstüörtülü söz deməməli, danışıqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə ona buna çatdırmamalı, qorxulu şayiələr yaymamalıdır. Nəsirəddin Tusi
Ə redaktə
- Əgər gözəllik ilə gerçək arasından birini seçməm gərəksəydi, heç tərəddüd etmədən gözəlliyi seçərdim, çünki onun içində əsl həqiqətdən daha yüksək və daha dərin bir gerçək olduğuna inanıram. Anatol Frans
- Əgər qəzetsiz hökumət, yaxud hökumətsiz qəzet seçməli olsaydım, tərəddüd etmədən ikincini seçərdim. Tomas Cefferson
- Əgər mən yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım "Neftçi”ni seçərdim.[1] Anatoli Banişevski
F redaktə
- Fəlsəfə ... ruhu formalaşdırır və qurur; həyatımızı əmr edir, davranışımızı istiqamətləndirir, bizə nə etməli olduğumuzu və nəyi yarımçıq qoymalı olduğumuzu göstərir; o, sükan arxasında oturur və qeyri-müəyyənliklər arasında tərəddüd etdiyimiz zaman bizim kursumuzu istiqamətləndirir. Seneka
G redaktə
- Gəmi qəzası zamanı komanda öz kapitanının əmrlərini tərəddüd etmədən yerinə yetirir, çünki dənizçilərin ümumi məqsədi var və bu məqsədə çatmaq üçün vasitələr hamı üçün aydın və başa düşüləndir. Ancaq kapitan hökumətin etdiyi kimi, gələn əmrlərin qanuniliyini sübut etmək üçün dənizçilərə gəmini idarə etmək prinsiplərini izah etməyə başlasaydı, onun çıxışı bitməmiş gəmi dibinə gedəcəkdi. Bertran Rassel
H redaktə
- Hər bir insanın həyatında elə gərgin anlar olur ki, o, boynuna düşən vəzifə borcunu yerinə yetirmək, ədalətli olmaq kimi xarakteri ilə başqa cür hərəkət etməklə şirnikləşdirici xoşbəxtliyə çata biləcəyi arasında tərəddüd edir. Teodor Drayzer
- Hər işdə uğurlu biri oldum, çünki bunu istəyirdim. Heç bir zaman tərəddüd etmədim. Bu da məni digər insanlardan üstün etdi. Napoleon Bonapart
- Həyatda böyük dəyişiklik qışda soyuq vannaya bənzəyir - hamımız ilk qədəmdə tərəddüd edirik. Letitia Elizabet Landon
- Hökumət tərəddüd etməməlidir. Bir yol seçdikdən sonra o, sağa və sola baxmadan sona qədər getməlidir. Otto fon Bismark
İ redaktə
- İgidlik qorxu ilə cəsarət arasında tərəddüd edən bir keyfiyyətdir. Aristotel
K redaktə
- Kişilərlə təcrübələrim: bəziləri çox uzun müddət tərəddüd edir, başlanğıc tapmır və sona çatmır. Digərləri dərhal başlamaq istəyir. Brijit Bardo
Q redaktə
- Qərar verdiyiniz işlərdə tərəddüd etməyin. Fridrix Nitsşe
M redaktə
- Mən tamamilə əminəm ki, heç kim həyatda xeyirin və şərin asılı olduğu azadlığın qiymətsiz hədiyyəsinin müdafiəsi üçün silaha sarılmaqda tərəddüd etməməlidir. Amma, bunu da cürət edib bildirirəm ki, silah ən son vasitədir. Corc Vaşinqton
- Mən valyuta bazarında heç bir tərəddüd etmədən spekulyasiya edirdim, hərçənd ki, həmişə iddia edirəm ki, onların dayanıqlığını təmin etmək lazımdır. Mütləq iki anlayışı fərqləndirmək lazımdır: bazarın iştirakçısı və vətəndaş. Siz bazarın iştirakçısı olanda qaydalara əsasən oynayırsınız. Amma vətəndaş ikən siz mütləq mükəmməl olmayan (naqis) sistemi dəyişməyə cəhd etməlisiniz. Corc Soros
- Məni köməyə çağırırlarsa, tərəddüd etmədən hərəkət etməliyəm. Həyatda bu, həmişə ən düzgündür, çünki ən humanist hərəkətdir. Ürəyin səbirsizliyi. (Stefan Sveyq)
N redaktə
- Nə dostluğa tez razı olanı, nə də dostluqda tərəddüd edəni sınağa çəkməyə dəyməz, dostluq xatirinə cürət etməyə dəyər. Epikür
Ş redaktə
- Şübhəli anlarda və tərəddüd edəndə insan çaşıb qalır və hansı yolla gedəcəyini bilmir, amma o bir yol seçir və seçdiyi yolla getməyə hazır olanda, daxili bir səs onu bu yoldan saxlayır. Baxmayaraq ki, hər şey-təbii meyllər, simpatiya, sağlam düşüncə, hətta aydın dərk edilmiş müəyyən məqsəd onu bu yola çağırır, amma ruhu onu bu yolla getməyə qoymayan hansısa görünməz bir qüvvənin təsiri altından çıxa bilmir. Amma sonra məlum olur ki, əgər o, əvvəlcə seçdiyi və şüuruna görə seçməli olduğu yolla getsəydi, bu onun ölümünə səbəb olardı... Daniel Defo
T redaktə
- Təkəbbür, mənəmlik, özünü çəkmək,
Qafillik, sərxoşluq, hiylə, qəzəb, şəkk.
Tərəddüd, paxıllıq, kələk, kin, tamah,
Yalançı, saxtakar, vəfasız olmaq.
Hər nə söylədimsə ondan qaç uzaq,
Onların əksiylə məşğul ol ancaq. Əhvədi - Tələbənin ən mühüm vəzifəsi vicdanlı və səmimi olmasıdır. Onunla bərabər səviyyədə olmayanlarla yoldaşlıq etməsin. Xəta etdikdə isə düzəltməkdə tərəddüd etməsin. Konfutsi
- Tərəddüd etsən ayaqların səni daşımaz. gedəcəyəm de, bas və get! Nəcib Fazil Qısakürək
Z redaktə
- Zəif insan qərar verməzdən əvvəl tərəddüd edir; güclü - sonra. Karl Kraus