Biz ətrafımızda demək olar ki, yalnız həyatlarından şikayət edən və canlarına qıyan çoxlu insan görürük. İlahi və insan qanunları birlikdə bu prosesi dayandırmaqda çətinlik çəkir. Siz heç azadlıqda olub vəhşi kimi həyat tərzi sürən insanın həyatdan şikayət edib intihar etməyi düşünməsini eşitmisinizmi? Həqiqi insan bədbəxtliyinə hansı tərəfdən yanaşmagımızı düşünün və mühakimə edin. Jan Jak Russo
İki dəfə canlanan intihar düşüncəsi. Dənizi seyr edərkən gicgahlarımdan qorxunc bir yanğın yüksəlir. İnsanın canına necə qəsd etdiyini anladığımı sanıram. Alber Kamyu
İnsanın hər gün etdiyi ən yaxşı şey intihar etməməyə qərar verməkdir. Alber Kamyu
İnsanlardan uzaqlaşmaq intihara bərabərdir. Anton Çexov
İntihar edən istəyinə son qoya bilmədiyindən həyatına son qoyur. Artur Şopenhauer
Üç ildən sonra kişi və qadın ya ayrılmalı, ya intihar etməli ya da elə etməlidirlər ki, uşaqları olsun. Öz məğlubiyyətlərinin altından imza atmaq üçün üç üsul. Frederik Beqbeder