Ağrınız idrakınızı əhatə edən qabığın qırılmasıdır... Və ürəyinizi həyatınızın gündəlik möcüzələrinə heyranlıqla saxlaya bilsəniz, ağrınız sevincinizdən daha az ecazkar görünməzdi. Cübran Xəlil Cübran
Anlayın ki, bizi idrakın məkrliyi, hiyləgərliyi, əclaflığı deyil, Qəlbin İnsanlığı, Ədaləti və Alicənablığı hiddətlənməyə, qəzəblənməyə, etiraz etməyə, coşmağa və qisasla dolu azğınlaşmağa məcbur edir. Anlayın, Peyğəmbərlər — bizim insani qəlblərimizin mexanizmidir. Bu – yelləncək mexanizmidir, Ruhun Alicənablıq tərəfə ən güclü qalxışından sonra ən güclü uçuş Heyvan Qəzəbi tərəfinə yönəlir. Ruh yelləncəyini insanlıq tərəfə qaldırmaq istəyi və bundan da daima nəticə kimi çıxan heyvanlıq tərəfə uçuş — möcüzəvi və eyni zamanda qanlı zolaq kimi bütün bəşər tarixindən keçir. Görürük də ki, elə həmin o son dərəcə qızğın dövrlərdəki güclü və hərəkətlərdə gerçəkləşən Ruh və Ədalət tərəfə qalxışlar bizə xüsusilə qorxunc gəlir — ardınca misli görünməmiş qəddarlıq və şeytani pisliklərin gəlişinə görə… Mark Levi
Bir sözü heç ağılınızdan çıxarmayın: Dövlət. Dövlətin nə qədər əhəmiyyətli olduğunu hamımız idrak etməliyik. Dövlətsiz bir millət boşluğa düşər, küləkdə sovrulub gedər. Aliya İzzetbeqoviç
Din o zaman elmə qarşı çıxır ki, özünün bir inam hadisəsi olduğunu unudaraq idrak hadisəsi kimi çıxış etməyə çalışır və dünyada gedən proseslərin izahını vermək iddiasına düşür. Əbu Turxan
Elm və din – hər ikisi idrak müstəvisində dünya nizamına münasibətdir; elmi düşüncə dünya nizamının ayrı-ayrı lokal təzahürlərini aşkar etmək əzmindən, dini hiss – sonsuz, əzəli-əbədi bir nizam qarşısında heyrətdən qaynaqlanır. Əbu Turxan
Fəlsəfə dəyişməz, əbədi olanı, özlüyündə mövcudatı dərk etmək istəyir; onun məqsədi – həqiqətdir. Tarix isə nə vaxtsa mövcud olmuş, başqa bir vaxtda isə sıradan çıxmış və yeri başqaları tərəfindən tutulmuş olanlardan danışır. Əgər biz bundan çıxış ediriksə ki, həqiqət əbədidir, onda o keçici olanların sırasına daxil olmur və deməli, onun tarixi yoxdur. Amma əgər onun tarixi varsa, tarix ancaq idrakın keçmiş obrazlarının təsviri olduğundan, burada həqiqəti tapmaq mümkün deyil, belə ki, həqiqət ötəri, keçmiş ola bilməz.[1]Georq Vilhelm Fridrix Hegel
İdrak məxluqda elə bir qabiliyyətdir ki, özünün bütün qüvvələrinin tətbiqinin qaydaları və məqsədlərini təbii instinktlərdən daha uzağa genişləndirir və öz imkanlarına sərhəd tanımır. İmmanuel Kant