Din - yaşadığımız duyğular dünyasının bəzi bioloji və psixoloji ehtiyaclarımıza görə daxilimizdə yaratdığımız arzular aləmi vasitəsilə nəzarət altına alınması yolunda göstərilən cəhddir. Ancaq din son məqsədinə heç vaxt çatmır. Dini təlimlərdə yarandıqları dövrlərə, insan irqinin hələ tamamilə cahil olduğu uşaqlıq günlərinə aid izlər vardır. Onun verdiyi təskinlik və təsəllilərə qəti surətdə inanmaq lazım deyil. Təcrübələrimiz bizə dünyanın uşaq bağçası olmadığını öyrədir. Dinin söykənməyə çalışdığı əxlaqi buyruqlar dindən başqa dayaqların mövcudluğunu zəruri edir. Çünki insan cəmiyyətləri bəzi əxlaq qaydaları olmadan yaşaya bilmir; itaətkarlığı dini inanc və əxlaq qaydaları ilə əlaqələndirmək təhlükəlidir. İnsanın təkamül prosesində dinin yerini müəyyənləşdirməyə çalışan şəxs görəcəkdir ki, din o qədər də qədim tarixə malik deyildir və bu tarix sivilizasiyaya yiyələnmiş fərdin uşaqlıqdan yetkinliyə keçid prosesində məruz qaldığı nevrozlara paraleldir. Ziqmund Freyd
Elmin köməyi ilə insan ağlı maddənin çox dərinliklərinə nüfuz edə bilir, onun mahiyyətini və məqsədini bilir. Elm və təcrübə, ağılın inkişafı üçün lazım olan materialları toplamağa kömək edən vasitələrdir. Mixail Lomonosov
Evlilik üçün “dava etməyi bacarmaq lazımdır” deyirlər. Məndən soruşsanız, bu tamamilə müdrikliklə bağlı şeydir. Bərabər yaşayan insanlar mübahisə edə bilərlər, bu tamamilə təbii bir şeydir. Gənc olanda bu mübahisələr alovlanar, tərəfləri birləşdirən bir nöqtə tapmaq qeyri-mümkün olur. Qısası, iş cığırından çıxmağa yaxınlaşır. Ancaq yaşlandıqca başa düşürsən ki, bu mübahisə də bitəcək. Bəli, bir-birinizi başa düşmürsünüz, amma bu dünyanın sonu demək deyil. Məhz burda təcrübə öz sözünü deyir. Vudi Allen
Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir. Pol Anri Holbax
Həyata keçirilən bir təcrübə, elə fikir kimi qalan min nəzəriyyədən qat-qat qiymətlidir. Mixail Lomonosov
İdrak, elmin köməyi ilə maddənin sirlərinə nüfuz edir, həqiqətin harada olduğunu göstərir. Elm və təcrübə yalnız ağıl üçün materiallar toplayan vasitələrdir. Mixail Lomonosov
İnsan həqiqətən sevəndə necə də əfəlləşir! Özünə əminlik necə də tez yoxa çıxır! Adam necə tənha olur; bütün tərifli təcrübə tüstü kimi havaya sovrulur və adam özünü inamsız hiss edir. Erix Mariya Remark
Səhv etmənin tənqid olunacaq bir tərəfi yoxdur. Səhvlər həyatın bir hissəsidir və inkişaf üçün lazımlıdır. Bu belə söyləməyə bənzəyir, xoşbəxtlik doğru qərarlarla, doğru qərarlar təcrübə ilə və təcrübə səhv qərarla gəlir. Ancaq eyni səhvləri təkrar təkrar hər gün etməyin qəbul edilə bilən bir tərəfi yoxdur. Robin Şarma
Təcrübələrim mənə göstərdi ki, hüquqa bağlı olmayan bir hökumət uzun müddət ayaqda qala bilməz. Belə hökumətlər çılpaq olub, özünü görən hər kəsə qarşı gözlərini yerə dikən və kimsənin yanında hörmət və etibarı olmayan birinə bənzərlər. Hətta belə bir hökumət, tavanı, qapısı, həyət divarları olmayan və hər önünə gələnin içəriyə girdiyi bir evə də bənzədilə bilər. Teymurləng
Tibet dilində bir söz var: “Əzablardan güc yığmaq üçün istifadə etmək lazımdır.” Nə çətinlik olursa olsun, təcrübə nə qədər əzablı olursa olsun, ən böyük fəlakət ümidini itiməkdir. Tenzin Gyatso