İqtidar hər yerdədir. Həbsxanada, xəstəxanada, məktəbdə, bilgidə, elmdə. Hər yerdədir iqtidar. Mişel Fuko
İqtidar iqtidara düşkün olmayan və iqtidardan gələcək faydalara ehtiyacı olmayanlara verilməlidir. Platon
İqtidar sizi haradan yaralayırsa, ora sizin şəxsiyyətiniz olar. Milan Kundera
İqtidara gəlirsinizsə, hərəkətlərinizə diqqət yetirin. Qürurlu olmayın, özünü bəyənmişlik etməyin. Sizə aid olmayan şeyləri götürməyin, gücsüzlərə kömək edin və əxlaq qaydalarına riayyət edin. Unutmayın ki, sonsuz iqtidar yoxdur. Hər iqtidar keçicidir və hər kəs, əvvəl-axır, əvvəl millətin və nəhayət Allahın önünə hesab verəcək. Aliya İzzetbeqoviç