İbn Sina

Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri

İbn Sina (tam adı: Əbu Əli Hüseyn ibn Abdullah ibn Həsən ibn Əli ibn Sina; latınlaşdırılmış adı Avisenna; 980–1037) — Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri. Türk mənşəli olduğu ehtimal olunur. Ən etibarlı əsəri "Göz həkiminin dəftəri"dir. Buxara yaxınlığında dünyaya göz açmış, qısa ömründə böyük titullar qazanmışdır: Hüdcətül-Haqq (həqiqət carçısı); Şeyx-ur-Rəis (böyük, müdrik), Harami buzurq (dahi təbib), Şərəf-ül-Mülk (ölkənin ən şərəfli insanı) və s. Ümumilikdə 29 elm sahəsi üzrə 450-dən çox əsər yazmışdır ki, onlardan yalnız 274-ü bizə çatmışdır. Orta əsrlər İslam dünyasının ən məşhur və nüfuzlu filosof-alimi

İbn Sina
Doğum tarixi 980
Doğum yeri Afşona
Vəfat tarixi 18 iyun 1037
Vəfat yeri Həmədan
Dəfn yeri Avicenna Mausoleum
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağlı üzərində qorxunun hakim olduğu insanın ağlı susur.
  • Atalarınızla yaxşı rəftar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəftar etsin.
  • Avaralıq və vaxtını boş keçirmə təkcə cəhalət yaratmır, eyni zamanda xəstəliklərin səbəbi olur.
  • Birinci tövsiyə — yeməyin qərəlini bil, ikinci tövsiyə — az şərab iç.
  • Bizim üçün kiçik düşmən böyük bədbəxtlikdir, amma ən böyük bədbəxtlik bunu unudaraq yaşamaqdır.
  • Çoxalma gücünün təyinatı növləri qorumaqdır. Çünki uzun ömürlüyə cəhd ilahidən gələn bir tələbatdır. Amma bu tələbat bir fərd kimi mövcud ola bilməsə də, növün mövcudluğunu davam etdirməyə qadirdir və növü saxlamaq üçün müəyyən bir güc onun ardınca gələn fərdi əvəz edir. Beləliklə, əlverişli şərait fərddə, çoxalma qüvvəsi isə növdə parçalanan şeyləri əvəz edir.
  • Daimi sərxoşluq zərərlidir, o qaraciyərin və beyinin təbiətini korlayır, əsəbləri zəiflədir, əsəb xəstəliyinə və qəfil ölümə səbəb olur.
  • Daş hədəfə çatmaya bilməz.
  • Dostluq ən nəcib hisslərin çiçəklənməsinə zəmin yaradır.
  • Dostum düşmənimlə dostdursa, mən də dostla yoldaşlıq etməməliyəm. Zəhər qarışan qənddən ehtiyat et, ölü ilanın üstündə oturan milçəkdən ehtiyat et.[1]
  • Dua- birinci dərəcəli ibadət, dünyanın başlıca gücü, güc mənbəyidir.
  • Dua dinin əsası, din isə ruhu təmizləmək vasitəsidir.
  • Dünya, ağlı olan, amma dinə sahib olmayan və dinə sahib olub ağlı olmayan insanlara bölünmüşdür.
  • Dünyəvi sevinclər yalnız əbədiyyət qarşısında bizi gözləyən bir andır.
  • Elm öyrənmək heç vaxt gec deyil.[2]
  • Əgər dostum düşmənimlə dostluq edirsə, belə dostla dostluq etməməliyəm.
  • Əgər fiziki işlərlə məşğul olsanız və normal rejimə əməl etsəniz, müxtəlif xəstəliklərdə dərman qəbul etməyə ehtiyac qalmaz.
  • Əgər xəstəliyi müəyyən etmək çətindirsə, o zaman müdaxilə etmə və tələsmə. Sonda ya insan xəstəliyə qalib gələcək, ya da xəstəlik müəyyən ediləcəkdir!
  • Əgər insanların ürəyinə yol tapa bilməsəm, onlar mənim lehimə və ya əleyhimə olmasalar da, mənimlə ünsiyyət qurmayacaqlar.
  • Əgər nə vaxtsa həddindən artıq çox yemək yemisinizsə, ertəsi gün ac qalmalısınız.
  • Əsl dost sənin səhvlərinə göz yumar, sirlərini qoruyar və lazım gəlsə, sənə nəsihət verər.
  • Fiziki işlərlə məşğul olmayan insan tez-tez xəstələnir. Çünki, hərəkət etməyən insanın bədən üzvləri zəifləyir.
  • Gözəl simada sevgi üç arzuyla müşayiət olunur: qucaqlamaq, öpmək və birləşmək.
  • Heç vaxt yalan danışmayan və əfv etməyi bacaran adam insanların ən xoşbəxtidir.
  • Həkim şahin baxışa, qız əllərinə, ilan müdrikliyinə və şir ürəyinə malik olmalıdır.
  • Həkimin üç silahı var: söz, bitki, bıçaq.
  • Hər kəsin söylədiyinə kor-koranə inanmaq cahillikdir.
  • Hərəkət bir çox dərmanları əvəz edə bilər, amma dünyanın heç bir dərmanı hərəkəti əvəz etməyəcək.
  • Həyat haqqında heç nə bilmədiyimizi yalnız ölüm ayağında başa düçəcəyik.
  • Xoşbəxtlik haqlı olanı haqsız olandan seçə bilmək sayəsində mümkün olur.
  • Xoşbəxtliyi qiymətləndirməyən bədbəxtliyə yaxınlaşır.
  • İnsan təkbaşına yaşaya bilməz. O, ehtiyacı olan hər şeyi yalnız cəmiyyətin sayəsində alır.
  • İnsanlar müdrikliyin qiymətsiz olduğunu söyləyirlər, amma heç kim onun üçün bir qara qəpik belə ödəmir.
  • İşsizlik və avaralıq təkcə cəhalət yaratmaqla qalmır, onlar eyni zamanda xəstəlik mənbəyidir.
  • Kainatdakı ən kiçik zərrədə də Allahın varlığını görə bilərik. Bizim varlığımız da onun sayəsindədir.
  • Kainatın ruhu həqiqətdir.
  • Kim xoşbəxt olanda onu qiymətləndirmirsə, o, bədbəxtliyə yaxınlaşır.
  • Kor adam göyə baxsa belə günəşi görmür. Cahillər üçün də həqiqətin mənası yeddi kilidin arxasında gizlənir.
  • Qarnının ağrımasını xəstəyə söylə, sağlam adam səni başa düşməz.
  • Qəlb şüşə çırağa oxşayır, bilik alov saçan işıqdır, Allahın müdrikliyi- yağdır. Əgər çıraq yanırsa, sən sağsan, sönübsə ölüsən.
  • Qoca adam gənclik atəşi ilə alovlana bilməz.
  • Mən həqiqətimi yeddi möhür və qırx qıfıl arxasında gizlətdim ki, pis insanlar bu həqiqətdən şər üçün istifadə etməsin.
  • Müalicə edilə bilməyən xəstəliklər yoxdur, yalnız iradə yoxdur, faydasız otlar yoxdur, yalnız bilik çatışmazlığı var.
  • Müdriklik bizi həyatdakı xoşbəxtliyə hazırlayan bir şeydir.
  • Nadanlığın dərmanı elmdir, Elm sahibi etimad edən olar, etimad edən də səadət yolunu bilər və o yolla gedər. Düzgün yolla gedən mütləq məqsədinə çatar.
  • Ölüm ayrılıqdan asandır.. Ölüm-bir anlıqdır, Ayrılıq isə bütün ömr boyu insana əzab verir.
  • Ölümə məhkum bir insanda yaşamaq eşqinin nə qədər güclü olduğunu təsəvvür edə bilsəydiniz, ən qüssəli günləriniz də sizə gözəl görünərdi.
  • Özü-özünə gələn xoşbəxtlik gedərgən lənət gətirir.
  • Özlərinin necə olduğunu bilən insanlar, bəzi özünü bilməzlərin onun haqqında söylədiklərinə əhəmiyyət verməzlər.
  • Rastlaşdığın hər bir adamı dost hesab etməyə tələsmə və sirrini də heç kimə vermə.
  • Sadə və vaxtlı-vaxtında fiziki işlə məşğul olan bir insanın xəstəliyin aradan qaldırılmasına yönəlmiş müalicəyə heç bir ehtiyacı yoxdur.
  • Sevgi — zəriflik və gənclik.
  • Səma, sənə yalvarıram, Allah xatirinə cavab ver: sən fırlanırsan və bunun bir mənası var ya yox?
  • Təcrübə bilikdən də üstündür.
  • Təşviş xəstəliyin, təmkinlik sağlamlığın, dözüm isə müalicənin tən yarısıdır.
  • Tox qarına yemək sağlamlığın evini yıxır.
  • Uğur qazanmaq istəyirsənsə, yaltaqlıqdan uzaq ol.
  • Ümidsiz xəstələr yoxdur, ümidsiz həkimlər var.
  • Yarımçıq savadı olan savadsızdan da savadsızdır.
  • Zaman keçmir, keçən bizik.
  • Zəhər qarışdırılmış şəkərdən, ölü ilana qonan milçəkdən uzaq dur.

İstinadlar

redaktə

Vikipediyada İbn Sina haqqında məqalə var.

  1. [1] Цитаты и афоризмы.
  2. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014