Beyindəki kiçik çalxalanmaları düşüncə deyə xarakterizə etmək nə qəribə bir imtiyazdır. Devid Yum
Bərabər hüquqlar-hamıya, xüsusi imtiyazlar-heç kəsə. Tomas Cefferson
Biz özümüzü evlərimizin və əşyalarımızın təsirindən kənarda və hətta üstün olan bir fərd hesab edirik. Amma onların arasında, eləcə də onlarla bizm aramızda incə bir əlaqə var. Bu əlaqə əşyaların bizi, bizim isə əşyaları əks etdirməyimizə imkan verir. İnsanlar və əşyalar bir-birilərinə üstünlüklərini, incəliklərini və güclərini xəbər verirlər: gözəllik və ya bunun əksi dəzgahdakı məkik kimi bir-birinə qarışır. İnsanı onun üçün xarakterik və ona məxsus olan əşyadan aralaşdırın və siz görəcəksiniz ki, qarşınızda hüquqları, imtiyazları qaytarılmayana qədər özünə gələ bilməyən, torsuz hörümçəyi xatırladan nə xoşbəxt, nə də bədbəxt görünən bir fiqur dayanacaq. Teodor Drayzer
Əsgər ordudur. Heç bir ordu əsgərlərindən yaxşı deyil. Əsgər həm də vətəndaşıdır. Əslində vətəndaşlıq vəzifəsi və ən yüksək imtiyaz öz ölkələri üçün silah gəzdirməkdir. Corc Patton
Liberalizm sosializm deyil və heç vaxt da olmayacaq. Sosializm zənginliyi, liberalizm isə yoxsulluğu aradan qaldırmağa çalışır. Sosializm şəxsi marağı məhv edir, liberalizm onu cəmiyyətin hüquqları ilə ölçərək qoruyur. Sosializm sahibkarlığı məhv edir, liberalizm yalnız onu imtiyazlar boyunduruğundan azad edir. Sosializm tənzimləni, liberalizm isə insanı. Sosializm kapitalı, liberalizm isə inhisarçılığı tənqid edir. Uinston Çörçill
Pulun hakim olduğu yerdə xalqın öz azadlığını qorumaq üçün verdiyi pullar həmişə onu əsarətdə saxlamaq üçün istifadə edilir. Bu gün onun xoş niyyətlə ödədiyi pul sabah onu ödəməyə məcbur etmək üçün istifadə olunur. Hər cür imtiyazlar onu alan müəyyən təbəqəyə fayda verir, əsas yük isə onu verən xalqın üzərinə düşür. Jan Jak Russo